Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Venoz kateter
Venadaxili ya venoz kateter, periferik vena daxili kateter, PVK ( istehsalçı firma adları: Abbokath®, Braunüle®, Flexüle®, Venflon®, Viggo®) vena daxilinə müəyyən müddətə maye və dərman preparatlarının yeridilməsi ya applikasiyası üçün periferik xüsusən yuxarı ətraf venaların daxilinə qoyulan plastik və elastik bir borucuq. Venadaxili kateter qoyulduğundan sonra bir neçə gün ərzində istifadə oluna bilinir. == Qoyulma texnikası == == Tarixçəsi == 1962 ci ilə qədər vena daxilinə inyeksiya və infuziyalar dəmir iynələr vasitəsilə aparılırdı. Dəmir iynələr həm xəstələrin həm də tibbi personalın rahatlığı və təhlükəsizliyi baxımından çox əlverişsiz olduğundan, venadaxili elastik və plastik kateterlər ilk dəfə 1962 ci ildə kimyaçı həkim Bernd Braun tərəfindən icad edilmişdir. Tibbidə bəzən bu kateterləri "Braun kateterləri" də adlandırırlar.
Venoz sistemi
Kiçik qan dövranının venaları —
Mərkəzi venoz kateter
Mərkəzi venoz kateter qısa olaraq MVK (ing. CVC - central venous access catheter, alm. ZVK - Zentralvenöser Katheter‎) intensiv infuzion terapiyanı aparmaq, mərkəzi venoz təzyiqi ölçmək məqsədilə mərkəzi vena damarlarına: yuxarı boş venaya açılan sağ və sol daxili və xarici vidaci venalara, aşağı boş venaya açılan sağ və sol qalça venalarına yeridilmək üçün nəzərdə tutulmuş süni plastik nazik bir boru. MVK bir, iki, üç və s. lüləli ya mənfəzli olurlar. Periferik venadaxili kateterdən vərqli olaraq, mərkəzi venoz kateter yüksək faizli elektrolitlərin xüsusən KCl məhlulunun, parenteral qidalandırıcı məhlulların, qan və qanəvəzedici preparatların yeridilməsi, katoxolamin terapiyasının aparılması, mərkəzi venoz təzyiqin ölçülməsi, laborator müayinələr üçün dəfələrlə qanın alınması üçün daha əlverişlidir. === Qoyulma metodları === Seldinger texnikasıSeldinger texnikasının icrası üçün xüsusi punksiyon iynə-şpris, mandren - istiqamətləndirici tel, dilotator - genişləndirici və katheterdən istifadə olunur. Standartlara uyğun olaraq punksiya olunan nahiyyə dezinfeksiya olunaraq sterill materialla izolə edilir. Şpris taxılmış punksion iynə aspirasiya olunmaq şərti ilə damar istiqamətində yeridilir. Damar əldə edilərkən şprisə dərhal qan aspirasiya olunur.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir.Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır. IGN Mak Qarqanın Venom çevrilməsini, "The Top 50 Avengers" siyahısında on yeddinci, Fleş Tompsonun çevrilməsini iyirmi yeddinci yerdə qərarlaşdırmışdır.
Venon
Venon (fr. Venon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38533. Kommunanın 2012-ci il üçün əhalisi 732 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km şərqdə yerləşir.
Ventoz
Ventoz (fr. ventôse, lat. ventosus — küləkli) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən VI ay (19/20 fevral — 20/21 mart) .
Venöz bucaq
Venöz bucaq (lat. angulus venosus) həmçinin Pirogov venoz bucağıda adlanır — körpücükaltı və daxili boyun venalarının birləşməsi. O, brakiosefalik damar əmələ gətirir.Torakal kanal sol venoz bucaqda, sağ limfa kanalı isə sağ venoz bucaqda axır. Venöz bucaqda, yuxu qişası və qoltuqaltı qişa bir-birinə qarışaraq davamlı neyrovaskulyar örtük əmələ gətirir.
Venom (film)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüsserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
Venom (film, 2018)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüsserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
Denov
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb. == Coğrafiya == Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir. == İqtisadiyyat == Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Fenol
Fenol (Karbalol turşusu) — çox sadə aromatik (ətirli) birləşmədir (C6H5OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələyir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. == Nomenklaturası, fiziki xassələrinin xüsusiyyətləri == Fenollar- aromatik hidroksilli birləşmələr olub, hidroksil qrupu birbaşa aromatik nüvə ilə birləşmişdir. Runqe fenolu daş kömür qətranında tapıb, Loran onun quruluşunu müəyyənləşdirib və Jerar onu fenol adlandırmışdı. Bir çox fenolların (həmçinin onların törəmələri) İUPAC-a uyğun ənənəvi adları vardır. C6H5OH - fenol o-CH3C6H4OH - o-Krezol m-CH3C6H4OH - m-Krezol COOH C6H4OH - salisil turşusu və s.Fenolların alfatik spirtlərdən və aromatik karbohidrogenlərdən fərqi ondadır ki, onlar kristallik maddələr olub, sudan ağırdır və yüksək qaynama temperaturuna malikdirlər. == Fenolların alınma üsulları == Fenol iri tonnajlı sənaye məhsulu olduğuna görə əsasən fenol-formaldehid qətranının istehsalında istifadə olunduğundan, onun alınmasının sənaye metodu üzərində dayanaq.
