Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaramaz (dəqiqləşdirmə)
Yaramaz (film, 1988)
Yaramaz Ancelo
Yaramaz Ancelo (fr. Angelo la Débrouille) — Chloé Miller və Franz Kirchner-in rejissorluğu ilə çəkilmiş, "Teletoon", "TeamTO" və "Cake Entertainment" tərəfindən hazırlanmış Fransa istehsalı animasiya serialı. Serial Sylvie De Mathuisieulx və Sebastien Diologent-in yazdığı "Comment Faire Enrager..." kitabı əsasında çəkilib. Serialın beşinci mövsümü 2022-ci ildə işıq üzü görmüşdür. == Məzmun == Ancelo sürətli düşüncəsi və ağıllı fikirləri ilə həmişə bir addım öndədir. O, ev işlərindən qaçmağın yollarını tapmağı və məktəb tapşırıqları üçün yaradıcı həllər tapmağı sevir. Bəzən valideynləri və müəllimləri ilə arasında problem yaranır, amma o, hər şeyi öz xeyrinə çevirməyi bacarır. Dostu Şervud ona hər bir detalı planlaşdırmağa kömək edir. Lola onların qrupuna həvəs və yaradıcılıq gətirir. Onlar cinayət ortaqları kimi birlikdə işləyirlər və qarşılarına çıxan hər hansı bir problemin öhdəsindən gəlirlər.
Yaramaz qızlar
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". == Məzmun == Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.
Yaramaz (film, 1988)
== Məzmun == Hətəm (Mamuka Kikaleyşvili) kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri "işgüzar" adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə...Hətəm dünyanın sahibi olur.
Yaramaz (film, 1997)
Yaramaz (hindcə: Aflatoon) — Hind rejissoru Quddu Dhanoa tərəfindən çəkilən filmdir. Bu filmdə Akşay Kumar üç rolu ifa edir. == Məzmun == Cavan Raca işsizdir. Lakin buna baxmayaraq o oğurluqnan məşğul olmur. Onun ağlında yalnız varlı ailədən olan qıza evlənməkdir. Bu məqsədlə Raca Pudca ilə tanış olur. Bir müddət sonra Raca və Pudca bir-birinə aşiq olur. Lakin Raca Pudcanın atasının Rokki adlı mafiya başçısı tərəfindən şantaj edildiyini öyrənincə, Rokkinin onun bənzəri olduğunu xəbər alır... == Saundtrek == == İstinadlar == == Xarici keçidlər == Yaramaz — Internet Movie Database saytında.
Yaramaz pişik Şərafəddin
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) və ya qısa adı ilə Şero — 1996-ci ildə yaradılmış komiks personajı. 1996-cı ildə Bülənt Üstün ölən pişiyi Şərafəddinin xatirəsinə işlədiyi "L-Manyak" jurnalında personajı yaratmışdır. 2001-ci ildə komiksçi "Lombak" jurnalına keçmişdir. Şeronu təsvir edərkən onun bu qədər məşhur olacağına ağlına gətirməyən Üstün personajın Türkiyə üçün nisbətən daha sərt olduğunu qeyd etmişdir. == Hekayəsi == Şero İstanbul ilinin Cihangir səmtində yaşayan bəlalı bir pişikdir. Burada əsas personaj olan pişiklər danışmaq qabiliyyətinə malikdirlər. Yarı insan, yarı heyvan personaj olan Şərafəddin Tonquçun masturbasiya etdikdən sonra ətrafa tökülən spermasında oturan dişi bir pişikdən dünyaya gəlmişdir. Daha sonrakı zamanlarda 7 pişik tərəfindən təcavüzə uğramış dişi pişikdən Tacəddin adlı oğlunun olduğu məlum olmuşdur. == Populyar mədəniyyətdə == Yaramaz pişik Şərafəddin xüsusilə Türkiyədəki gənclər arasında 1990-cı illərin sonlarında məşhurluq qazanmış və hekayələri paylaşılmışdır.
Yaramaz kral (film, 1990)
== Məzmun == Yaramaz kloun kürənlərə qalib gəlmək üçün krala çevrilir və öz pis niyyətini həyata keçirməyə çalışır... Buna baxmayaraq ədalət zəfər çalır. == Film haqqında == "...Mövzu üzrə Kompozisiya" serialından II filmdir. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Yaramaz qızlar (film, 2004)
Yaramaz qızlar (ing. Mean Girls) — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!". == Məzmun == Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar.
