Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərzəx
Bərzəx ( (ərəb.) برزخ) — Coğrafi termin olaraq iki quru parçasını birləşdirən dar, ensiz keçidə deyilir. Bərzəx bir növ boğazın əksidir. Belə ki, boğazlar iki tərəfdən quru ilə əhatələndiyi halda, bərzəx iki su sahəsi ilə əhatələnir. Boğaz iki su sahəsini birləşdirdiyi halda, bərzəx iki quru parçasını birləşdirir. Bərzəx termini dilimizə ərəb dilindən keçmişdir. Dilimizə tərcümədə Aralıq və ya Keçid anlamını verir. Bərzəxlər bir növ əlverişli kanal tikintisinə imkan verir. Belə ki, onların dar, ensiz olması praktiki və maliyyə cəhətdən bunu mümkün edir. Buna Süveyş kanalı və Panama kanalını misal çəkmək olar. Dünyada bir çox bərzəxlər vardır: Panama bərzəxi — Şimali Amerika ilə Cənubi Amerikanı birləşdirir.
Cəvzə
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Medanos (bərzəx)
Medanos bərzəği - Venesuelanın Falkon ştatı ərazisində ərazisində yerləşir. Paraguana yarımadasını Cənubi Amerika qitəsi ilə birləşdirir. Bərzəğin eni 3,72 mil, uzunluğu 16,78 mil təşkil edir. Ərazidə Medanos de Koro Milli Parkı yerləşir.
Teuantepek (bərzəx)
Teuantepek bərzəği (isp. Istmo de Tehuantepec) — Bərzəx Şimali Amerika ərazisində Meksika körfəzi (Atlantik okean) ilə Sakit okean arasında yerləşir. Bərzəği çox zaman Mərkəzi Amerikanın şimal sərhəddi kimi göstərilir. Bərzəx öz adını yaxınlığında yerləşən Santo-Dominqo-Teuantepek (Oaxaka ştatı) şəhərinin adından götürülmüşdür. Bu da öz növbəsində astek tecuani-tepec kəlməsindən götürmüşdürki, mənası Bəbirlər dağı anlamında işlədilir. == Coğrafiyası == Bərzəx Verakruz və Oaxaka ştatları və az bir qismi Tabasko və Cyapas ştatları ərazisinə düşür. Bərzəğin eni Kampeçe körfəzindən Teutepek körfəzinə qədər 215 km, Superior laqununa qədər isə 192 km təşkil edir. Qərbində Cənubi Serra-Madre silsiləsi keçir. Daxili hissədə hündürlük 650 m təşkil edir. Civela aşırından 224 m yüksəklikdə dəmiryolu keçir.
Zərzər (Xudabəndə)
Zərzər (fars. زرزر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 608 nəfər yaşayır (116 ailə).
Santa Katalina (bərzəx)
Santa Katalina bərzəği - Santa Katalina adasının şimal-qərb hissəsini adanın əsas hissəsi ilə birləşdirir. Bərzəğin eni 770 metr (842 yards) təşkil edir. San Pedro Harbordan cənub-qərbdə 37 aralıda yerləşir. Bərzəxdə Tu Harbors yaşayış məntəqəsi vardır.
Levzey
Rapontikum (lat. Rhaponticum) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Zəfəranabənzər levzey
Sahle-Vork Zevde
Sahle-Vork Zewde (afar. Sahle-Work Zewde; amh. ሳህለወርቅ ዘውዴ; oro. Sahle-Work Zewde; somali Sahle-Work Zewde; tiqr. Sahle-Work Zewde; 21 fevral 1950, Əddis-Əbəbə, Efiopiya imperiyası) — 2018-ci ildən etibarən Efiopiya Prezidenti, bu vəzifəni tutan ilk qadın siyasətçi və diplomat. Amerikan biznes jurnalı "Forbes" jurnalının illik nəşrində "Dünyanın 100 Ən Güclü Qadını" siyahısında Sahle-Vork dünyanın 96-cı ən güclü qadını və Afrika ən güclü qadını olaraq göstərildi. == Həyatı == Əddis-Əbəbədə anadan olan Sahle-Vork Əddis-Əbəbədə Qebre-Mariam Liseyində ibtidai və orta təhsilini aldı, daha sonra Fransanın Monpelye Universitetində təbiət elmləri üzrə təhsil aldı. Amhar, fransız və ingilis dillərini mükəmməl bilir. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === Sahle-Vork Efiopiya tarixində səfir təyin edilən ikinci qadın oldu.Efiopiya xarici işlərində təcrübəli olan Sahle-Vork 1989–1993-cü illərdə Mali, Kabo-Verde, Qvineya-Bisau, Qambiya və Qvineyada akkreditasiya ilə Seneqal səfiri olaraq çalışdı. 1993–2002-ci illərdə isə Cibutiyə səfir təyin edildi.