GÜLMƏLİ

sif. Gülüş doğuran, gülüşə səbəb olan. Gülməli söz.
– Onun bu görkəmi çox gülməli idi. H.Nəzərli.
Hər kim o qara zülfə könül versə xətadır; Amma yenə mən bəndəm, əcəb gülməliyəm mən. Ə.Vahid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜLMƏLİ 1. GÜLMƏLİ, GÜLÜŞDOĞURAN 2. gülməli bax məzəli 1
GÜLMƏK
GÜLMƏŞƏKƏR
OBASTAN VİKİ
Gülməli səhifələr
Gülməli səhifələr (ing. Funny Pages) — Oven Klaynın rejissorluğu ilə 2022-ci ildə çəkilmiş komediya filmi. Filmin prodüserliyini Safdi qardaşları etmişdir. Film mentoru öldükdən sonra evi tərk edən 17 yaşlı Robert adlı karikaturaçıdan bəhs edir. Robert Nyu-Cersi ştatının Trenton şəhərindəki zirzəmiyə köçür və burada əvvəllər karikaturaçı olmuş Volles adlı bir adamla tanış olur. Vollesin ağıl sağlamlığında bir az problem var. == Rollarda == Daniel Zolghadri — Robert Bleichner Matthew Maher — Wallace Miles Emanuel — Miles Maria Dizzia — Jennifer Josh Pais — Lewis Marcia Debonis — Cheryl Quartermaine Stephen Adly Guirgis — Katano Michael Townsend Wright — Barry Cleveland Thomas Jr.
Gülməli adamlar (film, 2009)
Gülməli adamlar — Cadd Apatounun rejissorluq etdiyi, yazdığı komediya—dram filmidir. Baş rollarda stand-up komediyaçıları Adam Sendler və Set Roqen yer almaqdadır. Film 31 iyul 2009-cu il tarixində təqdim edilmişdir. Əvvəlki Apatou filmlərinə nəzərən daha dramatikdir. Universal Pictures və Columbia Pictures filmi istehsal etmişdir. == Məzmun == Corc Simmons həyatının ən bədbəxt xəbərini öyrənmişdir. Artıq geriyə dönüşü olmayan yol onu gözləyir: Ölüm! İşini yaxşı bilən stand-up komediyaçısıdır. Corc sağalmaz xəstəliyə tutulduğunu gördüyündə məyus olur. Artıq 1 ildən az ömürü qaldığını görər.
Ağamirzə Gülməliyev

Digər lüğətlərdə