Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yağlıca
YAĞLICA — Yuxari Qarabagın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. == Toponimikası == Ermənistanda Yağlıkənd, Qars əyalətinin Ərdahan dairəsində Yağlı (dağ), Dağıstanda Yağlı Güney (dağ), Şamaxı qəzasında Yağlıtəpə, Gürcüstanda Kutaisi quberniyasının Şaporan qəzasında Yağlıtəpə, Borçalıda Yağlıca, Zəngəzur qəzasında Yağlıdərə, Qazax qəzasında Yağlıçay, Ordubad rayonunda Yağlıdərə və s. toponimlərlə mənaca eynidir. Bu toponimlərin bəziləri monqolca yaq "şibyə ilə örtülmüş şam ağaclığı", "şamlıq" sözündəndir. Bəziləri isə qaramalın südünün çox yağlı olmasını təmin edən otlaq mənasındadır.
Yalova
Yalova — Türkiyə, Yalova ilinin inzibati mərkəzi. Bugünki inzibati bölünməyə görə, mərkəz rayonla birlikdə 6 ilçədən ibarətdir. İlçələr; Yalova Mərkəz, Altınova, Armudlu, Çınarcık, Çiftlikköy və Termal. Yalovanın 6 ilçə bələdiyyəsi ilə birlikdə, cəmi 15 bələdiyyəsi var; Şəhərin əhalisi 2018 ilə görə 144.407 nəfərdir. 1937-ci ildə 21.000 olan əhali 1990-cı ildə 65.823-ə, 2000-ci ildə 70.118-ə, 2007-ci ildə isə 87.372 nəfərə çıxmışdır. Yalova, ərazi etibarilə Türkiyənin ən kiçik ilçəsidir və 105 km ilə dənizə ən uzun sahili olan turist ilçələrindən biridir. Yalova, səmərəli və bərəkətli torpaqlara malikdir. Çınarcık, Gökçədərə, Albalılı, Kılıçköy və Taşköprü ilə dəniz arasında bir-birindən alçaq təpəciklərlə ayrılan böyüklü kiçikli düzənliklər yaranıb. Bu düzənliklər, axar sular boyu uzanmaqda olub dairələrində meyvəçilik və tərəvəzçilik aparılır. == Tarixçəsi == Bölgədəki ilk yaşayışlar e.ə XVII-XV Əsrlərə aiddir.
Armudlu (Yalova)
Armudlu ilçəsi — Yalova ilinin ilçəsi. Armudlu ilçəsi Mərmərə dənizinin şərqində, Gəmlik körfəzinin şimalında yerləşir. Elçə şimal-şərqdən Yalova elinin mərkəzi, cənub-şərqdən Gəmlik, şərqdən Orxanqazi, şimal-qərbdən və şimaldan dənizlə əhatə olunmuşdur. Yalova elinin mərkəzinə 55 km, Gəmliyə 27 km məsafədə yerləşən elçənin, Mudanya və İstanbulla dəniz əlaqəsi var. == Etimologiya == Armudlu adının "Armodo" və "Armodies" sözlərindən yarandığı düşünülür. Bu sözlərin mənası "Donanma" və "Donanmaya nəzarət edən şəxs"dir. Bundan başqa, tarixən Enrutluq, Emrudili, İmrudili kimi də tanınmışdır. Armudlu adının yaranma tarixçəsilə bağlı iki rəvayət mövcuddur: 1. Bizans kralının qızı Armodiesin bədəninin hər yerində yaralar çıxmışdı. Kral qızının vəziyyətindən utandığı üçün əsgərləri ilə birlikdə qızını müasir mineral bulaqların olduğu yerə gətirmişdir.
