Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
WhatsAp
WhatsApp (azərb. Votsap‎) — smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Müxtəlif platformalarda Android, BlackBerry OS, BlackBerry 10, iOS, Series 40, Symbian (S60) və Windows Phone. Messenceri yaratmış şirkət Yan Kum və Brayan Akton tərəfindən 2009-cu ildə əsası qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir. WhatsApp-ın köməyi ilə hər gün 2 milyard mesaj (2012-ci il aprel ayında) göndərilirib. (cari ilin avqust ayında 10 milyarddan çox olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu rəqəm 30 milyardı ötmüşdü. İstifadəçilərin dəqiq miqdarı açılmır, amma Benedict Evans (Enders Analysis) analitikinin qiymətləndirilmələrinə görə oktyabrda (2012-ci il) 100 milyonu ötürdü.
Batman
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Hacman
Hacman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hacıman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Vatman
Vatman, vatman kağızı - (ing. Whatman paper ) rəsmxət və şəkil üçün əla, yüksək keyfiyyətli, möhkəm kağız növüdür. 1750-ci illərin ortalarında vatman ilkin olaraq kağız fabrikinin sahibi ingiltərəli Ceyms Vatman (ing. James Whatman) tərəfindən istehsal olunmuş, hansıki o cizgisiz kağızın yeni növünü istehsala gətirmişdir. Vatman öz icadını wove paper adlandırdı.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Hatsan
Hatsan Arms Company (az. Hatsan Silah Şirkəti) — odlu və pnevmatik silahlar istehsal edən türk şirkətidir. Məhsullarını 90-dan çox ölkəyə ixrac edir. Şirkətin şüarı: «Serious, Solid, Impact» (Ciddi, Möhkəm, Təsirli).
Rolan Blatman
Rolan Blatman (20 fevral 1941) — Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri (2004-2006). == Həyatı == Rolan Blatman 20 fevral 1941-ci ildə anadan olmuşdur. O, filologiya üzrə Lisans, Ali fəlsəfə təhsili, Ali İnformasiya və Kommunikasiya İnstitutunun diplomlarını almışdır. Paris Universitetinin magistraturasını bitirmişdir. 1966-1974-cü illərdə tədris sahəsində çalışmışdır. 1974-78-ci illərdə Velinqtonda mədəniyyət və texniki əməkdaşlıq attaşesi, Port-of-Speyində vitse-konsul, 1979-cu ildə həmin nümayəndəlikdə üçüncü katib, 80-ci ildə ikinci katib işləmişdir. 1980-82-ci illərdə Fransanın SSRİ-dəki səfirliyində mətbuat xidmətinin rəhbəri olmuşdur. 1982-83-cü illərdə həmin səfirlikdə birinci katib işləmişdir. 1983-84-cü illərdə Fransanın Xarici İşlər Nazirliyində mərkəzi idarədə (nazirin kabinetində), 1984-86-cı illərdə Baş nazirin kabinetində çalışmışdır. 1986-89-cu illərdə Turin və Genuyada, 1989-91-ci illərdə Fesdə, 1991-94-cü illərdə Sankt-Peterburqda baş konsul kimi fəaliyyət göstərmişdir.
Martin Hartman
Martin Hartman (alm. Martin Hartmann‎; 9 dekabr 1851, Vrotslav, Prussiya – 5 dekabr 1918, Berlin) — alman şərqşünas-ərəbşünası. == Həyatı == Martin Hartman 1851-ci ildə Breslauda (indiki Vrotslavda) anadan olmuşdur. İbtidai və orta təhsilini həmin şəhərdə almışdır. 1875-ci ildə Leypsiq Universitetində professor Henrix Leberext Fleyşerin rəhbərliyində "Sami dillərində çoxhərfli birləşmələr" (alm. Die Pluriliteralbildungen in den semitischen Sprachen‎) adlı doktorluq işini müdafiə etmişdir. Daha sonra Bursaya və İstanbula gələrək türkcə öyrənmiş, 1876–1887-ci illərdə Beyrutdakı Almaniya konsulluğunda tərcüməçi olaraq çalışmışdır. 1887-ci ildən ölümünə qədər Berlində qurulmuş Şərq Dilləri Seminarı (alm. Seminar für Orientalische Sprachen‎) institutunda dərs demişdir. == Fəaliyyəti == Martin Hartman islamşünaslığın müstəqil bir elm kimi tanınmasını qətiyyətlə müdafiə etmişdir.
Batman ili
Batman ili — Türkiyədə il.
