İNŞAATÇI
İNTELLEKT
OBASTAN VİKİ
İnşallah
İnşallah (ərəbcə: انشاءالله) — "İn" (əgər) "şəa" (istəsə) və "Allah" sözlərindən əmələ gəlib, "Əgər Allah istəsə", qısası, "Allah qoysa" deməkdir. Qurani-Kərimdə buyurulur: "Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!" – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)" – de." (Kəhf surəsi, 24) "İnşallah" əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək. "İnşallah" sözünün üzərinizə qoyduğu vəzifə əhd bağladığınız işlə əlaqədar mümkün olan bütün səbəbləri əmələ gətirməkdən ibarətdir. Əgər əmələ gətirmirsinizsə, deməli, "İnşallah" sözünü sadəcə dildə iqrar etmisiniz, yəni əməldə onu göstərməmisiniz. Bu isə möminə xas olan xüsusiyyət deyil. Siz səbəbləri əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman Allah verdiyiniz sözün məsuliyyətini üzərinizdən götürür. Bu əhdin məsuliyyətini başa düşə bilməmiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməmiz kifayət edər "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur"!
İnşallah xan İnşa
İnşallah xan İnşa (1752, Mürşüdabad[d] – 19 may 1817, Lakhnau, Britaniya Hindistanı) — urdu şairi. == Həyatı == İnşallah xan İnşa (1756–1817) Urdu dilinə son dərəcə hakim biri idi. Farsca, Urduca, Pəncabca, Puştuca, Türkcə (Çığatayca) gözəl bilirdi. "Dərya-ye Lətafət (1802)" adlı Urduca lüğət kitabı yazmışdır . Farsca və Urduca divanı vardı. "Rani Kitki ki Kahani" adlı hekayəsində Ərəbcə və Farsca tək bir kəlmə və tamlama içlətməmişdi . Eynı şəkildə "Silk-e Gauhar" adlı başqa bir hekayəsində də nöqtəli tək bir hərf işlətməmişdi . Bu əsərlər, onun dilə hakimiyətini göstərən ən yaxşı örnəkdilər.

Digər lüğətlərdə