Armutlu, Yalova
Armudlu ilçəsi — Yalova ilinin ilçəsi. Armudlu ilçəsi Mərmərə dənizinin şərqində, Gəmlik körfəzinin şimalında yerləşir. Elçə şimal-şərqdən Yalova elinin mərkəzi, cənub-şərqdən Gəmlik, şərqdən Orxanqazi, şimal-qərbdən və şimaldan dənizlə əhatə olunmuşdur. Yalova elinin mərkəzinə 55 km, Gəmliyə 27 km məsafədə yerləşən elçənin, Mudanya və İstanbulla dəniz əlaqəsi var. == Etimologiya == Armudlu adının "Armodo" və "Armodies" sözlərindən yarandığı düşünülür. Bu sözlərin mənası "Donanma" və "Donanmaya nəzarət edən şəxs"dir. Bundan başqa, tarixən Enrutluq, Emrudili, İmrudili kimi də tanınmışdır. Armudlu adının yaranma tarixçəsilə bağlı iki rəvayət mövcuddur: 1. Bizans kralının qızı Armodiesin bədəninin hər yerində yaralar çıxmışdı. Kral qızının vəziyyətindən utandığı üçün əsgərləri ilə birlikdə qızını müasir mineral bulaqların olduğu yerə gətirmişdir.
Yalova Qırğını
Yalova qırğını aprel-may 1921-ci ildə Yunan və yerli yunanlar və ermənilər tərəfindən Yalova bölgəsində müsəlmanlara tətbiq olunan zülmü . Bölgədəki Müsəlman Türk kəndlərinin az qala hamısı yandırıldı , minlərlə insan öldürüldü və ya qaçqın vəziyyətinə düşdü. Hadisələr yunan Türk müharibə zamanı baş verib. == Araşdırma Heyəti == Hadisələr Qırmızı Xaç nümayəndələrinin də içində olduğu beynəlxalq bir heyət tərəfindən araşdırıldı. Heyət başçısı Moris Geriyə görə, təxminən 6,000 insan öldürüldü. Osmanlı qaynaqları isə daha geniş bir bölgəni içinə alaraq ümumi 9,100 ölüdən bəhs edir. Başqa mənbələrə görə yalnız Yalova ətrafında 5.500 müsəlman öldürüldü. Bir qaynağa görə Gemlik və Yalova qəzalarında 27 kənd yox edildi, Orhangazi qəsəbəsi qismən yandırıldı. Armutlu'da qadınlar sistematik bir formada təcavüz edildi. bir neçə min müsəlman qaçqın gəmilərlə İstanbula daşındı.
Yalova Universiteti
Yalova universiteti — Türkiyənin Yalova ilində təsis edilmiş dövlət universitetidir. 27 mart 2018 tarixində universitetin rektoru Rəcəb Tayyib Ərdoğan tərəfindən professor Suad Cəbəci təyin edilmişdi. Prof. Fəhimə Jülidə Hizal Ucasoy, Prof. Fikrət Yüksəl, Prof. Orxan Torkul rektor köməkçiləri kimi fəaliyyət göstərirlər.Akademik performansa dair universitet sıralaması labaratoriyasının araşdırmalarına əsasən 2019–2020 illəri etibarilə Türkiyədə akademik performans baxımından 12-ci sırada qərarlaşmışdı. == Tarixi == 31 may 2008-ci il tarixli 26892 saylı sərəncama əsasən Yalova ilində təsisinə qərar verildi. Uludağ Universiteti, Yalova Peşə Liseyi Yalova Universitetinin təməli hesab olunur. 1995-ci ildə Yalova ilinə aid bir universitetə ehtiyac olduğu üçün 22 yanvar 1996-cı ildə Yalova Ali Təhsil vəqfi, 19 fevral 2007-ci ildə isə Yalova Universiteti "Bərpa və Qorunma" dərnəyi qurulmuşdu. Yalova Universiteti 2008-ci ildə universitet təhsil fəaliyyətinə başladı.
Yalova ili
Yalova ili — Türkiyədə il.
Yalova qətliamı
Yalova qırğını aprel-may 1921-ci ildə Yunan və yerli yunanlar və ermənilər tərəfindən Yalova bölgəsində müsəlmanlara tətbiq olunan zülmü . Bölgədəki Müsəlman Türk kəndlərinin az qala hamısı yandırıldı , minlərlə insan öldürüldü və ya qaçqın vəziyyətinə düşdü. Hadisələr yunan Türk müharibə zamanı baş verib. == Araşdırma Heyəti == Hadisələr Qırmızı Xaç nümayəndələrinin də içində olduğu beynəlxalq bir heyət tərəfindən araşdırıldı. Heyət başçısı Moris Geriyə görə, təxminən 6,000 insan öldürüldü. Osmanlı qaynaqları isə daha geniş bir bölgəni içinə alaraq ümumi 9,100 ölüdən bəhs edir. Başqa mənbələrə görə yalnız Yalova ətrafında 5.500 müsəlman öldürüldü. Bir qaynağa görə Gemlik və Yalova qəzalarında 27 kənd yox edildi, Orhangazi qəsəbəsi qismən yandırıldı. Armutlu'da qadınlar sistematik bir formada təcavüz edildi. bir neçə min müsəlman qaçqın gəmilərlə İstanbula daşındı.
