Dendrologiya İnstitutu (Azərbaycan)
Dendrologiya İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovadır (botanik).
== Tarixi ==
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir.
1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir.
2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır.
28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür.