Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zenqyo
Zenqyo (Zenqyovar; mac. Zengő; xorv. Zenka) — Macarıstanın (Baran medesi) cənubunda yerləşən, Meçek massivinin ən yüksək dağıdır. Dağın hündürlüyü 682 metr təşkil edir. Zirvə massivin cənub-şərq hissəsində yerləşmişdir. Dağın zirvəsində gözətçi qalayla yanaşı, kiçik orta əsr qalasının xarabalıqları yerləşir. Bu qala Roma İmperiyası dövründə tikilməsi güman olunan gözətçi qülləsinin qalıqları hesab olunur. Dağda Trias dövrünə mənsub olan əhəngdaşları süxurlar şəklində toplanmışdır. Zenqyo yamacından Vyoldşeqi-Patak çayı öz başlanğıcını götürür. Dağ enliyarpaqlı, əsasən fıstıq meşələri ilə örtülmüşdür.