Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xubyar (Çaroymaq)
Xubyar (fars. خوبيار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Xubyarlı
Xubyarlı (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunda kənd. Xubyarlı (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunda kənd.
Xubyarlı (Kəleybər)
Xubyarlı (fars. خوبيارلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (18 ailə).
Xubyarlı (İmişli)
Xubyarlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xubyarlı kəndinin adı 1902-ci il yanvar ayının 31-də Şamaxı şəhərində baş vermiş zəlzələdən köçən və gəlib həmin kənddə yerləşən 3 ailədən biri Xubyar bəyin adı ilə bağlıdır.[mənbə göstərin] Araz çayının sağ sahilində, Mil-Muğan su kanalı boyu, Bakı-Horadiz şose yolunun kənarında yerləşir.[mənbə göstərin] == Toponimikası == İmişli rayonunun Məzrəli inzibati ərazi vahidində kənddir. Mil düzündədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu - VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır.
Xubyarlı türbələri
Xubyarlı türbələri — Cəbrayıl rayonun Xubyarlı kəndində memarlıq abidəsi. == Tarixi == Cəbrayıl rayonun Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid "Dairəvi" türbə və XVI əsrə aid səkkizguşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən tam bərpa olunmuşdur. Lakin bu tarixi abidələr 1993-cü il Cəbrayıl rayonunun işğalı zamanı erməni vandalları tərəfindən yerlə — yeksan edilmişdir.Cəbrayıl rayonun Xubyarlı kəndindəki türbələr Orta əsrlərin yadigarıdır. Özünəməxsus memarlıq üslubu ilə XV əsrə aid edilən "Dairəvi türbə" və XVI əsrə aid səkkizguşəli türbə Cəbrayıl rayonun işğalından əvvəl bərpa olunmuşdu. == İstinadlar == == Xarici keçidlər == "Mədəniyyətimizin beşiyi". sia.az. İstifadə tarixi: 25 may 2021. "Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri". anl.az. İstifadə tarixi: 25 may 2021.
Xubyarlı (Cəbrayıl)
Xubyarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun Cəbrayıl qəsəbə inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu - VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cuybar
Cuybar — İranın Mazandaran ostanınında şəhərlər.. Həm də Cuybar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,117 nəfər və 7,052 ailədən ibarət idi.
Xullar
Xullar (lat. Gobiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır.
Xuzdar
Xuzdar — Pakistanın Bəlucistan əyalətində şəhər. Şəhər Pakistanın ən böyük 45-ci şəhəridir. 1952-ci ilin oktyabr ayından 1955-ci ilədək Bəlucistan Ştatının paytaxtı, 1955-ci ildə isə Bəlucistanın inzibati mərkəzi olub. Brahui dilinin ən çox yayıldığı şəhərdir.
Çubdar
Çubdar (fars. چوبدر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Xiyar
Xiyar (lat. Cucumis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Xiyarın sarılqan xüsusiyyətli incə quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5 loplu tüklü yarpaqları və yarpağın qoltuğundan çıxan tək eşeyli sarı çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl rəngli qabıqla örtülü incə uzun və silindir formasında meyvələrin içində çoxlu toxum olur. Bu bitki hər cürə iqlimdə yetişə bilər Lakin Tundrada yetişə bilməz. Bol su sevən bu bitki quraqlıq yerlərdə yetişmir. Gübrə vasitəsi ilə məhsuldarlığı daha da artırılır. Əgər aqrar dərman istifadəsi təbiət və bitki üçün zərərlidirsə, bu halda tövsiyə olunmur.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. == Tarixi == Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Cuybar şəhristanı
Cuybar şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cuybar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 70,204 nəfər və 18,276 ailədən ibarət idi.
Kubbar adası
Kubbar adası (ərəb. جزيرة كبر‎) — Küveytə məxsus olan, yaşayışı olmayan adada. Fars körfəzində, Faylaka və Umm-əl-Maradim adaları arasında yerləşir. Qar və Umm-əl-Maradim adalarından sonra ən cənubda yerləşən ada sayılır. Dairəvi formaya malikdir, diametri 370–380 metr təşkil edir. Uzunluğu şərqdən qərbə 470 m, şimaldan cənuba isə 390 m təşkil edir. Sahəsi 0,14 km²-dır (14 ha). Subtropik iqlimə malik mərcan adasıdır. Qumlu ada şimal hissədə çimərliyə sahibdir. Qərb hissədə isə daşlı sahə vardır.
Kulyar-Veqa
Kulyar-Veqa (isp. Cúllar Vega) — İspaniyanın Andalusiya muxtar regionunun Qranada vilayətində yerləşən bələdiyyə. == Coğrafi konteksti == Bu Qranada Metropolitan sahəsin təşkil edən 51 şəhərlərdən biridir. == Hədləri == Churriana de la Vega, Las Vegas Gabias və Genil ilə həmsərhəddir. Şəhərdən Dilar çayı keçir. == İqlimi == Cúllar Vega bir kontinental-Aralıq dənizi iqlimə malikdir. İqlimi qurudur və yay mülayim keçir. Küləklər böyük məsafə ətrafındakı bəzi coğrafi yüksəkliklərdə baxmayaraq, bütün istiqamətlərdə onun tərəfinə gəlir.
