Zərqova
Zərqava — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd.
Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir.Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır.Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib.Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki,onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur.
Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi,Qusar,Müşkür,Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi.Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Zərqava cəmiyyəti Rustov polis nahiyyəsinin tərkibində idi və qəzada mövcud olan 55 cəmiyyətdən biri sayılırdı. Cəmiyyətin əhalisi Zərqavanın təkcə dağlıq ərazilərində deyil, Bakı-Quba yolu boyunca özünə məxsus olan torpaqlarda da təsərrüfat işləri aparırdı. Əksər insanlar kənddən uzaq ərazilərdə işləyərək əldə etdiklərini Zərqavaya gətirib istifadə edirdilər, ənənəyə çevrilən belə hal hətta ötən əsrin 60-ci illərinədək davam etmişdir.
1918-ci ilin aprelin sonunda – mayın əvvəlində erməni daşnakı Amazapsın cəza dəstələri kəndin Bakı-Quba yolu boyunca yerləşən torpaqlarından keçərkən orada olan Zərqava cəmiyyətinin sakinlərini qətlə yetirmiş və təsərrüfatlarını dağıdaraq böyük maddi ziyan vurmuşlar.