Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pigging
Boru təmizləmə qurğusu (ing. Pipeline Inspection Gauge) — həm də “pigs” kimi tanınan qurğu borularda müxtəlif istismar əməliyyatları yerinə yetirmək üçün istifadə olunan təhcizatlara aiddir. Bu qurğudan boruda axan məhsulu dayandırmadan istifadə edilir. Bu qurğunun funksiyaları yalnız boruda təmizləmə və yoxlama ilə məhdudlaşmır. Onunla həm də boruda axının təzyiqi və sürəti barədə də məlumat almaq olar. Pigging uzun illər neft sənayesində böyük diametrli boru kəmərlərinin təmizlənməsi üçün istifadə olunmuşdur. Pigging nəqletmə prosesinin, demək olar ki, istənilən bölməsində üçün istifadə edilə bilər. Məsələn, doldurma və ya saxlama kimi sistemlərdə. Pigging sistemləri artıq kosmetologiya və ərzaq məhsulları tullantısı, sürtkü yağı, boya, kimya kimi müxtəlif emal sənayesində quraşdırılır. Piglər həmçinin boruların təmizlənməsi üçün neft və qaz kəmərlərində istifadə olunur.
WiGig
WiGig — Standart olaraq İEEE 802.11ad təyin olunmaqdadır. == Wireless Gigabit Alliance == WiGig (ing. Wireless Gigabit Alliance, azərb. ‎ Naqilsiz Geqabit qrupu) yeni nəsil simsiz rabitə standartıdır. Bu standart IEEE 802.11ad standartı adlanır. WiGig texnologiyası bizə məlum 802.11ac standartından fərqli olaraq 60 GHz tezlik diapazonundan istifadəni nəzərdə tutur. WiGig ilə təchiz edilmiş kompüter və noutbuklara xarici daşıyıcı, proyektor və başqa periferiya qurğularının qoşulması üçün daha kabelə ehtiyac olmayacaq və fərdi kompüterdəki Full HD və daha yüksək formatda filmi planşetə iki dəqiqəyə ötürmək mümkün olacaq. WiGig texnologiyasını dəstəkləyən ilk qurğu 2015-ci ildə nümaişə çıxarılmışdır. Sözügedən qurğu “Qualcomm Snapdragon 810” mobil çipidir. Bu çip "WiGig" texnologiyasını dəstəkləyən birinci mobil platformadır və nəticədə 4K formatlı videonun yayımını həyata keçirmək mümkün olacaq.
Yvette Higgins
Yvette Higgins (d. 5 yanvar 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Yvette Higgins, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Yvette Higgins, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Edvard Higgins Uayt
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio, Texas – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
Edvard Higgins Vayt

Edward Higgins White

Maykl Deniyel Hiqqins
Maykl Deniyel Hiqqins (ing. Michael Daniel Higgins; irl. Mícheál Dónal Ó hUigínn; 18 aprel 1941[…], Limerik, Munster[d]) — irland siyasətçi, şair, sosioloq və yayımçı, 2011-ci ilin noyabr ayından etibarən İrlandiya Prezidenti. Vəzifə tutduğu vaxtda ədalət, sosial bərabərlik, sosial qarışma, məzhəbçilik, irqçilik və sülhlə əlaqədar problemləri həll etdi. İrlandiya Prezidentinin Birləşmiş Krallığa ilk dövlət səfərini 2014-cü ilin aprelində onun tərəfindən icra edildi. Hiqqins 2018-ci ildə ikinci dəfə İrlandiya Prezidenti seçildi və qazandığı böyük qələbə ilə yadda qaldı. Hiqqins İrlandiya Respublikası tarixində 822.566 səs ilə ən böyük şəxsi mandat oldu. Hiqqinsin ikinci prezident inauqurasiyası 11 noyabr 2018-ci ildə baş tutdu. == Həyatı == Hiqqins 18 aprel 1941-ci ildə Limerikdə anadan olub. Atası Con Hiqqins Kler əyalətinin Ballikar şəhərindən idi və İrlandiya Respublikaçı Ordusunun 2-ci Kork briqadası, 3-cü Tabur Şarlevilin leytenantı idi.