Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süffeyn döyüşü
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffində 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. == Döyüşə gedən yol == Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Zülfiyə Kamalova
Zülfiyə Kamalova (tatar. Зөлфия Нәсип кызы Камалова 8 avqust 1969, Sarapul[d], Udmurtiya MSSR[d]) — Tatar mənşəli Sovet və Avstraliya müğənnisi. Dünya musiqisi üslubunda çoxsaylı musiqi müsabiqələrinin qalibi. Avstraliyanın "İlin müğənnisi 2001" müsabiqəsində "Dünya musiqisi-2002" janrının ən yaxşı ifaçısı. == Bioqrafiyası == Zülfiyə Kamalova Sarapulda (Udmurtiya) 8 avqust 1969-cu ildə anadan olmuşdur. 9 yaşında musiqi ilə maraqlanmağa başlayır. Orta məktəbi bitirdikdən sonra Perm Universitetinin Xarici Dillər fakültəsinə daxil olur. 1991-ci ildə tələbə mübadiləsindən sonra Kaliforniyaya (ABŞ) yola düşür. Orada bir avstraliyalı ilə evlənir. Birlikdə Avstraliyaya köçür.
Zülfəli İbrahimov
Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) - Azərbaycan SSR EA-nın müxbir üzvü, professor, 1960–1967-ci illərdə Azərbaycan SSR EA–nın Tarix institutunun direktoru. == Həyatı == Zülfəli İmaməli oğlu İbrahimov 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. 1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdı. 1932-ci ildə Z.İbrahimov Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilir. 1935-də İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, "Kommunist", "Nuxa fəhləsi", "Yeni yol", "Gənc işçi" və b. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır. 1936-37-ci dərs ilindən isə Z.İbrahimov pedoqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır. Belə ki, sovet dövründə milli respublikalarin tarixinin öyrənilməsi və tədrisinə çox saylı əngəllərin olduğu bir şəraitdə o, Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının açılmasına nail olmuşdur. Z.İbrahimov həmin kafedranın müdiri, Universitetin tarix fakültəsinin dekanı və Azərbaycan SSR EA–nın Tarix institutunun direktoru vəzifələrində işləmişdir.