Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəhərdişlər
Zəhərdişlər (lat. Helodermatidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Zəhərli bitkilər
Zəhərli bitkilər – tərkibində zəhərləyici maddələr olan bitkilər. Zəhərli bitkilərin tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Zəhərli bitkilərin faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. == Respublikamızda yayılan zəhərli bitkilər == Azərbaycan Respublikasında Zəhərli bitkilərdən öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, xaşxaş, üzərlik, birəotu, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.
Zəhərli fizostiqma
Zəhərli fizostiqma (lat. Physostigma venenosum) — fizostiqma cinsinə aid bitki növü.Physostigma venenosum Bulf. - Zəhərli fizostiqma (Fizostiqma, zəhərli iristiqma, mezopontik stiqma) == Botaniki xarakteristikası == Tropik lian olub, şişman silindrik gövdəsinin uzunluğu 15 m-ə qədərdir. üçər mürəkkəb yarpaqlarının uzunluğu 7-15 sm, növbəli, yumurtavari, itiuclu və çılpaqdır. Çiçəkləri açıq-qırmızı, başı aşağı əyilmiş, boş, tük qələm və ya fırçalarının uzunluğu 15 sm, meyvəsi 10-18 sm uzunluğunda,tünd-qəhvəyi paxlameyvəolmaqla, 2-4 toxumludur. == Tərkibi və təsiri == Toxumlarında indol qruplu alkaloidlər vardır. Başlıca olan alkaloid fizostiqminin (ezerin) miqdarı 1,5%-ə qədərdir. Dərman maddələri - Fizostiqminin (ezerin) salisilat göz damcısı, inyeksiyası 0,1%-dir. Antixolinestraza dərmandır. Farmakoterapevtik qrup - Antixolinestraza dərmandır.Fizostiqminin (ezerin) ilk vəziyyətə qayıtma qabiliyyətinə malikdir.
Zəhərli heyvan
Zəhərli heyvanlar — müxtəlif dəstəyə və növə daxil olan heyvanların orqanizmində daima və ya müəyyən dövr ərzində formalaşan xüsusi maddə, insanların və digər canlıların həyatı üçün təhlükə doğurur. Bu canlılarda əsasən zəhər xüsusi kisəçiklərdə toplanılır. Bu toplanan zəhər həmin canlının müdafiə və hücum orqanı funksiyasını yerinə yetirir. Bəzi canlılarda zəhər onların dərilərində toplanır. Bu isə onlardan qida kimi istifadəsini mümkünsüz edir. Zəhərləri müxtəlif təsir və xüsusiyyətlərə malikdir: zəhər bəzi halda canlını qısa müddətli iflic, bəzi halda isə öldürür. == Elmə məlum olan zəhərli heyvanlar == Dünyada təxmini 5 min növ heyvan vardır. Heyvanlar arasında əsasən aşağıdakı dəstələrə daxil canlılar zəhərə malikdirlər: Protozoylar, Sürünənlər, Buğumayaqlılar, Suda-quruda yaşayanlar, Balıqlar və Cücülər. Bunula belə dünyada elmə cəmi bir necə növ zəhərli məməli növü məlumdur: Ördəkburun, Yexidna, Yereşənlər. Kök lorilər — yeganə məlum olan zəhərli primat cinsidir.
Zəhərli subaldırğanı
Zəhərli subaldırğanı (lat. Cicuta virosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin subaldırğanı cinsinə aid bitki növü.
Arı zəhəri
Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul. == Ümumi məlumat == Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir. == Arı zəhəri təbabətdə == Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir. == Arı zəhəri elmdə == Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə.
İlan zəhəri
İlan zəhəri — bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatı. İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhəri müalicə əhəmiyyətlidir. İlan zəhərini qurudulmuş halda 23-ilə qədər saxlamaq olur. Zəhərli ilanlar mühafizə olunur. Abşeron yarımadası Şahidli burnunda 3 min gürzə saxlanan qoruq var. Azərbaycanda 23 ilan növü mövcuddur. İlanlar, siçan, ilbiz, həşərat, quş yumurtası və s. ilə qidalanır.
Zəhərli kimyəvi maddə
Zəhərli kimyəvi maddələr — kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri zəhərli kimyəvi maddələrdəndir. == Zəhərli kimyəvi maddələrin maksimum yolverilən səviyyəsi == Ərzaq məhsullarında zəhərli maddələrin (məs., pestisidlərin) maksismum yol verilən səviyyəsi.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.