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Yaramaz pişik Şərafəddin (cizgi filmi, 2016)
Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) — 2016-ci ildə istehsal olunmuş ən məşhur Türk animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Uğur Yücəl "Şərafəddin" personajını səsləndirmişdir. Animasiya filmi 5 fevral 2016-cı ildə ekranlara buraxılmışdır. == Hekayə == Adi bir yaz səhəri, pis pişik Şərafəddin ilə yancı qağayı Rifqi və siçan Rza axşamkı manqal üçün hazırlıqlarını davam etdirir. Lakin həmin gün içində Şeronun başına çoxlu işlər gəlir. Əvvəl atası Tonguç tərəfindən evdən qovulur, sonra xoşladığı gözəlçənin ölümünə səbəb olur, azmış kimi düşmənlərinin hücumuna uğrayar, həyatı boyu bəlkə də ilk dəfə aşiq olur və nəhayət Tacettin adında bir oğlu olduğunu öyrənir. == Obrazlar == Şərafəddin: Tonguçun oğlu, Tacettinin atasıdır. Daim pislik etməsindən dolayı "Pis Pişik Şərafəddin" kimi tanınır."Şero" adlı bir ləqəbi vardır. Tonguç: Şərafəddin atası, Tacettinin babasıdır.
Yarıdağ
Yarıdağ — Azərbaycanın Quba rayonu ərazisində yerləşən dağ. Baş Qafqaz silsiləsində yerləşir Hündürlüyü 4116 metrə bərabərdi. Azərbayacanın ən hündür beşincı zirvəsidi.
Yarımada
Yarımada — üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən quruya bitişik quru sahəsi. Yer kürəsində ən böyük yarımadalar sırasında Ərəbistan (3,23 mln km²), Hindistan (2,07 mln km²), Hind-Çin (1,93 mln km²), Somali (1,88 mln km²), Labrador (1,39 mln km²), Skandinaviya (0,75 mln km²), Balkan (0,66 mln km²), Pireney (0,58 mln km²), Koreya (0,22 mln km²), Florida (0,17 mln km²) və s. öndə durur. Azərbaycanda, eyni zamanda Xəzər dənizi hövzəsində Abşeron ən böyük yarımadadır. Bir sıra german, kelt, o cümlədən baltik, slavyan, macar, çin və s. dillərdə də bu termin "yarım"+"ada" şəklində ifadə olunduğu təqdirdə, ingilis (peninsula – latıncadan "paene-": təxmini + "īnsula": ada) və başqa dillərdə xüsus termin halına gəlmiş sözlərlə ifadə olunur. İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, KXDR, Yunanıstan, İsveç, Norveç, Finlandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Tailand, Myanma, Vyetnam, Malayziya, Kamboca, Türkiyə və bir sıra başqa ölkələr yarımadada yerləşirlər. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yarımca
Yarımca (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Yarımca (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Yarımca (Tərtər) — Azərbaycanın Goranboy rayonunda kənd.
Yarımtağ
Yarımtağ – (rus. полусвод, ing. half-arch) qapalı olmayan iri müsbət platforma strukturası.
Yarma
Yarma – dənli, qarabaşaq və paхlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, хırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaхşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çoх хəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müхtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müхtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müхtəlif yarma növləri biri digərindən хarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toхumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, bioкimyəvi хassələrinə, tərkibində olan zülalların, karbohidratların (хüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. == İstinadlar == Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Afon (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Pirallahı (yarımada)
Pirallahı — Xəzər dənizində, Abşeron körfəzinin eyni adlı Abşeron arxipelaqına aid ada. Azərbaycana məxsus ən iri adadır. Sahəsi 17,56 km², uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir. == Etimalogiyası == Adanı atəşpərəstliklə əlaqələndirirlər. İslam dininin gəlməsilə adanın adı Pirallahı olaraq formalaşır. Ruslar adaya (bojya svyatinya) sonradan Svyatov forması almışdır. 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırılır.1990-cı ildə rəsmən köhnə adı bərpa edilib. == Tarixi == Neftə olan ehtiyac nəzərə alınaraq Pirallahına SSRİ tərəfindən maraq daha da artır. 1939-cu ildə Azərneftyağ Sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" tipli körpü tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahilə birləşdirən körpünün tikintisi 1941-ci ildə başlanılıb.
