XUMAR

sif. [ ər. ]
1. Süzgün (göz, baxış haqqında).
Nə baxırsan pəncərədən; Xumar gözün süzən gözəl?! Aşıq Ələsgər.
Qız isə Bahadırı görüb yanından keçərkən, xumar gözlərini Bahadıra süzdürdü. N.Nərimanov.
Yüzillik bir ömrü qurban verərdim; Xumar gözlərinə baxsaydım bir an. R.Rza.

2. Keflilik, məstlik.
Xanın bu nərəsinə xumardan sərasimə ayılan qaçaqlar dəhşətdən yerlərində donub qaldılar. M.Rzaquluzadə.

□ Xumar olmaq – keflənmək, məst olmaq, nəşələnmək.
Gecə və gündüz məst xumar olan xəlifə, Əmin ağamın ona göndərdiyi həcvi oxuyub üç gün üç gecə yasa batmışdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XUMAR süzgün
  • XUMAR kefli
XULİQANLIQ
XUMAR-XUMAR

Digər lüğətlərdə