Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monoxrom, təkrəng
Monoxrom və ya monoxromatik bir şəkil, obyekt və ya palitrası tək bir rəngdən (və ya eyni rəngli dəyərlərdən) ibarətdir. Yalnız boz çalarları istifadə edən şəkillər boz şkala (adətən rəqəmsal) və ya ağ-qara (adətən analoq) adlanır. Fizikada monoxromatik işıq dar bir dalğa uzunluğu olan elektromaqnit şüalanmaya aiddir ki, bu da fərqli anlayışdır.
Behrəng
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Kərkəng
Kərkənc – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Kərkənc kəndi Mədrəsə qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kərkənc kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim qıpçaqların kərki və əncə tayfa adlarını əks etdirir. XIX əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır. == Tarixi == İddiaya görə kəndin əsası 400 il əvvəl qoyulub. == Coğrafiyası və iqlimi == Kənd Kərkənc yaylasında yerləşir. == Əhalisi == Kənddə 1989-cu ilə qədər ermənilər yaşayıb. 1989-cu ildə kəndin erməni əhalisi Qərbi Azərbaycandakı azərbaycanlı kəndi Qızıl Şəfəq ilə yerlərini qarşılıqlı razılaşma ilə dəyişiblər. Hazırda kəndin əhalisi 738 nəfərdir ki, onun da 356 nəfərini kişilər, 352 nəfərini isə qadınlar təşkil edir.
Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Yekraq
Yekraq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Yekraq kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 155 nəfər təşkil etmişdir.
Kuz Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Ətrəng qurdpəncəsi
Ətrəng qırxbuğum (lat. Polygonum carneum) — qırxbuğum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Ətrəng bistorta çoxillik ot bitkisi şişman, dolğun, kökümsov və kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzər əyilmələrdən ibarətdir. Adətən bir neçə gövdəsi olur ki, bunlar düz, çılpaq və budaqlanmayan olub, hündürlüyü 30-150 sm-ə bərabərdir. Yarpaqları uzunsov-yumrtavari və ya enli-neştərşəkilli, əsası dairəvi və ya pazşəkilli olmaqla, kənarları tükcüklü, kökümsovu və gövdənin aşağı yarpaqlarının uzunluğu 4-30 sm, eni isə 1-2 sm, saplaqları uzunsov qanadabənzər, gövdənin yuxarı yarpaqları kiçik və ensiz, növbəli, saplaqlı, neştərşəkillidən xətti formaya qədər dəyişir. Qıf kimi ağzı geniş qoltuq tumurcuqları qonur rəngli olub, daxili qarışıqlıdır. Çiçəkləri 3-4 mm, erkəkcikləri 8 olub çəhrayı, çiçək yatağı 5-bölümlüdür. Gövdəsi iri, oval və ya silindrik, sıx, qalın, sünbül çiçək qrupunda toplanmışdır. Meyvəsi 3-tilli, tünd-qonur rəngli olub, fındıqcadır. Mayın sonunda çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.Sututarların sahillərində, orta dərəcəli yayılan kolluqların pöhrəliklərində, bozqır yerlərdə və meşələrdə bitir.
Ətrəng qırxbuğum