Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səndən xəbərsiz (film, 1985)
== Məzmun == Bu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır... == Film-tamaşa haqqında == Film-tamaşa yazıçı Aslan Qəhrəmanovun romanı əsasında ekranlaşdırılmışdır. Bu film-tamaşanın əvvəli "Səni axtarıram" və "Bağışla" televiziya tamaşalarında yer almışdır.
Zərərsiz dəlibəng
Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir. Qutucuqları əl ilə toplanılmalıdır.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. == Təsnifatı == Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər. Nefrogenik şəkərsiz diabet.
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. == Simptomları == Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. == Səbəbləri == === Naməlum === Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.O, həmçinin hipotalamusun, hipofiz sapının, arxa hipofizin zədələnməsi ilə əlaqədardır və baş travması nəticəsində yarana bilər.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. == Simptomları == Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur.Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır. == Səbəbləri == === Qazanılmış === Nefrogenik şəkərsiz diabet ən çox qazanılmış formalarda olur, yəni qüsur doğuş zamanı olmur.
Xəbərçi (veriliş)
"Xəbərçi" — 1991-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər gün yayımlanan informasiya proqramı. == Tarixi == Veriliş ilk dəfə ANS TV telekanalının ilk verilişi kimi 1991-ci il noyabrın 26-da efirə çıxıb. Veriliş həmçinin "İqtisadiyyat" (Hesab vaxtı), "İdman" (Passport) və "Hava" buraxılışlarından ibarət olub.
Əvəzsiz sesurslar
Əvəzsiz sesurslar- digər resurslarla əvəz olunmayan resurslar (su, işıq, torpaq və s.).
Tərbiz Əliyev
Tərbiz Nəsib oğlu Əliyev - iqtisad elmləri doktoru, professor, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin Tədris-təhsil mərkəzinin direktoru, Beynəlxalq İnformatizasiya və Eko-energetika Akademiyalarının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Ukrayna Texnologiya Akademiyasının həqiqi üzvü, “Adam Smit” adına qızıl medalın laureatı, Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun fəxri professoru == Həyatı == Tərbiz Nəsib oğlu Əliyev 1947-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. O,1965-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-iqtisad fakültəsində ali təhsil almış, 1970-ci ildə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. Elmi-pedaqoji və təsərrüfat fəaliyyəti dövründə kiçik elmi işçi, böyük iqtisadçı, şöbə müdiri, idarə rəisi, direktor, baş direktor, kafedra müdiri vəzifələrində çalışmışdır. Tərbiz Əliyev hazırda Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin nəzdindəki, Ukrayna Əqli Mülkiyyət İnstitutu ilə birgə yaradılmış informasiya və innovasiya istiqamətində magistr hazırlığını həyata keçirən Tədris-Təhsil Mərkəzinin direktorudur. Tərbiz Əliyev 1978-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor adına layiq görülmüsdür. Tərbiz Əliyev 2005-ci ildə o, Beynəlxalq İnformasiya Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir. Tərbiz Əliyev Ukrayna Texnologiya Akademiyasının 29 aprel 2015-ci il tarixli ümumi yığıncağında həmin akademiyanın həqiqi üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Tərbiz Əliyevin bu günə kimi 35 monoqrafiya və kitabı, icmal-informasiya, dərs vəsaiti, 480 çap vərəqi həcmində 200-ə yaxın elmi məqaləsi işıq üzü görmüşdür ki, onlardan da 15-i xarici ölkələrin nüfuzlu jurnallarında özünə yer tutmuşdur. Ölkəmizdə ilk dəfə olaraq 1984-cü ildə Azərbaycan dilində Tərbiz Əliyevin "İstehsalın idarə edilməsinin əsasları" adlı dərs vəsaiti nəşr olunmuşdur. 1986-cı ildə isə Moskvada "Neft emalı və neft-kimya müəssisələrinin idarə edilməsinin təşkilinin təkmilləşdirilməsi" adlı monoqrafiyası çap edilmişdir.
Xəbərçi (veriliş, 1991)
"Xəbərçi" — 1991-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər gün yayımlanan informasiya proqramı. == Tarixi == Veriliş ilk dəfə ANS TV telekanalının ilk verilişi kimi 1991-ci il noyabrın 26-da efirə çıxıb. Veriliş həmçinin "İqtisadiyyat" (Hesab vaxtı), "İdman" (Passport) və "Hava" buraxılışlarından ibarət olub.
Ətsiz dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Xəbərçi (veriliş, 1991-2016)
"Xəbərçi" — 1991-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər gün yayımlanan informasiya proqramı. == Tarixi == Veriliş ilk dəfə ANS TV telekanalının ilk verilişi kimi 1991-ci il noyabrın 26-da efirə çıxıb. Veriliş həmçinin "İqtisadiyyat" (Hesab vaxtı), "İdman" (Passport) və "Hava" buraxılışlarından ibarət olub.
Qafqazın bu tərəfinin xəbəri (qəzet)
"Qafqazın bu tərəfinin xəbəri" (qəzet)— 1845-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan qəzet. == Haqqında məlumat == "Zaqafqazski vestnik" qəzeti nəşr olunanda Rusiyanın Qafqaz əmirliyi bu qəzetin də yerli dillərdə nəşrinin vacibliyini nəzərə almışdı. "Zaqafqazski vestnik"in Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin xəbəri" adlanırdı və o, 1845-ci ildə işıq üzü gördü. Tədqiqatçı A.Z.Abramişvili həmin qəzetin birinci nömrəsini arxivdən aşkarlayaraq, foto-surətini mətbuatda çap etdirmişdir. Həmin foto-surətdən və müəllifin verdiyi məlumatdan aydın olur ki, "Qafqazın bu tərəfinin xəbəri" qəzeti 1845-ci ildə nəşr edilmişdir. Qəzetin redaktoru Platon İoseliani, tərcüməçisi Babacan Lazarev olmuşlar. == Qəzetdə dərc olunan məqalələr == Qəzetin birinci nömrəsində ilk səhifədə senatın fərmanının bir hissəsi dərc edilmişdir. Fərmanda göstərilir ki, “hərgah mənzilbəmənzil gönədrilən məhbuslar yolda fövt olalar, lazımdır ki, vilayət hakimləri onları dəfn etsinlər”. Fərmanda dəfn xərcinin ödənilməsi, qəza məhkəmələrinin və hərbi hissələrin bu məsələ ilə əlaqədar vəzifələri qeyd olunmuşdur. Həmin səhifədəki başqa bir yazıda Qara dənizin şərqində, Kuban və İnqur çaylarının arasındakı gömrükxanalarda vergisiz mal gətirməyə izin verildiyi bildirilir.Qəzetin ikinci və üçüncü səhifələrində girov qoyulmuş evlər, dükanlar haqqında, əmlakı müsadirə ediləcək adamlar haqqında məlumatlar, elanlar dərc olunmuşdur.
Eragrostis petersii
Tükcüklü şəkərqamışı (lat. Eragrostis pilosa) — şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Catabrosa verticillata (Cav.) P.Beauv. Eragrostis afghanica Gand. Eragrostis amurensis Prob. Eragrostis bagdadensis Boiss. Eragrostis baguirmiensis A.Chev. Eragrostis bicolor Boiss. [Invalid] Eragrostis bithynica Griseb. [Invalid] Eragrostis collocarpa K.Schum.
Rhynchocyon petersi
Peters xortumlu itciyəzi (lat. Rhynchocyon petersi) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Eteric adaları
Eteric adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur. == Yerləşməsi == Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.