Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yasaqlıq
Yasaqlıq (lat. reservare — qorumaq)– təbiətin ən qədim mühafizə olunan yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin baxır, məs. fermer, meşə təsərrüfatı və s. Yasaqlıq daimi ola bilər. Qoruma rejimi tətbiq olunursa, yasaqlıqda istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqda ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, [[Giləmeyvəli alma|gilələr yığmaq və ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbii kompleks deyil, onun ayr(bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. == Respublikamızdakı yasaqlıqlar == Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir.
Bataqlıq
Bataqlıq – Yer səthinin ifrat dərəcədə rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir. Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni basması nəticəsində yeni bataqlıqların əmələ gəlməsi müşahidə olunur. Dünyada ən böyük bataqlıq Boliviya ilə Paraqvay ərazisində yerləşən Pantanal bataqlığıdır (150.000 km2) Bataqlıq hidrologiyası quru hidrologiyası bölməsi; torf çöküntülərilə örtülmüş bataqlıqları və bataqlıqlaşmış torpaqları öyrənir. Bataqlıq hidrologiyası rütubətin torf çöküntüləri və bitki örtüyü ilə qarşılıqlı əlaqəsini, bataqlıqlarda suyun hərəkətini və yerdəyişməsini, bataqlıq massivlərində axının formalaşmasını, buxarlanmanı və su-istilik balansını, bataqlıq daxili hidroqrafik şəbəkənin formalaşması qanunauyğunluğunu, bataqlıq suarının hidrokimyasını, bataqlıqlar arası və bataqlıqların ətraf mühitlə (atmosferlə, səth, qrunt və yeraltı sularla) əlaqəsi məsələlərini tədqiq edir.
Samanlıq
Samanlıq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Samanlıq kəndi Qoşabulaq bələdiyyəsinə daxildir. Mis çayının hər iki sahilində,Çobandagın ətəyində yerləşən Samanlıq kəndi Kiçik Qafqaz daglarının yamac tipli kənd formasında salınan yaşayış məntəqələrindəndir.Kəndin ərazisində Qalaca deyilən yerdə aşkar olunan qəbirlər və yaşayış yerlərinin qalıqları sübut edirki bu kənd ərazisi Xocalı Gədəbəy (Son Tunc və Erkən Dəmir dövrü) mədəniyyətinin dövrünə aiddir.Samanlıq kəndi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında 1918-1920 ci illər Gəncə qəzasının Qazax nahiyəsinə aid edilmişdir.1930 cu ildə rayonlar təzədən qurulanda Samanlıq kəndi Tovuz rayonuna verilib.1961 ci ildə Tovuz rayonuna uzaq olduğuna görə, 26 km Gədəbəylə məsafəsinə görə Gədəbəyə verilmişdir.Bu işi o zamankı kolxoz sədri Sadiqov Əsəd kişi Moskovaya rəsmi məktub yazaraq etmişdir.Kəndin ətraf yerlərində olan yer adları Türk ad sisteminə aid olan coğrafi toponimlərdir.Kəndin Şəmkir tərəfində Qazaxlar arxacı,Geriyan meşə,Ortalı təpə,Tovuz tərəfində Qabaqyal dağı,Qaryağdı,şərq hissəsində Düyərli,Qaranlıq,Dikdaş,Zağa dərəsi,Qələmkər kişinin yurdu,Səfərvurulan,Atxalxalı və.s yer adları bu gündə camaat tərəfindən işlədilir. Bələdiyyə sədri Ələkbərov Rasim Şamil oğludur. == Toponimikası == Samanlıq oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Çoban dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Tovuz r-nunun Alakol kəndindən köçmüş ailələr Samanlıq adlanan keçmiş yurd yerində salmışlar. Gəncə xanlığının Zülqədər tayfasının Zəyəm mahalının yaylaq yeri kimi istifadə olunmuşdur.Allahyar Bəy Zülqədərli bu zonanın yani Xınna dərəsinin bəyi kimi Samanlıq kəndinidə idarə etmişdir.Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarına qədər bu ərazi Alakol kəndinin əkin sahəsi olmuşdur. Sonralar bu ərazi qışlaq, binə, daha sonra isə yaşayış məntəqəsinə çevrildi.
Tamamlıq
Tamamlıq — ikinci dərəcəli cümlə üzvlərindən biri. Adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən?
Bataqlıq bayquşu
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Bataqlıq belibağlısı
Bataqlıq belibağlısı (lat. Circus aeruginosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Bataqlıq kəcəvəri
Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinin kəcəvər cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir. Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur.
Bataqlıq mərcanı
Bataqlıq mərcanısı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.
Bataqlıq pişikotu
Bataqlıq polikariyası
Bataqlıq qatıqotu
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Bataqlıq qatırquyruğu
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.
Bataqlıq qurucası
Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin quruca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. Zəif iyli olub, şortəhər dadlıdır.
