Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — dəmirtikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt-cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. == Xüsusiyyətləri == Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuxa qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıqlı ərazilərdə yuxa qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qodalanır.
Yataman nardostaxisi
Yataman nardostaxisi (lat. Nardostachys jatamansi) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin nardostaxis cinsinə aid bitki növü.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Yatuğan
Yatuğan (qaz. jetıgen, xakasca çatxan, monq. yatqa, çin. qujeng) — qədim türk simli aləti. Azərbaycanda Orta Çağlarda istifadə olunsa da, hazırda unudulub. == Tarixçə == Yatuğan Azərbaycana Orta Asiyadan, Çindən gətirilib. Onun adına Əbdülqədir Marağayinin (XIV əsr) əsərlərində rast gəlinir. 17 simli yatuğan bir növ qanun kimi səsləndirilirdi. Türkiyəli alim B. Ögel yatuğanın türk xalqlarına məxsus olduğunu bildirir. Daha mükəmməl olan qanun alətinin inkişafı ona qohum olan yatuğanı Azərbaycanda sıradan çıxarmış ola bilərdi.
Hidrotermal yataqlar
Hidrotermal-çökmə (stratiform) yataqları — bunlara hidrotermal çökmə mənşəyə malik və stratiform termini ilə adlandırılan yataqlar aiddir. Burada laylı yatım forması olmasına baxmayaraq mənşəyi qeyri - müəyyəndir. Bunların yaranması haqqında 3 hipotez var: İlkin - çökmə hipotez sonradan dəyişməyə məruz qaldığını göstərir. Yataqların hidrotermal, epigenetik əmələgəlmə hipotezi. Burada onların dərində yatmış püskürmə süxurların massivləri ilə əlaqədar olması söylənilir. Daha tutarlı hesab olunan yataqların poligen mənşəli olması haqqında hipotez. Burada fərz edilir ki, yataqlar çökmə qatların inkişaf etdiyi və püskürmə süxurların massivlərinin olmadığı səthlərdə yerləşir. == Yataqların tipləri == Bunlara aiddir: Qumdaşı və şist laylarından Bornit – Xalkofilli tip , karbonat süxurlarındakı qalenit – sfaleritli, Kinovar – antimonitli tiplər. Bornit - Xalkopiritli tipi - tərkibində yüksək miqdarda üzvi karbon qazı saxlayan, qumdaşı, şist və dolomitlərdən ibarət depresiyalarda yerləşir. Filiz cisimləri uyğun laylı, linzavari və lentvari, mayili yığımlarda yerləşir.
Qərb yatağanı
Qərb yatağanı (lat. Eryx jaculus) — Yatağanlar fəsiləsinə aid ilan növüdür. == Xariçi görünüş == 80 sm uzunluğa malik olurlar. Quyruqları isə çox qısa olur. == Qidalanması == Əsasən kərtənkələ və gəmiricilərlə qidalanır. == Yayılması == Onlara Balkan yarımadası, Xəzərönü yarımsəhralardan şərqi Altay ərazilərinə qədər ərazilərdə rast gəlinir. == İstinadlar == == Xarici keçidlər == "Позвоночные животные России: Западный удавчик" (rus). sevin.ru. 2012-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.
Vulkanogen-çökmə yataqlar
Vulkanogen-çök­mə yataqlar ― qədim okean və dənizlərin dibində vulkan püskürmələrinin mineral məhsul­la­rının çökməsi zamanı əmələ gəlmiş filiz yataqları.
Yataqxana (teleserial, 2017)
Yataqxana - ARB kanalında efirə gedən 2017-ci il istehsalı Azərbaycan serialı. Serialda "Qız Ana Kimi" realiti şousunun iştirakçıları da iştirak edir. == Süjet xətti == Serial təhsil almaq üçün Bakıya gələn gənclərin macəralarından bəhs edir.
Düşmənlə yataqda (film, 1991)
«Düşmənlə yataqda» (ing. Sleeping with the Enemy) — 1991-ci ilin psixoloji triller filmi. Rejissoru Cozef Ruben olan və baş rollarda Culiya Roberts və Patrik Berginin çəkildiyi ABŞ filmidir. == Məzmun == Lora və Martin dördüncü ildir ki, evlidirlər. Xoşbəxt və şanslı həyat yoldaşlarına bənzəyirlər. Ancaq xarici əmin amanlıqın arxasında heç xoşbəxt bir münasibət dayanmır. Martin uzun illərdir ki, Loranı kiçik qanun pozuntularına görə döyərək cəzalandırır, buna, həm qonşusuna Loranı qısqanmağı, həm Loranın pedantik tələblərə tam riayət etməməsi və s. səbəb olur. Neçə illər dözüb heç nə edə bilməyən Lora, bir gün dənizə çıxan zaman öz ölümünü saxtalaşdıraraq evdən qaçır. O, Ayova ştatında bir şəhərcikdə məskunlaşaraq həyatını təzə adla, təzə səhifə ilə başlayır.
Yataqda siqaret çəkməyin (film, 1986)
== Məzmun == Elmi-kütləvi filmdə təsvir olunan əhvalat həyatdan götürülmüşdür. Burada siqaret çəkməyin insan sağlamlığına vurduğu böyük ziyandan danışılır. Eyni zamanda filmdə siqaret yandırılan odun laqeyidlik nəticəsində ətrafdakılar üçün nə qədər təhlükə törədə biləcəyi barədə söhbət gedir. Buna misal olaraq filmdə mehmanxanada baş verən yanğın göstərilmişdir. == Film haqqında == Film SSRİ Daxili İşlər Nazirliyi Yanğından Mühafizə Baş İdarəsinin sifarişi ilə çəkilmişdir.