BATMAN

20 girvənkəyə ( 8 kq) yaxın çəki ölçüsü. (“Koroğlu” dastanının lüğəti)

Oğlan dedi:

– Bir çətvər nədi? Sənə ağzımda söz deyirəm. Bir batman çək! (“Koroğlunun Qars səfəri”)

*

Çoban əlinə keçən mıxı çomağın başına çalmışdı. Çomaq bir batman yarım ağırlığında olardı. (Paris nüsxəsi, 3-cü məclis)

*

Tuluğun dibində bir batman yarımiki batman şərab qalmışdı. (Paris nüsxəsi, 8-ci məclis)

BATMAQ
BAV
OBASTAN VİKİ
Batman
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Batman ili
Batman ili — Türkiyədə il.
Batman muzeyi
Batman muzeyi — Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindəki Batman şəhərində yerləşən arxeoloji muzey. Muzey Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir və şəhərdəki yeganə muzeydir. Muzeyin tikintisi 2010-cu ildə başladı və 2015-ci ildə ziyarətçilərin üzünə açıldı. == Kolleksiyaları == Muzeyin kolleksiyası paleolit və neolit dövrlərinə aid tapıntılar və İlısu və Həsənkeyf bölgələrindən çıxarılan əsərlərdən ibarətdir. Üç böyük sərgi salonunda 500-ə yaxın əsər nümayiş etdirilir. İlisu bəndi istifadəyə verildikdən sonra su altında qalan bölgələrdə ümumilikdə 7 xilasetmə qazıntısı aparılıb və müsadirə edilən əşyalar muzey rəhbərliyinin mühafizəsinə götürülüb. Bu qazıntılar zamanı aşkar edilən ən mühüm tarixi əsərlər Başur Höyük qazıntıları zamanı aşkar edilən oyun parçaları və tunc qəbir hədiyyələri, Qusir Höyükdə aşkar edilən obelisk qırıntıları və Həsənkeyfdə də tapılan "Tanrı Bes"-in fiqurudur. Muzeydə həmçinin təxminən 300 yaxın yaxşı qorunmuş amorf bürünc artefaktlar, Nineviya mədəniyyətindən bir neçə nümunə də daxil olmaqla çoxlu rənglənmiş və rənglənməmiş saxsı əşyalar var. == Muzey bağçası == Muzey rəhbərliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində muzey bağçasında tarixdən əvvəlki yaşayış məskənlərinin maketi yaradılıb və bu tətbiqin köməyi ilə ziyarətçilərin tarixi öyrənməyini təmin etmək məqsədi daşıyır. Ərazidə Qusir və Qre-Amer kurqanlarından nümunəvi evlər tikilmiş, o dövrlərə aid bir çox ayinlər, məsələn, ölülərin evin içərisində basdırılması ənənəsi yenidən canlandırılmışdır.
Batman (Türkiyə)
Batman — Türkiyənin Batman ilinin inzibati mərkəzi.
Batman (dəqiqləşdirmə)
Batman (azərb. Betmen‎) — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Batman (film)
Batman (azərb. Betmen‎) — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Batman (ölçü vahidi)
Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. == Haqqında == Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi.
Batmanqılıc (Həştrud)
Batmanqılıc (fars. باتمانقلنج سفلي‎) və ya Batmanqılınc-i Süfla (Aşağı Batmanqılınc) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 431 nəfər yaşayır (70 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 44 km. qərbdədir.
Kamila Batmanqılınc
Kamilə Batmanqılınc (1 yanvar 1963, Tehran – 1 yanvar 2024, London) — əslən azərbaycanlı olan britaniyalı iş adamı, yazıçı və xeyriyyəçi. O, 11 yaşından bəri İngiltərədə yaşayırdı və iki xeyriyyə qurumu təsis etmişdi: The Place2b və Kida Company. == Həyatı == Kamila Batmanqılınc Tehranda dünyaya gəlib. Onun anası Roma Katolik məzhəbli Belçikalı və atası İranlı və müsəlman, yüksək mübahisəli doktor Firidun Batmanqılınc idi. 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınları siyahısına düşüb.
Nadir Batmanqılınc
Nadir Əbülqasım oğlu Batmanqılınc(1902–1991) — Azərbaycan əsilli İran generalı Nadir Əbülqasım oğlu Batmanqılınc 1902-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehranda hərbi məktəb bitirmişdi. Sonra İsveçdə oxumuşdu. İrana dönəndən sonra orduda xidmət etmişdi. Ərdəbildə yerləşən hərbi hissənin rəisi olmuşdu. Orduya idman və bədən tərbiyəsini tətbiq etmişdi. Nadir Batmanqılınc 1941-ci ildə İranın bir hissəsini zəbt edən Böyük Britaniya ordusu tərəfindən tutulmuşdu. O zaman polkovnik rütbəsində idi. 1945-ci ildə dustaqlıqdan azad olunmuşdu. Nadir Batmanqılınc sonra yenidən orduda xidmət etmişdi.
Təbriz batmanı
Təbriz batmanı, ya Təbriz manı Azərbaycanda qədim çəki ölçü vahidi. Təbriz batmanı,3 kg ilə bərabərdir. Avropa səyyahlarının, səyahətnamələrində ki XIX–XVI əsrlədə Təbrizdən görüş ediblər, batmanın dəyəri fərqli 2/948, 2/711, 2/905, 2/937, 2/876, 2/946, 3/062, 3/175 kg qeyd olunub. 1935-ci ildə Təbriz batmanının dəyəri rəsmi olaraq 3 kg təsbit olunub.
Ərdəbil batmanı
Rüstəm Batmanqlic
Rüstəm Batmanqlic (fars. رستم باتمانقلیج‎; 28 noyabr 1983, Vaşinqton) — Fars əsilli amerikalı müğənni, prodüser, musiqiçi, bəstəkar. Vampire Weekend qrupunun yaradıcı üzvüdür. Stereogum onu dövrün ən yaxşı pop, indi-rok prodüserlərindən biri adlandırıb. Rüstəm həmçinin solo sənətçi kimi fəaliyyət göstərir, bununla yanaşı elektro-soul qrupu Discovery-nin üzvüdür. O, 27 yaşında olarkən Vampire Weekend-in bir nömrəli albomu "Contra"nı hazırladı. Rüstəm Batmanqlic 28 noyabr 1983-cü ildə ABŞ-nin Vaşinqton şəhərində İranlı ailədə anadan olub. Anası Nəcmiyə Batmanqlic yemək kitabı müəllifi, atası isə naşirdir. Valideynləri 1983-cü ildə Vaşinqtona köçüblər. Qardaşı Zal Batmanqlic müstəqil filmmeykerdir.

Digər lüğətlərdə