Vəsilə Vahidqızı
Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; 19 avqust 1967, Laçın rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, mətbuat xidmətinin rəhbəri.
== Həyatı ==
Vəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub.
BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb.
2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib.
İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır.
2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub.
Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s.