NƏKARƏ

dan. “Kimdir?”, “Nəçidir?”, “Nə cürətin sahibidir?”, “Ağzı nədir?” mənalarında sual əvəzliyi məqamında işlənir.
O nəkarədir bu sözü desin? – [Heydər bəy:] Özü sövdəgər, tacir kişidir, ta mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? M.F.Axundzadə.
[Nurcahan:] …Ağzı nədir, nəkarədir mənə güldən ağır söz deyə bilsin. N.Vəzirov.
[Bir ayrısı:] Xan, başına dönüm, mən nəkarəyəm ki, sənnən güləşəm? Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏKARƏ nəkarə bax nəçi
NƏİNKİ
NƏQAHƏT

Digər lüğətlərdə