Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərmayə
== Sərmayə == === Sərmayə və ya kapital və ya anavar === İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. == Kapital == 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Zəmayən (Mahnişan)
Zəmayən (fars. زماين‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (40 ailə).
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. == Həyatı == Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). == Həyatı == Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Səmayə Quliyeva
Səmayə Əli qızı Quliyeva — Sovet Azərbaycan patofizioloqu, tibb elmləri doktoru, professoru, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Səmayə Quliyeva 1 iyun 1927-ci ildə Bakı, Azərbaycanda doğulmuşdur. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun patofiziologiya kafedrasının müdiri olaraq çalışmışdır. Tədqiqatı, əsasən, allergiyaya, eksperimental onkologiyaya və Naftalan nefti probleminə həsr olunmuşdur. Respublika Patofizioloqlar Cəmiyyətinin sədri də olmuşdur.
Səmayə Sadıqova
Səmayə Seyfulla qızı Sadıqova — aktrisa. == Həyatı == Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Səmayə Əliyeva
Səmayə Əliyeva (1934 və ya 1937, Tütəpeştə, Lənkəran rayonu – 18 oktyabr 2013, Lənkəran) — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). == Həyatı == Səmayə Dadaş qızı Əliyeva 1934-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır. 1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub. Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi. 2013-cü ilin oktyabr ayında Lənkəranda vəfat etmişdir.
Sərayə əl-Salam
Sərayə əl-Salam (ərəb. سرايا السلام‎, hərf. Sülh bölükləri) — 2014-cü ildə yaradılmış İraq şiə milisi. Onlar Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsidir və "Mehdi Ordusu" qruplaşmasının dirçəlişi cəhdidir. == Tarixi == Onlar Müqtəda əs-Sədr tərəfindən şiə ziyarətgahlarını İslam Dövlətindən qorumaq üçün yaradılmışdır. 2014-cü ilin iyun ayında bu "Sülh bölükləri" İraq müharibəsi zamanı "Mehdi Ordusu"nun əsas əməliyyat mərkəzi olması ilə tanınan Bağdadın Mədinət-əs-Sədr gecəqondusunda yürüş etmişdilər. "Sülh bölükləri" türbələri qorumaqla yanaşı 2014-cü ilin oktyabrında Cüfr ən-Nəsr geri alınması kimi hücum əməliyyatlarında iştirak etmişdilər. Onlar 2015-ci ilin fevralında fəaliyyətlərini müvəqqəti dayandırmışdılar, lakin mart ayında İkinci Tikrit döyüşündə fəallıq göstərmişdilər.
Sərayə əl-Xorasani
Sərayə əl-Xorasani və ya Xorasan briqadası (ərəb. سرايا طليعة الخراساني‎, Sərayə Təli-ə əl-Xurasani; hərf. Xorasanın avanqard bölükləri), həmçinin 18-ci Briqada — Xalq Səfərbərlik Qüvvələrinin 2013-cü ildə yaradılmış şiə islamçı milisləri. İraqda ikinci vətəndaş müharibəsi və Suriyada vətəndaş müharibəsində iştirak etmişdir. == İdeologiyası == Qrup adını VIII əsrdə yaşamış müsəlman lideri Əbu Müslim Xorasanidən götürmüşdür. Bu silahlı qrupun üzvləri iraqlı olsa da, onun loqosu İran İslam İnqilabı Keşikçiləri Korpusunun loqosunu təqlid edir. Onun ideologiyası şiə islamına əsaslanır və Əlinin ailəsinə işarə edir.
Sermuaye
Sermuaye (fr. Sermoyer) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01402. == Coğrafiyası == Kommuna Paris şəhərinin 330 km cənub-şərqində, Lion şəhərindən 85 km şərqdə və Burk-an-Bres şəhərindən 38 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 669 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 403 nəfər (15-64 yaş arasında) 299 nəfər iqtisadi cəhətdən, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,2%, 1999-cu ildə bu 71.7%). 299 fəal sakindən 275 nəfər (157 kişi və 118 qadın) işləyir, 24 nəfər işsizdir (6 kişi və 18 qadın).
Əli Zarmayev
Əli Zarmayev (4 dekabr 1950, Qaraqanda) — Rus alimi, kənd təsərrüfatı elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki. == Bioqrafiyası == 4 dekabr 1950-ci ildə deportasiya illərində Qaraqandada işçi ailəsində anadan olmuşdur. 1967-ci ildə Nadtereçnaya orta məktəbini, 1973-cü ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəz fakültəsini bitirir. Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra baş aqrobioloq, sonra Novoçerkasskdakı Ümumrusiya Eli-Araşdırma İnstitutunda Üzümçülük və Şərabçılıq üzrə baş elmi işçi vəzifəsində çalışır. Aspiranturaya daxil olur. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildə Çeçenistan-İnquşetiyaya qayıdır. Naurski rayonunda Avanqard şərab zavodunun baş aqronomu, Şelkov rayonunda Qrebenskoy təcrübə şərab zavodunun baş aqronomu, ÇeçenİnquşVino istehsal birliyinin üzümçülük şöbəsinin müdiri, üzüm istehsalı və emalı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Əli Zarmayev tədqiqat işləri ilə məşğul olmağa davam etmişdir. 1991-ci ildə respublikada vəziyyətin gərginləşməsindən sonra "Avanqard" şərab zavoduna qayıdır və burada direktor seçilir.
Oskar Schindlerin Emaye Fabriki
Oskar Schindlerin Emaye Fabriki (pol. Fabryka Emalia Oskara Schindlera) Krakovdakı keçmiş metal məmulatları fabrikidir. İndi iki muzeyə ev sahibliyi edir: Krakovda Müasir İncəsənət Muzeyi, keçmiş emalatxanalar üzərində və Krakov Şəhərinin Tarix Muzeyinin filialı, Zablocie rayonunda, Lipowa küçəsi 4, keçmişin inzibati binasında yerləşir. Oskar Schindlerin Deutsche Emailwarenfabrik (DEF) kimi tanınan mina fabriki, Schindlerin siyahısı filmində göründüyü kimi. DEF-dən əvvəl burada fəaliyyət göstərən, 1937-ci ilin martında yaradılan ilk Malopolska emaye qablar və metal məmulatları Məhdud Məsuliyyətli Cəmiyyəti idi. Oskar Şindler fürsətləri dəyərləndirən bir çox iş adamları kimi o da Almaniyanın Polşanı işğal edəcəyi təqdirdə yaranacaq iş imkanlarını görürdü. Şindler Nasist Almaniyasının aryanlaşdırma siyasəti daxilində yəhudi sənayeçi Nathan Wurzelin Krakowdakı fabrikinin sahibi oldu. Şindler, Wurzelin tövsiyəsinə uyaraq fabrikinin adını DEF (Deutsche Emmaillevvaren Fabrik) etdi və minalar istehsal etməyə başladı. Yəhudi mühasibçi İtzhak Stern köməkliyi ilə 1000 nəfər Yəhudini kölə-fəhlə fabrikində işlətməyə başladı. Stern və Şindler ilk tanışlıqları zamanı Şindler ona əlini uzatmış, amma Stren onun əlini sıxmamışdır.