Melike İpek Yalova
Melike İpek Yalova (29 aprel 1984, Ankara) — Türkiyə aktrisası.
Melike İpək Yalova
Melike İpek Yalova (29 aprel 1984, Ankara) — Türkiyə aktrisası.
Yalova zəlzələ abidəsi
Yalova zəlzələ abidəsi (türk. Yalova Deprem Anıtı) və ya 17 Avqust 1999 zəlzələ abidəsi (türk. 17 Ağustos 1999 Deprem Anıtı) ― Türkiyənin Yalova şəhərində İzmit zəlzələsi qurbanlarının xatirəsini qoyulmuş abidə. Yalovadaki 17 Avqust memorial parkında yerləşən abidə 17 Avqust 2000-ci ildə, zəlzələnin birinci ildönümündə açılmışdır. == Arxa fon == 1999-cu ilin 17 avqustunda Türkiyənin şimal-qərbindəki Yalova, Kocaeli və İstanbul illərində 7,4 bal gücündə güclü zəlzələ baş verdi və təxminən 18 000 adamın ölümünə səbəb oldu. Yalovada meydana gələn zəlzələnin ziyanının dərəcəsi rəsmi olaraq 2 508 nəfər ölü və sökülməli olan 13 939 ziyan çəkmiş ev olaraq qeyd edilmişdir. Qeyri-rəsmi hesablamalara görə isə ölənlərin sayı daha çoxdur. Zəlzələ nəticəsində 15 237 yikili orta dərəcədə, daha 12 878 tikili isə nisbətən daha az zərər görmüşdür. == Abidə == Zəlzələdən dərhal sonra Yalovada təmizlik və bərpa işləri başladı və dağılmış binaların dağıntıları birbaşa sahilindəki Mərmərə dənizinə atıldı. Təmizləmə işləri başa çatdıqdan sonra dənizə əlavə edilmiş quru sahəsi 65 000 kvadrat kilometr ərazini əhatə edirdi.5 iyun 2000-ci ildə Yalovadakı zəlzələ qurbanlarının xatirəsinə abidə tikilməsi üçün təməlqoyma mərasimi keçirildi.
Yağlara əlavə edilən aşqarlar
Yağlara əlavə edilən aşqarlar -Yağların istismar xassəsini yaxşılaşdırmaq və ya uzunmüddətli saxlamaq üçün sürtkü yağlarına əlavə edilən birləşmələrə aşqarlar deyilir. Aşqarların effektivliyi onların kimyası ilə müəyyən edilir. Sürtkü yağlarında aşqarların qatılığı mühüm xüsusiyyətlərdən biridir. Sürtkü yağlarında istifadə olunan aşqarların digər əsas xassələri- yaxşı həll olmalı, tərkibin sabitliyi, geniş temperatur diapazonunda saxlama və istismar zamanı buxarlanma dərəcəsi, su ilə yuyulmamaq və hidrolizə məruz qalmamaq; sürtkü ilə qarşılıqlı təsirə məruz qalmamaq, sürtkü yağları ilə materiallar təmasda olmaması (aşqarların özlərinin təsir mexanizminin əsasını belə p-ionlar təşkil etdiyi hallar istisna olmaqla); öz funksiyalarını mövcud vəziyyətdə saxlamaq. Aşqarlar sürtkü yağlarında yaxşı həll olmalıdırlar. == Sürtkü xassəsini yaxşılaşdıran aşqarlar == Aşqarlar yüksək və aşağı temperaturlarda sürtünmə səthlərinin yeyilməsini, aşınmasını azaldır. Bu aşqarlara hər ikisi heyvan mənşəli və piylərvə bitki mənşəli yağlar (məsələn, xardal yağı, donuz piyi); yüksək yağ turşuları (məsələn, olein turşusu) və efirlər(məsələn, pentaeritrit və sebatin (C10H18O4) turşunun efiri); tərkibində S [məsələn, kükürdləşdirilmiş spermaçit yağı, bms-(alkilbenzil) disulfid], P (məsələn, trikrezilfosfat), S və P (məsələn, Ba diizooktilditiofosfat, arilditiofosfor turşusunun izobutil efirinin Zn-Ba duzu), N (məsələn, 1-butilbenzotriazol) və s. Sürtkü materiallarında aşqarların qatılığı 0,1–3,0%- dən yüksək olmur. == Təzyiqə qarşı olan aşqarlar == Təzyiqə qarşı olan aşqarlar — sürtünmə səthlərinin yüksək yükləri altında sürtünmədə və təzyiqdə normal işləməyi təmin edir. Tərkibində S olan birləşmələr təzyiqə qarşı istifadə edilir (məsələn, etilen diizopropilksantat izopropilksantogenat K-nin dixloroetan ilə qarşılıqlı təsirinin məhsuludur); Cl (məsələn, üçxlorsirkə turşunun izobutil efiri, penta- və tetraxlorodifenillərin qarışığı); S və P (məsələn, Zn dialkilditiofosfat) və s.