Yarımca (Ağdərə)
Yarımca — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yarımca kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Yarımca kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Yarımca kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda ermənilər yenidən kəndi işğal edib.
Yarımca (Babək)
Yarımca — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "kəndin yarısı" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Yarımca kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvan şəhərindən 4 km şimal-şərqdə, Naxçıvançayın sahilində, Naxçıvan-Sirab avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhali taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət evi mövcuddur. == Təhsil == Kənddə Yarımca kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Yarımca (Tərtər)
Yarımca — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yarımca kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Yarımca kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Yarımca kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin avqustunda ermənilər yenidən kəndi işğal edib.
Yarımca (Xızı)
Yarımca — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Yarımca nekropolu
Yarımca nekropolu — Babək rayonunun eyniadlı kəndi yaxınlığında arxeoloji abidə. == Ümumi məlumat == 1977-ci ildə qeydə alınmışdır. Qəbirlər düzbucaqlı şəklində olub qərbdən şərqə doğru istiqamətlənmişdir. Başdaşılarının əksəriyyəti düşmüş və dağıdılmışdır. Saxlanılan başdaşıları yastı daş plitələrdən olub yuxarısı tağvari sonluqla tamamlanmışdır. Bəzi başdaşıların üzərində nəsx və ya süls xətti ilə ərəbdilli yazılara, həmçinin, qoç başdaşılarına rast gəlinir. Qəbiristanlıq 10-15-ci əsrlərə aid edilir.
Ayon-Oros (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Yarican
Yarican-i Xaləsə (Qoşaçay)
Yarımca yaşayış yeri
Yаrımcа yаşаyış yеri — Babək rayonunun Yarımca kəndi yахınlığındа yеrləşir. Yаşаyış yеri Yаrımcа kəndinin yахınlığındаn kеçən аsfаlt yоlun sаğ tərəfində yеrləşən uzunsоv, təpədən ibаrətdir. Vахtilə təpənin üzərində Оrtа əsrlərə аid qəbiristаnlıq оlmuşdur. Аrаşdırmаlаr zаmаnı müəyyən еdilmişdir ki, yаşаyış yеri Оrtа Tunc dövründən istifаdə оlunmuşdur. Аrаşdırmа zаmаnı Оrtа Tunc dövrünün sоn mərhələsinə аid pоliхrоm nахışlı bоyаlı kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Nахışlаr sаrı fоnа qırmızı və qəhvəyi rənglə çəkilmiş tоrlu üçbucаqlаrdаn ibаrətdir. Аşkаr оlunаn mаtеriаllаrа əsаsən, yаşаyış yеrini е.ə. II minilliyə аid еtmək оlаr.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
Yarım günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Anna Karima
Anna Karima (bolq. Анна Карима; 1871 – 6 mart 1949, Sofiya) — Bolqar yazıçısı və tərcüməçisi. == Bioqrafiya == 1871-ci ildə Berdyanskda inqilabçı Todor Velkovun ailəsində anadan olub. O, orta məktəbi Sofiyada bitirib. 1888-ci ildə sonra boşandığı Yanko Sakazovla evlənİR. Bu evlilikdən onun üç övladı olub. Artıq gənclik illərində Karima ədəbi fəaliyyətlə maraqlanır. Hekayələr və romanlar yazır. Onun ilk hekayəsi, An Adi tarix, 1891-ci ildə The Day jurnalında nəşr olunur. 1892–1895-ci illərdə o, Holiday jurnalının redaktoru olur. Onun "Atla", "Məhv olmuş həyat" və "Divarın üstündə" pyesləri Milli Teatrda tamaşaya qoyulur.
Karima Edebayb
Karima Edebayb (14 fevral 1985) — İngilis aktrisa və model. == Həyatı == Mərakeş, Kipr Rum və İrlandiya kökləri var. Daha əvvəl Topshop adlı butikdə vəzifə yerinə yetirən Karima, 14 Fevral 2006-cı ildə məşhur Tomb Raider (Lara Croft) adlı videooyun seriyasının yeddinci Lara Croft modeli seçildi. Onun rolu, oyunu radio və televiziyada "bir xarakter olaraq" tanıtdırmaqdan ibarətdir, buna görə Adebibe Lara Croft'ın döyüş sənətindən nitqə qədər olan qabiliyyətlərini öyrənməlidir.2004-cü ildən əvvəl "Alien vs. Yırtıcı" filmdəki bakirə qurbanı rolunu oynadı.