Bataqlıq qızı
Bataqlıq qızı (ing. Where the Crawdads Sing) — ABŞ yazıçısı Delia Ouensin 2018-ci ildə yazdığı qətl sirri romanı. Hekayə yavaş-yavaş bir-birinə qarışan iki zaman xəttini izləyir. Birinci xronometraj Kia adlı gənc qızın Şimali Karolinanın bataqlıqlarında təcrid olunmuş vəziyyətdə böyüyərkən həyatı və sərgüzəştlərini təsvir edir. İkinci vaxt qrafiki Şimali Karolinanın uydurma sahil şəhəri Barkli-Kouvun (ing. Barkley Cove) yerli məşhuru Çeyz Endruysun aşkar qətli ilə bağlı araşdırmadan sonra baş verir. 2022-ci ilin iyul ayına qədər kitab 15 milyon nüsxədən çox satıldı. Film adaptasiyası 2022-ci ilin iyulunda buraxıldı. == Məzmun == " Bataqlıq qızı" — detektiv, ailə dramı və eyni zamanda təbiətin gücü haqqında parlaq hekayədir. Delia " Bataqlıq Qız " Kia Klarkın həyatından danışır.
Bataqlıq sunərgizi
Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü. == Sinonimləri == Caltha alpestris Schott, Nyman & Kotschy Caltha alpina (Schur) Schur Caltha arctica R.Br. Caltha arctica subsp. caespitosa (Schipcz.) Khokhr. Caltha arctica subsp. caespitosa A.P. Khokhr. Caltha arctica subsp. membranacea (Turcz.) Khokhr. Caltha arctica subsp.
Bataqlıq susüpürəni
Bataqlıq susüpürəni (lat. Chlidonias) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. == Görünüşü == Quyruqlarında kiçik yarıq vardır. Qanadları ensizdir. Çayların gilli sahillərində yuvalayırlar. Əsasən böcək və balıqlarla qidalanırlar.
Bataqlıq susüpürənləri
Bataqlıq südləyəni
Bataqlıq südləyəni (lat. Euphorbia palustris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Bataqlıq səhləbi
Bataqlıq timsahı
Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər. == Görünüşü == Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.
Bataqlıq tısbağaları
Emys (lat. Emys) — heyvanlar aləminin tısbağalar dəstəsinin şirinsu tısbağaları fəsiləsinə aid heyvan cinsi. Orta ölçüyə malik olan və suda yaşayan tısbağalardır. Cins 2 növə bölünür: Emys orbicularis — Bataqlıq tısbağası Emys trinacris Avropa bataqlıq tısbağası (Bataqlıq tısbağası) Avropa, Qərbi Asiya və Şimali Afrika ərazilərində geniş yayılmışdır. Emys trinacris növü isə 2005-ci ildə Siçiliya adasında qeydə alınmışdır. Bu cinsə (Emys) əvvələr 140 növ daxil idi.. Amerika bataqlıq tısbağaları əvvələr bu cinsə daxil edilsələrdə sonradan Emydoidea cinsinə aid edilmişdir Onlar digər tısbağalara nisbətdə sayları kifayyət qədərdir. Üstəlik qişlamanı rahat keçirirlər. Qışda yerin altında gizlənirlər. Eynən yayın isti vaxtlarıda bu addımı atırlar.
Bataqlıq tısbağası
Avropa bataqlıq tısbağası (lat. Emys orbicularis) — Bataqlıq tısbağaları cinsinə aid tısbağa növüdür. == Xariçi görünüşü == Orta ölçülərə malik olub, yarımnövlərindən asılı olaraq karapaksın uzunluğu 12-35 sm arasında dəyişir. Çəkiləri isə 1,5 kq olur. Gözləri sarı, narıncı və ya qırmızımtıl olur. Çanaq üstdən qara, qonur-qəhvəyi, tünd-zeytunu rəngdə olur. Başda, boyunda və ətraflarda çoxsaylı sarı rəngli xallar yerləşir. == Yayılması == Avropa, Qafqaz, Ön Asiyada, həmçinin İspaniya, İtaliya, Mərakeş, Əlcəzair, Fransa, Türkiyə, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan və İranda yayılıblar. Əsasən düzənlik və ön dağlıq ərazilərdə rast gəlinirlər. Mərakeşdə isə hətta 1700 m yüksəkliklərdə rast gəlinir.
Bataqlıq vallabisi
Bataqlıq vallabisi (lat. Wallabia bicolor) — kenquru cinsinə aid heyvan növü.
Bataqlıq yağıotu
Bataqlıq yağıotu (lat. Epilobium palustre) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Abşeron yasaqlığı
Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park. 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir. == Tarixi == Abşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədi ilə 1969-cu ilə təşkil edilmişdir. Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır. == Ümumi məlumat == Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Braqun yasaqlığı
Braqun dövlət bioloji yasaqlığı — Çeçenistan Respublikasında, Sunja çayının Terek çayına birləşdiyi yerdə yaradılan yasaqlıq. Yasaqlıq Qroznı, Qudermes və Şelkov rayonları ərazisinə daxildir. Yasaqlıq 1971-ci ildə yaradılıb. Yaradılmasında məqsəd qiymətli, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunub saxlanılması, bərpası və çoxaldılması, onların yaşayış mühitinin, miqrasiya yollarının, yuva yerlərinin qorunması və ekoloji tarazlığın qorunmasıdır. Regional (respublika) əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusuna malikdir. == Coğrafi mövqeyi == Üç rayon ərazisində formalaşdırılmış yasaqlığın ümumi sahəsi — 17000 hektardır. Ərazinin 10,2 min hektarı meşə fonduna aiddir. Yasaqlıq ərazisində Braqun və Darbanx kəndləri yerləşir. Barqun yasaqlığının şimal sərhəddi Vinoqradnoe kəndindən 3 km aşağıdan keçir. Terek çayı boyu davam edir və Çervlennaya-Uzlovaya meşəsi ərazisinə daxil olur.