Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Venerologiya
Venerologiya tibbin zöhrəvi xəstəliklərin öyrənilməsi və müalicəsi ilə məşğul olan bölməsidir. Bu sahə, adətən, dermatologiya ilə əlaqələndirilir. Venerologiyada ixtisaslaşmış həkim venereologist adlanır.
Dendrologiya
Dendrologiya(yun. Dendron – ağac və «loqos» – öyrənmək) – botanikanın bir bölməsi. Ağac və kol bitkilərinin morfologiyasını, sistematikasını, ekologiyasını və coğrafi yayılmasını öyrənir. Ağac bitkilərinin seleksiyası da dendrologiya dəlilləri əsasında aparılır. Respublikamızın alimlərinə görə Azərbaycanda 450-dən çox yabanı ağac və kol növləri bitir. Onların 70-i endemik növlər olub, respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitmir. Azərbaycan AMEA Botanika institutunda, Mərdəkan və Gəncə dendroparklarında, Azərbaycan Elmi-tədqiqat Meşəçilik İnstitutunda (Bərdə və Abşeron) yeni ağac və kol növlərinin yetişdirilməsi və iqlimə uyğunlaşdırılması sahəsində tədqiqatlar aparılır.
Geneologiya
Genealogiya – şəcərəni, nəsil, soy qohumluğunu öyrənən elmdir. Gen – yunan sözü olub "genes" sözündən əmələ gəlmişdir. Mənası əsil, mənşə, kök məzmununu əhatə edir. Nəyinsə yaranma mənşəyini, məcrasını, məzmununu açıqlamağa xidmət edir. "Logiya" da yunan sözüdür, "elm", "öyrənən sahə" məzmununda başa düşülür. Bütövlükdə nəzəriyyənin adı geniş məna çalarlarına malikdir. Genealogiya xalqların günümüz üçün, sözün geniş mənasında, mühüm əhəmiyyət kəsb edən gen mənşəyini, onun fərdi, ümumi cəhətlərini, törəmə formaları və funksiyalarını əhatə edir. == Elmin tarixi == Genealoji tədqiqatların öyrənilməsi və elmin müxtəlif sahələrində tətbiqi yeni problem deyildir. Bu istiqamətdə ilk mülahizə və tədqiqatlara Avropada təsadüf edilmişdir. Geneologiya elə həmin dövrdə nəsil qohumluğu şəcərəsini öyrənən istiqamət kimi tanınmışdır.
Dendrologiya İnstitutu
Dendrologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri AMEA-nın müxbür üzvü Tofiq Məmmədovdur. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağı ilə qarşılıqlı əməkdaşlıq edir.
AMEA Dendrologiya İnstitutu

Dendrologiya İnstitutu (Azərbaycan)