Kulyar Veqa
Kulyar-Veqa (isp. Cúllar Vega) — İspaniyanın Andalusiya muxtar regionunun Qranada vilayətində yerləşən bələdiyyə. == Coğrafi konteksti == Bu Qranada Metropolitan sahəsin təşkil edən 51 şəhərlərdən biridir. == Hədləri == Churriana de la Vega, Las Vegas Gabias və Genil ilə həmsərhəddir. Şəhərdən Dilar çayı keçir. == İqlimi == Cúllar Vega bir kontinental-Aralıq dənizi iqlimə malikdir. İqlimi qurudur və yay mülayim keçir. Küləklər böyük məsafə ətrafındakı bəzi coğrafi yüksəkliklərdə baxmayaraq, bütün istiqamətlərdə onun tərəfinə gəlir.
Kütburun xullar
Kütburun xulları (lat. Proterorhinus) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cins nümayəndələrinin xarakterik xüsusiyyətləri yuxarı dodaq üzərində asılı uzun anten şəklində olan bığcıqdır. == Növləri == Mərmər xul (Proterorhinus marmoratus) — Qara dənizin duzlu sularında yaşayır. Proterorhinus nasalis — Xəzər dənizinin cənubunda yayılmışdır. Proterorhinus semilunaris — Qara dənizin qərb hissəsinə tökülən çaylarda yaşayır. Proterorhinus semipellucidus. Xəzər dənizinin hövzəsinə aid şirin sularda yayılmışdır. Proterorhinus tataricus — Krımın Çornaya çayında yayılmışdır. == İstinadlar == == Xarici keçidlər == Stepien C. A., Tumeo M. A. (2006) Invasion genetics of Ponto-Caspian gobies in the Great Lakes: a "cryptic" species, absence of founder effects, and comparative risk analysis.
La-Lubyer
La-Lubyer (fr. La Loubière, oks. La Lobièra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Bozul. INSEE kodu — 12131. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 8 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 913 nəfər (15-64 yaş arasında) arasında 693 nəfər iqtisadi cəhətdən fəal, 220 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 77.5%).
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. == Növləri == Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Villar-Lubyer
Villar-Lubyer (fr. Villar-Loubière, oks. Vilard Lobiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05182. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 49 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 21 nəfər iqtisadi fəal, 9 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 72.2%). 21 fəal adamdan 19 nəfəri (10 kişi və 9 qadın) çalışdı, 2 kişi işsizdi.
Xudayar Yusifzadə
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. == Hərbi xidməti == Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
Xudayar təsnifi
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. == Tarixi == Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. === Trendə çevrilməsi === Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Xudayar xan
Xudayar xan Xudayari (17 oktyabr 1873, İran – 28 yanvar 1950, Tehran) — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri == Həyatı == Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi. Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı. Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib. == Qaleriya == == Mənbə == Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.
Dübrar dağı
Dübrar dağı — Azərbaycan Respublikası Xızı rayonu ərazisində yerləşən dağ. Böyük Qafqaz sıra dağlarının cənub — şərq hissəsindən keçən Dübrar dağ silsiləsinin baş zirvəsi, Dübrar dağ (Kolanı) hündürlüyü 2205 metrdir.
Dübrar kəsilişi
Dübrar kəsilişi Böyük Qafqazın cənub yamacı Zaqatala-Qovdağ zona­sının orta və üst təbaşir çöküntülərinin istinad kəsilişi sayılır. Bu kəsiliş Altı­ağac kəndindən qərbdə, Dübrar dağının yamaclarında üzə çıxır və özünün tamlığı və müxtəlif qrup təbaşir faunasının varlığı ilə seçilir.
Ez-Zubаyr
Zübeir-İraqın Bəsrə mühafəzəsində,Küveyt və BƏƏ ən yaxın şəhəri. == Haqqında == Əl-Zubeyr şəhəri İraqın cənubundakı Bəsrə şəhərinin cənub-qərbində yerləşir və şəhər Ərəbistan yarımadası ilə Ərəb körfəzi bölgəsi və İraq arasındakı səyahət mərkəzləri və Badia ilə yaxınlığı var.Onu Nəcd çöllərindən gələn İraq Bədiyyələri və onlarla ticarət mübadiləsi üçün gələn hər kəs bir bölgə etdi. Əl-Zubeyr, İraq şəhəri olaraq tarixi statusa sahibdir və yarandığı bir neçə əsr ərzində miras və hadisələrlə doludur. Ayrıca İraqın şimalından və şərqindən kənarda olan Allahın Müqəddəs Evi olan Həcc ziyarətinə gələn və gedənlər üçün bir yerdir. == Etimologiyası == E.ə 38–658-ci ildə orada dəfn olunmuş Əl-Zubeyr İbn Əvam ilə əlaqədar olaraq bu ad verildi və o, Məhəmməd Peyğəmbərin əmisi oğlu və Cənnətin on təbliğatçısından biridir. Əl-Mirbadın arxeoloji məkanı ilə xəlifə Ömər bin Əl-Xattabın dövründə Ataba Bin Qazvan tərəfindən qurulmuş qədim Bəsrə şəhəri arasında yerləşir.
Gülyar (Soyuqbulaq)
Gülyar (fars. گليار‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (19 ailə).