YAĞLICA


1. sif. Çox yağlı, olduqca yağlı. Yağlıca ət.
– Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur yaxşıca, yağlıca bozbaş ilə. C.Məmmədquluzadə.

2. is. bot. Gəvən kitrəsi (bitki).
Bəzi yerlərdə gəvən kitrəsini yağlıca da adlandırırlar. S.Sadıqov.

YAĞLI-YAĞLI
YAĞLIXƏMİR
OBASTAN VİKİ
Yağlıca
YAĞLICA — Yuxari Qarabagın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. == Toponimikası == Ermənistanda Yağlıkənd, Qars əyalətinin Ərdahan dairəsində Yağlı (dağ), Dağıstanda Yağlı Güney (dağ), Şamaxı qəzasında Yağlıtəpə, Gürcüstanda Kutaisi quberniyasının Şaporan qəzasında Yağlıtəpə, Borçalıda Yağlıca, Zəngəzur qəzasında Yağlıdərə, Qazax qəzasında Yağlıçay, Ordubad rayonunda Yağlıdərə və s. toponimlərlə mənaca eynidir. Bu toponimlərin bəziləri monqolca yaq "şibyə ilə örtülmüş şam ağaclığı", "şamlıq" sözündəndir. Bəziləri isə qaramalın südünün çox yağlı olmasını təmin edən otlaq mənasındadır.

Digər lüğətlərdə