Yaloba Tarix-Diyarşünaslıq Muzeyi
Yaloba Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikasının Xocalı rayon Kosalar kənd nümayəndəliyində muzey. == Muzeyin tarixi == Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd nümayəndəliyinin Yolaba kənd Tarix – Diyarşünaslıq muzeyi yaradılmışdır. == Muzeyin eksponatları == 1992-ci ildə may ayının 9 – da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponantlar işğal zonasında qalmışdır.Kənd işğal olunmamışdan qabaq muzeydə 800 adda 1500 ədəd qiymətli eksponantlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı. İndi isə muzeydə vətənpərvərlik mövzusunda stendlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilmişdir. == Muzeyin binası == Muzey 1 mərtəbəli binada, ümumi sahəsi 79 m2 olan 3 otaqda yerləşir. Eksponatların sayı 1200-dür.Məcburi köçkün düşəndən sonra Xocalı rayon Kosalar kənd nümayəndəliyi Kəpəz rayonunun Hacıkənd qəsəbəsində məskunlaşmışdır. O, vaxtdan da Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi Hacıkənd qəsəbəsində fəaliyyət göstərir. Xocalı rayonu işğal olunduqdan sonra 2014-cü ilin dekabr ayından Gəncə şəhərində xocalılar üçün yeni salınmış qəsəbədə fəaliyyətini davam etdirir. == Eksponatların toplanması == Eksponatların alınması üçün böyük vəsait olmamasına baxmayaraq, müzeyin direktoru Məmmədov Tofiqin fədakar əməyini nəticəsində eksponatlar əhalidən toplanmışdır.
Bağlıca
Bağlıca (Sayınqala)
Zağlıca
Zağlıca (Bostanabad)
Bağlıca (Sayınqala)
Bağlıca (fars. باغلوجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (22 ailə).
Bağlıca (Xudabəndə)
Bağlıca (fars. باغلوجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə).
Bağlıca (Çaroymaq)
Bağlıca (fars. باغلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Zağlıca (Bostanabad)
Zağlıca (fars. زگلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 59 nəfər yaşayır (25 ailə).
Henrix Yaqoda
Henrix Qriqoryeviç Yaqoda (doğum zamanı adı - Henax Gerşenoviç Yaqoda , sonralar Enok-Heinrich (Enoch) Gershenoviç və Genrix Gershenoviç , 7 (19) noyabr 1891, Rıbinsk, Yaroslavl quberniyası[d] – 15 mart 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti, SSRİ ) — rus inqilabçısı, sovet dövlət və siyasət xadimi, Sovet dövlət təhlükəsizlik orqanlarının (ÇK, BDSİ, NKVD ) əsas rəhbərlərindən biri, SSRİ Xalq Daxili İşlər Komissarı (1934-1936). SSRİ tarixində ilk " dövlət təhlükəsizliyi baş komissarı " (xüsusi rütbənin yaradılması və Yaqodaya verilməsi eyni fərmanla baş verdi). 1938-ci ildə Moskva prosesləri zamanı güllələnmişdir.
Zağlıca (Ucan-i Şərqi dehistanı)
Zağlıca (fars. زگلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı, Ucan-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 689 nəfər yaşayır (131 ailə).