Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yekdar
Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yekdar oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır.
Yeparx kitabı
Yeparx kitabı (yun. Τὸ ἐπαρχικὸν βιβλίον, To eparchikon biblion) — yeparxın yurisdiksiyasında olan Konstantinopol sənətkarlıq və ticarət korporasiyalarının nizamnamələrinin rəsmi toplusu. Qaydalar X əsrdə kodlaşdırılmışdır. == Məzmunu == Yeparx kitabı Qədim Roma dövründən bəri Yunanıstanda mövcud olan kollegiyalar və sənaye gildiyaları ilə bağlı qaydalar toplusudur. Bütün əməliyyatlar dövlət nəzarətində olduğundan kitab bütün sənətkarlıq sahələrinin fəaliyyətini tənzimləmirdi. Əvəzində, sənəd cəmiyyətin və sahibkarın maraqlarının ən sıx bağlı olduğu və qara bazarın yaranması ehtimalının yüksək olduğu sahə ilə məhdudlaşırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == A. E. R. Boak, "The Book of the Prefect, " Journal of Economic and Business History, I (1929), 597—619, and E. H. Freshfield, Roman Law in the Later Roman Empire (Cambridge: Bowes & Bowes, 1932). Lopez, Robert S. and Raymond, Irving W. (1951). Medieval Trade in the Mediterranean World. New York: Columbia University Press.
Yekşavə (Bükan)
Yekşavə (fars. يكشوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 546 nəfər yaşayır (107 ailə).
Aşağı Yekmalə (Çaldıran)
Aşağı Yekmalə (fars. يكماله سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (9 ailə).