Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vasile Florea
Vasile Florea (25 oktyabr 1967) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vasile Florea Rumıniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Vasile Miriuță
Vasile Miriuță (d. 19 sentyabr 1968) — Rumıniya əsilli Macarıstan milli futbol meneceri və keçmiş futbolçudur . O, 2020-ci ilin dekabrından 2021-ci ilin iyuluna kimi III Liqa klubu Minaur Baia Marenin baş məşqçisi olub. O, 2021-ci ilin iyul ayından həmin komandaya baş məşqçi təyin olunub. Yarımmüdafiəçi kimi 21 avqust 2002-ci ildə İspaniya ilə yoldaşlıq oyununda Macarıstan millisinin heyətində qol vurdu. O, yığmada ümumilikdə 9 oyun keçirib. Cərimə zərbələri və taktiki bacarıqları ilə tanınan Miriuță, 2000-ci ildə Energie Cottbus ilə Bundesliqaya yüksəldi, lakin klubun əsas oyunçusu olmasına baxmayaraq, 2002-ci ilin sonunda müqaviləsi ləğv edildi. O, vaxtının çoxunu MSV Duisburg-da start 11-dən kənarda keçirirdi. == Futbol karyerası == Miriuță futbola 1988-ci ildə FCM Baia Mare ilə başlayıb. 1990-cı ildə Buxarestin "Dinamo"su ilə müqavilə imzalayıb.
Beyond the Invisible
Beyond the Invisible – 1996-cı ildə Enigma musiqi layihəsi adından çıxarılmış mahnı. Bu mahnı Le Roi Est Mort, Vive Le Roi! albomundan çıxarılmış iki sinqldan birincisidir. Sinqlın 5-track versiyasına ümumiyyətlə alboma daxil olmayan "Light of Your Smile" mahnıı da əlavə edilmişdir. Bu mahnı həm də Enigmanın yeganə sinqlıdır ki, remix versiyaları mövcud deyil. Bir Litva dini musiqisi üzərində qurulmuş mahnı Sandra Cretunun ifasıyla başlayır və Michael Cretunun vokal ifasıyla davam etdirilir. Mahnının əsasını təşkil edən melodiya qədim Latviya xalq musiqisi olan "Sajāja bramaņi"dir ki, mahnıya da həmin əsərdən Rasa xalq musiqi ansamblının ifasında bəzi parçalar əlavə edilmişdir. Ümumiyyətlə Le Roi Est Mort, Vive Le Roi! albomuna daxil olan mahnıların hamısı Gregorian dini nəğmələri və qədim etnik musiqi elementləri üzərində qurulmuşdur. Bu xüsusiyyətinə görə də albom layhənin başqa iki albomu – MCMXC a.D. və The Cross of Changes albomları ilə oxşarlıq təşkil edir.
Vəsilə Fəttahova
Vəsilə Fəttahova (tam adı: Vəsilə Rafizovna Fəttahova; başq. Фәттәхова Вәсилә Разиф ҡыҙы; d. 31 dekabr 1979, Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ – ö. 26 yanvar 2016, Ufa, Başqırdıstan, Rusiya) — başqırd müğənni; Başqırdıstanın (2015) və Tatarıstanın (2015) əməkdar artisti. == Həyatı == Vəsilə Fəttahova 31 dekabr 1979-cu ildə Başqırd MSSR-in Beloretsk şəhərində anadan olmuşdur. S. Nizametdinov adına Uçalı İncəsənət və Mədəniyyət Kollecinin xor şöbəsini bitirmişdir. 1999-cu ildə Ufa şəhərinə gəlmiş, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olmuşdur. Artıq oktyabr ayında o, Aydar Qalimovun qrupunda bekvokal kimi qastrola yollanır. == Yaradıcılığı == Vəsilə Fəttahova "Tuğan yak", "Yanqış mileş", "Atayım" hitlərinin də ifaçısı idi. === "Tuğan yak" === Müğənni "Tuğan yak" mahnısı sayəsində populyarlıq qazanmışdır.