Lüsen Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Shaman King
Shaman King (yaponca: シャーマンキング, Hepbörn: Shāman Kingu) — Hiroyuki Takei tərəfindən yazılıb illustrasiya edilmiş bir manqa seriyası. Manqa Şaman Döyüşündə qalib gələrək Şaman Kralı olmaq üçün şaman bacarıqlarından yararlanan Yoh Asakuranın macəralarından danışır. Takei manqada daha öncə heç yoxlanılmamış bir mövzunu ələ almaq istədiyi üçün şamanizmi manqanın ana mövzusu seçmişdir. Manqa orijinal olaraq Şueişanın Həftəlik Şonen Campında iyul 1998 və avqust 2004 arasında yayımlanmışdır. Fərdi buraxılışlar yığılıb 32 tankobon buraxılışı halında yayımlanmışdır. Kodanşa 2017-ci ildə manqa seriyasının hüquqlarını əldə edib 2018-ci ildə manqanı 35 e-kitab buraxılışı olaraq yenidən yayımlamışdır; habelə seriya 2020-ci ildən etibarən çap formatında da yayımlanmaqdadır.
Şatman (Sərdəşt)
Şatman (fars. شتمان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (6 ailə).
Batman muzeyi
Batman muzeyi — Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindəki Batman şəhərində yerləşən arxeoloji muzey. Muzey Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir və şəhərdəki yeganə muzeydir. Muzeyin tikintisi 2010-cu ildə başladı və 2015-ci ildə ziyarətçilərin üzünə açıldı. == Kolleksiyaları == Muzeyin kolleksiyası paleolit ​​və neolit ​​dövrlərinə aid tapıntılar və İlısu və Həsənkeyf bölgələrindən çıxarılan əsərlərdən ibarətdir. Üç böyük sərgi salonunda 500-ə yaxın əsər nümayiş etdirilir. İlisu bəndi istifadəyə verildikdən sonra su altında qalan bölgələrdə ümumilikdə 7 xilasetmə qazıntısı aparılıb və müsadirə edilən əşyalar muzey rəhbərliyinin mühafizəsinə götürülüb. Bu qazıntılar zamanı aşkar edilən ən mühüm tarixi əsərlər Başur Höyük qazıntıları zamanı aşkar edilən oyun parçaları və tunc qəbir hədiyyələri, Qusir Höyükdə aşkar edilən obelisk qırıntıları və Həsənkeyfdə də tapılan "Tanrı Bes"-in fiqurudur. Muzeydə həmçinin təxminən 300 yaxın yaxşı qorunmuş amorf bürünc artefaktlar, Nineviya mədəniyyətindən bir neçə nümunə də daxil olmaqla çoxlu rənglənmiş və rənglənməmiş saxsı əşyalar var. == Muzey bağçası == Muzey rəhbərliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində muzey bağçasında tarixdən əvvəlki yaşayış məskənlərinin maketi yaradılıb və bu tətbiqin köməyi ilə ziyarətçilərin tarixi öyrənməyini təmin etmək məqsədi daşıyır. Ərazidə Qusir və Qre-Amer kurqanlarından nümunəvi evlər tikilmiş, o dövrlərə aid bir çox ayinlər, məsələn, ölülərin evin içərisində basdırılması ənənəsi yenidən canlandırılmışdır.
Batman (Türkiyə)
Batman — Türkiyənin Batman ilinin inzibati mərkəzi.
Batman (dəqiqləşdirmə)
Batman (azərb. betmen‎) — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Batman (film)
Betmen — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Hartman dağ zebri
Hartman dağ zebri(lat. Equus zebr hartmannae) — Dağ zebri növünə daxil ola yarımnöv. Əsasən Anqolanın cənub-qərbində və Namibiyanın qərbində yayılmışlar. Hartman dağ zebri 7–12 başdan ibarət olan qruplarda yaşayır. Onlar qayalarda hərəkət etməyi bacaran cəld heyvanlardır. Əsasən quru sərt dağlarda yaşayırlar. Belə bir fikir vardlr ki, Hartman dağ zebrini ayrıca bir növ olaraq qeyd etmək lazımdır. Ancaq genetik müayinələr bunun əksini deyir. Hartman dağ zebrinin populyasiyası son zamanlar azalmışdır. Onların sayı Namibiyada hazırda 15 min başdır.
Batman (ölçü vahidi)
Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. == Haqqında == Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi.
Hitman: Agent 47 (film, 2015)
== Süjet xətti == Film 2000-ci illərin məşhur video oyununun motivləri əsasında lentə alınıb. Baş qəhrəman gen mühəndisliyinin son məhsulu, ideal qətl maşını "Hitmen – 47 nömrəli agentdir". Adi insanlardan daha çevik, daha güclü və daha ağıllıdır. Emosialar və duyğular ona yaddır, ifrat dərəcədə soyuqqanlı olduğundan ən çətin şəraitlərdə belə tapşırıqları qüsursuz yerinə yetirir. Agent adlandırılan elit, səssiz qatillərin təşkilatına aiddir. Soyuq müharibənin ən qızğın vaxtında hərbi genetik super əsgərlərin hazırlanması üzrə məxfi layihə üzərində çalışıb. Bir çox dünya qüvvələrinin hədəfində olduğundan hər kəsdən gizlənir. Alimi tapmaq cəhdləri heç bir nəticə vermir. Yeganə ipucu onun qızı Katerinadır. Agent 47-i onun izinə düşüb və qarşısına çıxan bütün maneələri aradan qaldırır.