Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pfann yaxınlaşması
Müxtəlif üsullarla göyərdilmiş bərk məhlul kristallarında və ərintilərdə komponentlərin aksial konsentrasiya profilini izah etmək üçün Pfann yaxınlaşması istifadə edilir. Pfann yaxınlaşması o zaman istifadə olunur ki, aşağıdakı standart şərtlər ödənilir: Faza bölməsi müstəvisinin səthinə paralel kəsiklərdə kristallaşma cəbhəsi düz olur; sisteminin faza hal diaqramı ilə təyin olunan bərk ve maye fazalar arasında kristallaşma cəbhəsində tarazlıq mövcuddur; ərintidə komponentlərin diffuziyası bütün həcm üzrə maye fazanın tərkibinin eyniliyini təmin edən sürətlə baş verir; sistemin atomlarının bərk maddədə diffuziyası ərintidəkinə nisbətən nəzərə alınmayacaq dərəcədə kiçikdir.Məsələn, bu şərtlər Ge-Sı bərk məhlul kristallarına üçün praktiki olaraq kristalların 5mm /saatdan kiçik sürətlərlə göyərdilməsi zamanı ödənir.
Yaxınlaşan terraslar
Yaxınlaşan ter­raslar – (rus. сходящиеся террасы, ing. converging terraces) bir-birinin üzərində yüksələn, dərə aşağı alçalan /bəzən tam birləşən/ çay terrasları. Aşağı axını stabil vəziyyətdə olan və ya zəif qalxan, yuxarı hissəsi isə tektonik qalxmaya məruz qalan çay hövzələrində müşahidə edilir.
Yaxınlaşan fırtına (Kurbe)
"Yaxınlaşan fırtına" və ya "Tufanın qopması" (fr. Le coup de vent, ing. The Gust of Wind), (ing. The Approaching Storm) — 1865-ci ildə fransız rəssamı Qüstav Kurbe tərəfindən yağlı boya texnikası ilə pezaj üslubunda çəkilmiş bir mənzərə tablosu. Tablonun ölşüləri 146,7 × 230,8 sm-dir..Hyuston İncəsənət muzüyində sərgilənən bu əsəri muzeyə Kerolayn Viss Lou (ing. Caroline Wiess Law) hədiyə etmişdir. == Süjeti == Tablo Qüstav Kurbenin ölçücə ən böyük peyzajı sayılır. Əsərin yuxarı sol küncündə qara bulud axını seyr edilməkdədir. Qopmaqda olan tufan palıd ağacının budaqlarını əyərək sanki qayalıq torpaqdan onu kıkündən qoparmağa hazırlaşır. Ola bilsin ki, tablonun mənzərəsi Fransanın Fontenblo meşəsindən seçilmişdir.