Genom
Molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır. DNT-nin (və ya RNT viruslarında RNT-nin) nukleotid ardıcıllığından ibarətdir. Nüvə genomuna zülal kodlaşdıran genlər və kodlaşdırılmayan genlər, tənzimləyici ardıcıllıqlar kimi genomun digər funksional bölgələri (kodlaşdırılmayan DNT) və çox vaxt heç bir aşkar funksiyası olmayan "zərərli" DNT-nin əhəmiyyətli bir hissəsi daxildir. Demək olar ki, bütün eukariotlarda mitoxondriya və kiçik mitoxondrial genom var. Yosunlar və bitkilər də xloroplast genomuna malik xloroplastları ehtiva edir. Genomun öyrənilməsinə genomika deyilir. Bir çox orqanizmlərin genomları ardıcıllıqla tərtib edilmiş və müxtəlif bölgələrə şərh verilmişdir. Beynəlxalq İnsan Genomu Layihəsi 2004-cü ildə Homo sapiens üçün genomun ardıcıllığını bildirmişdir. "Genom" termini 1920-ci ildə Almaniyanın Hamburq Universitetinin botanika professoru Hans Vinkler tərəfindən yaradılmışdır. Oksford Lüğəti və Onlayn Etimologiya Lüğəti bu adın gen və xromosom sözlərinin qarışığı olduğunu göstərir.
Kenzo
Kenzo — Yaponiya adı. Kenzo Tanqe — Yaponiyalı memar. Kenzo Ohaşi — keçmiş Yaponiya futbolçusu. Kenzo Yokoyama — keçmiş Yaponiya futbolçusu.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Senez
Senez (fr. Senez, oks. Seneç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04204. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15–64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47,4%, 1999-cu ildə 66,0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Tenon
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Tenor
Bir tenor, vokal diapazonu countertenor və bariton səs növləri arasında olan klassik kişi oxuma səsinin bir növüdür. Kişi səs növlərinin ən yüksəklərindən biridir. Tenorun vokal diapazonu C5-ə qədər uzanır. Kiracılar üçün ən aşağı hədd təxminən A ♭ 2-dir (C-nin altından iki A ♭). Ən yüksək həddə, bəzi tenorlar orta C-dən (F5) yuxarıdakı ikinci F-ə qədər səsləndirə bilərlər. , və tenor buffo və ya spieltenor.
Vantoz
Ventoz (fr. ventôse, lat. ventosus — küləkli) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən VI ay (19/20 fevral — 20/21 mart) .
Venlo
Venlo - Niderlandda yerləşən şəhər. == Coğrafiya və etnoqrafiya == Venloda şəhər əhalisi əsasən niderlandlıdılar. Ancaq onlarla yanaşı almanlar, türklər və mərakəşlilərdə sayca çoxluq təşkil edir.Əsas din cərəyan katoliqlərdir. == Tarixi == Şəhər XI əsrdə yaradılıb. Hanza ittifaqına daxil olub. 1839-1866-cı illərdə Lüksemburqun tərkibinə daxil olub.Sonradan Niderlanda qaytarılıb. I və II dünya müharibəsində Almaniyanın əsas hava aviasiyası burda yerləşib. == İqtisadiyyat və nəqliyyat == Əsasə ticarət şəhəridir. Buraya Fransa və Almaniyadan çoxlu turistlər gəlir. Dəmir və avtomobil yolları ilə Avropanın digər şəhərləri ilə əlaqə saxlanılır.
Venosk
Venosk (fr. Venosc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38534. Kommunanın 2007-ci il üçün əhalisi 849 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 816 ilə 3465 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.
Accipiter velox
Accipiter erythronemius (lat. Accipiter erythronemius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Venta
Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010). == Coğrafiyası == Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır. == Tarixi == Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb.
Venyov
Venyov — Rusiya Federasiyasının Tula vilayətində şəhər.
Aortal stenoz
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Benoa burnu
Benoa burnu həmçinin Tacunq-Benoa (ind. Tanjung Benoa) — İndoneziyaya məxsus olan Bali adasının cənub hissəsində yerləşən burun. Adanın istirahət-turizm bölgələrindən biridir. Burunun sahəsi 5,24 km² təşkil edir. Burun ərazisi Tacunq-Benoa inzibati vahidliyinə daxildir. Burada iki kənd yerləşir. Kəndlərin hər ikisində ümumilikdə 5463 nəfər yaşayır. == Coğrafi yerləşməsi == Burun Bali adasının cənubunda yerləşən Bukit yarımadasının bir hissəısini təşkil edir. Öz növbəsində dənizin daxilinə uzanan bir qumlu dili xatırladır. Burunun ərazisi cənubdan şimala istiqamətlənir.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vənək
Vənək — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,509 nəfər və 653 ailədən ibarət idi.