Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Alovda yürüyən (film, 1986)
Alovda yürüyən (ing. Firewalker) — 1986-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. == Məzmun == Jurnalist vəzifəsində çalışan Patrisiya arxeologiya ilə maraqlanır. Bir dəfə onun əlinə bir xəritə düşür. Bu xəritədə keçmiş hindu tayfasına məxsus qızılların hansı ərazidə yerləşdiyi göstərilir. Bunun üçün Patrisiya qorxmaz qəhrəmanlar axtarır. Günlərin birində Patrisiya Maks və Leo ilə barta rastlaşarkən, onlardan kömək istəyir. Patrisiya Bu zaman hindu geyimli naməlum şəxs onlara bir neçə ox atır və tez bir zamanda buranı tərk edir. Maks və Leo bəxtlərini sınamaq üçün Patrisiya ilə birlikdə macəra axtarışına çıxırlar. Macəra zamanı qiymətli əşyaya bənzər bir bıçaq tapırlar.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Pavel Yuraşek
Pavel Yuraşek (8 oktyabr 1994) — Polşalı üzgüçü. Pavel Yuraşek Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Pavel Yuraşek birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.50 saniyəlik nəticəsi ilə 35-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yermek Omirtay
Yermek Omirtay (3 avqust 1992) — Qazaxıstanlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Qazaxıstanı təmsil edir. Yermek Omirtay dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.