Vəsilə Hacıyeva
Vəsilə Hacıyeva (Vəsilə Cümşüd qızı Hacıyeva; 12 aprel 1969, Bakı) — siyasi elmlər üzrə elmlər doktoru, professor. == Həyatı == Vəsilə Hacıyeva 12 aprel 1969-cu ildə Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. === Ailəsi === Atası - Cümşüd Hüseyn oğlu Hacıyev (Türkel) 1936-cı ildə Borçalı mahalının Sarvan (Gürcüstan Respublikasının Marneuli) bölgəsində Hüseyn Məhəmməd ağa oğlu Hacıoğlu və Məşədi Şahval Seyyid Əskər ağa qızı Hacıseyyidlinin (Şahvalın anası Məşədi Faxransa Tiflisin Topçiyevlər nəslindən olmuş və bu nəslin nümayəndələri həm də Topçubaşov soyadını daşımışlar) övladı olaraq dünyaya gəlmiş, 1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində tələbə olarkən tələbə dissident hərəkatının, 1980-ci illərin sonu və 90-cı illərin əvvəlində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, öncə Birlik Partiyasının ideoloqu və qurucusu, daha sonra isə Türk Dünyası Birliyi Partiyasının qurucusu və lideri olmuşdur. 11 noyabr 2004-cü ildə vəfat etmişdir. Anası - Şövqiyyə Məhyəddin qızı Hacıyeva 1943-cü ildə Ağdaş şəhərində müəllim ailəsində, 1920-ci illərdə bolşevik hakimiyyəti tərəfindən repressiya və təqibə məruz qalaraq Zərdab rayonundan qaçıb "səsikəsiklər" (qolçomaq) ünvanı qazanmış Məhyəddin Zakir ağa oğlu Kərimov və Yaxşıxanım Alı qızı İsmayılovanın ailəsində anadan olmuşdur, riyaziyyat müəllimidir. === Təhsili === Orta təhsilinə Bakı şəhərindəki 260 saylı orta məktəbdə başlamış və 1986-cı ildə 171 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası Fakültəsini "Elektron Hesablama Maşınları" ixtisası üzrə bitirərək mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir. == Fəaliyyəti == 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət və onun informasiya təminatı" mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Vəsilə Vahidqızı
Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; 19 avqust 1967, Laçın rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri. == Həyatı == Vəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb. 2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib. İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır. 2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub.Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s. hazırladığı verilişlər və bir sıra sənədli filmlər İTV-nin qızıl fondundadır.
Vəsilə Zahidova
Zahidova Vəsilə Alı qızı (10 mart 1922, Yuxarı Şilyan, Göyçay qəzası – 2 may 2005, Ucar) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Zahidova Vəsilə 10 mart 1922-ci ildə indiki Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Ali təhsillidir. Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1943-1954-cü illərdə inzibati idarələrdə işləmiş, Boyat kənd sovetinin sədri olmuşdur. 1954-cü ildən 1983-cü ilədək "Sovet Azərbaycanı" kolxozunun sədri işləmişdir. 1960-cı illərdə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (5,7,9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Vəsilə Əhmədova
Əhmədova Vəsilə (Əhmədova Vəsilə Abduləli; 1948. Əyyublu, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — tarixçi. == Həyatı == 1970-76-cı ildə S.Kirov adına Bakı Dövlət Universiteti Tarixçi ixtisasına yiyələnmişdir. == Elmi əsərləri == Füzuli arxeoloji ekspedisiyası haqqaında (1975) (A.O.M. 1976 rus dilində, V. Əhmədova, Q. İsmayılov) B. 1978Azərbaycanın qərb rayonlarında çörək bişirmə haqqında etnoqrafik materiallar (1977) “Elm” nəşriyyatı, Azərb. Arxeol. və etnoqraf. tədqiqatları (rus dili), Bakı, 1980Naxçıvan MSSR-də çörək məmulatının bəzi məsələləri (azərb. dilində). “Elm” nəşriyyatı, Respublika aspirantlarının elmi konfransının materialları (az. dilində) II kitab, B., 1981Azərbaycanın şimali-şərq zonasında bəzi çörəkbişirmə vasitələri (Qusar rayonunun materialları əsasında) (1978) *“Azərbaycan arxeoloji və etnoqrafik tdqiqatları” (rus dilində).