f. 1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. Ət çapmaq. Odun çapmaq.
– Belə ki, hansı kənd Şurasının adamı harada işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq, meşə çıxaracaq – hamısı nəzərə alınmışdı. S.Rəhimov.
2. İti sürmək (atı). Odur atlılar dəstədəstə, ya tək-tək uzaqdan görsənirlər.
Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar… C.Məmmədquluzadə.
// Sürətlə getmək, qaçmaq (at).
Hara belə çapırsan? – At kişnəyir, çapır, toz qopur dağdan; İştə bir hənirti gəlir uzaqdan. A.Səhhət.
// Qaçıb getmək.
Bəli, elə o lazımdır ki, Məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, filan övrəti al mənə! C.Məmmədquluzadə.
3. Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq.
[Hacı Nuru şair:] Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə.
4. Kəsərti ilə, iti bir şeylə yaralamaq.
…Mahmud ayağını balta ilə çapdı. Z.Xəlil.
[Şəmsi] buradan yıxılıb üzünü çapmışdı. H.Seyidbəyli.