Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Portağal
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Qorağan
Qorağan — Azərbaycan Respublikasının Qax rayonunun Qorağan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür. == Tarixi == 1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar. == Coğrafiyası və iqlimi == Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir.
Yorğan
Yorğan bir növ yataq örtüyüdür ki, ənənəvi olaraq üç qat fiberdən ibarətdir: bir toxunmuş parça üstdə, bir qat pambıq ya yun və toxunmuş parça arxada ki, yorğan tikmək texniki istifadə edərək birləşdirilir. == Yorğan Azərbaycan Atalar sözlərində == Bir birədən ötür yorğanı yandırmazlar. Bir subay oğlan, bir mitil yorğan. Cecimin axır yorğanı. Hələ yoğunu yorğan altındadır. Xan yorğanı mitil olmaz. Yorğanı göydə ayağı uzun. Yorğanına görə qıçını uzad.
Portağal (meyvə)
Portağal — Rutaceae ailəsinin müxtəlif sitrus növlərinin meyvəsidir. İlk növbədə Citrus × sinensis, onu acı portağal kimi adlandırılan əlaqəli Sitrus × aurantiumdan ayırmaq üçün şirin portağal adlanır. Şirin portağal cinsi yolla çoxalır (nuklear embrion vasitəsilə apomiksis); şirin portağal növləri mutasiyalar nəticəsində yaranır. Portağal — pomelo (Citrus maxima) və mandarin (Citrus reticulata) arasında hibriddir. Xloroplast genomu və buna görə də ana xətti pomelonun genomudur. Şirin portağalın tam genomu ardıcıllıqla tərtib edilmişdir. Portağal Cənubi Çin, Şimal-Şərqi Hindistan və Myanmanı əhatə edən bir bölgədə yaranmışdır və şirin portağalın ilk qeydi eramızdan əvvəl 314-cü ildə Çin ədəbiyyatında olmuşdur. 1987-ci ildən etibarən portağal ağaclarının dünyada ən çox becərilən meyvə ağacı olduğu müəyyən edilmişdir. Portağal ağacları şirin meyvələrinə görə tropik və subtropik iqlimlərdə geniş şəkildə becərilir. Portağal ağacının meyvəsi təzə yeyilə bilər, ya da şirəsi və ya ətirli qabığı üçün emal oluna bilər.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. == Xarici keçidlər == Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Portağal tortu
Qorağan bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — dəmirtikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt-cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. == Xüsusiyyətləri == Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuxa qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıqlı ərazilərdə yuxa qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qodalanır.
Güzin Çorağan
Güzin Çorağan (1943 – 2022) — Türk kino aktrisası. == Çəkildiyi filmlər == 1974: Askerin Dönüşü 1986: Asiye Nasıl Kurtulur?
Portağal qabığından sukat
Portağal qabığından sukat - Potağal qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Antalya Qızıl Portağal kinofestivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.
Qurulan portağal (film, 1971)
Qurulan portağal (ing. A Clockwork Orange) — 1971-ci ildə Entoni Börcessin eyniadlı romanının motivləri əsasında Stenli Kubrik tərəfindən çəkilmiş film.Film 136 dəqiqə davam edir. == Məzmun == Film Alex adında bir gəncin kriminal dəstəsinin insanlara cinayət, şiddət və təcavüz etməsini göstərir. Dəstənin başçısı Alexin digər üzvlərlə arası pisləşir. Və növbəti tədbir zamanı dəstə Alexə xəyanət edir. Alex həbs olunur. Ardından onun beyninin təmizlənib yenidən cəmiyyətə qazandırılmasını göstərir. Ancaq bunun nə dərəcədə işə yaraması sorğulanır.
Antalya Qızıl Portağal Film Festivalı
Qızıl Portağal kinofestivalı olaraq bilinən Antalya Qızıl Portağal kinofestivalı (türkcə: Antalya Altın Portakal Film Festivali) 1963-cü ildən bəri hər il Antalyada təşkil edilən bir film festivalıdır və Türkiyənin ikinci ən əhəmiyyətli film festivalıdır.