Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zila Klark
Zila Klark (ing. Zelah Clarke) - Böyük Britaniya aktrisasıdır. == Həyatı == Zila Klark 4 aprel 1954-cü ildə Böyük Britaniyanın cənubunda yerləşən Kornuoll qraflığının Redrut şəhərində dünyaya gəlmişdir. 17 yaşında balet məktəbini bitirmişdir. Film karyerasına 1972-ci ildən başlamışdır. Həmin ildə "Üçlü exo" filmində personajlardan birini canlandırmışdır. 1975-ci ildən başlayaraq həm televiziya seriallarında, həm də filmlərdə çəkilməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" televiziya serialında iştirak etmişdir. Televiziya serialında "Ceyn Eyr" personajını canlandırmışdır. Bu roluna görə 1985-ci ildə "CableACE Awards" mükafatının nominasiyasına layiq görülmüşdür.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Məmmədov — Azərbaycan Bayrağı Ordeni (1994), Vətən uğrunda (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Dilan
Dilan — Uelsdə daha çox işlədilən ad. Dilan Beyauliyu — Monako klubunda çıxış edən Fransa futbolçusu. Dilan O'Donnell — Stiveneyc klubunda çıxış edən İngiltərə futbolçusu. Dilan Naputi — Quam futbolçusu. Dilan Everett — Kanada aktyoru. Dilan Snider — Amerika aktyoru. Dilan Mörneyn — Avstraliya futbolçusu. Dilan Qroenevegen — Niderland velosipedçisi. Dilan Kvasnievski — Amerika NASKAR sürücüsü. Dilan Beyker — Amerika aktyoru.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü.Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır.
Hilal
Hilal (ərəbcə هلال) — yeni doğulmuş Ay. Qəməri təqvimi ilə ayın 1-ci günü hilalın görünməsi ilə hesablanır. Hilalın görünməsi Günəşlə Ayın Yerə nəzərən yerləşməsindən aslıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir çox ölkə kimi, Azərbaycan bayrağında da hilal simvolundan istifadə olunur.
Hilan
Hilan- Şərqi Azərbaycan ostanının Əhər şəhristanının kəndlərindəndir.Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Hilas
Hilas (q.yun. Ὕλας; mənası – "meşə") — yunan mifologiyasında personaj. O, çox yaraşıqlı olması ilə tanınır. Hilas Feodamant və Menodikanın, Exaliya və ya Arqosun oğlu idi. Feokritə görə, o, Arqosun oğlu idi. Başqa bir versiyaya görə, Hilas drioplar ölkəsindən idi, ya Driop və ya Keykin oğlu idi.Hilas arqonavtdır. O, Heraklın sevimlisi olaraq xatırlanır. Hilas dolionlarla döyüşdə Saqesi öldürür.Propersi dostu Korneli Qallı Hilasla müqayisə edir. == Qeydlər == == Ədəbiyyat == Вергилий. Буколики VI 43-44; Георгики III 6; Овидий.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir.
Milax
Milax — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. == Toponimiyası == Əlincə çayının sahilindədir. 1905- ci ildə Qazançı kəndindən çıxmış ailələr Milax adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim düz yer, düzəngah, çöllük mənasındadır. == Əhalisi == Əhalisi 1000 nəfərdir.
Nilaq
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. == Əhali == Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. == Təhsilin vəziyyəti == Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Nilas
== Nilas == Nilas-su hövzələrində əmələ gələn, qalınlığı 10 sm-ə qədər olan cavan, elastik buz örtüyünə deyilir. Dalğa üzərində, onun formasına uyğun olaraq. Nilas asanlıqla əyilir, parçalandıqda isə laylı, kündəvari yığımlar əmələ gətirir.
Silab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Yulaf
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Zalam
Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb. Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb. İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb.
Zilban
Ziliban — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi əsasən avarlardır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Acıbuzayə (Gilan)
Acıbuzayə — İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Rəşt şəhristanının Küçsəfəhan bölgəsinin Ətraf kəndistanında, Küçsəfəhan qəsəbəsindən 6 km şimaldadır.
Alabəxşməhlə (Gilan)
Alabəxşməhlə - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Rizvandeh bölgəsinin Miyandeh kəndistanında, Ənzəli-Astara avtomobil yolunun kənarındakı Punel körpüsünün 7 kilometrliyindədir.
Alalan (Gilan)
Alalan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 16 km cənubda, Ənzəli-Astara avtomobil yolunun 5 kilometrliyindədir.
Baladeh (Gilan)
Baladeh — İranın Gilan ostanında kənd. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 11 km. cənubda, Ənzəli-Astara avtomobil yolunun 2 kilometrliyindədir.
Batareya (silah)
Batareya — bir neçə topdan, haubitsadan, raket, zenit və artilleriya qoşun növünə aid başqa qurğulardan ibarət ordu bölüyü. Batareyalar artelleriya divizionu təşkil edir.
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.