Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zadəgan
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Zindan-Muruq
Zindan-Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi. == Toponimikası == Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Zindan qalası
Zindan qalası və ya Dairəvi qala - XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsi. Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır. Bu iki tikili Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri olublar. Rus işğalından sonra isə Lənkəran qalası dağıdılmış və qalanın dayaq məntəqləri də bir birindən aralı qalmışdır. 1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır. Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir. Cənub dayaq məntəqəsi olan Zindan qala isə 1869-cu ildən 1959-cu ildə qədər, həbsxana kimi istifadə olunub. Burada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. == Ümumi məlumat == Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib.
Zindan sümükcüyu
Zindan sümükcüyü (lat. Incus, incudis f.) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Bu sümük ilk dəfə italyan anatomu Alessandro Akillini tərəfindən təsvir edilmişdir. Zindan sümüyü çəkic sümükcüyünün zərbələrindən alınan səs dalğalarını üzəngi sümükcüyünə ötürmüş olur. Bu sümük ancaq məməli heyvanlarda mövcuddur. == Qurluşu == Zindan sümüyünün cismi-lat. corpus incudis və bir-birindən uzaqlaşan qısa-lat. crus breve və uzun ayaqcığı-lat. crus longum vardır. Uzun ayaqcığının ucunda mərciyəbənzər çlxlntı-lat.
Zadəgan məclis binası
Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina. == Tarixi == Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər. 1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir.
Zindan adası (film, 2010)
Zindan adası (ing. Shutter İsland) — Dennis Liheynin eyni adlı romanı əsasında çəkilmiş, Martin Skorsezenin rejissoru olduğu psixoloji triller filmi. Martin Skorseze və Leonardo DiKaprio, bu filmlə birlikdə 4-cü dəfə əməkdaşlıq edirlər. (Əvvəlki filmləri: Nyu-Yorkun bandaları (2002), Təyyarəçi (2004) və Dönüklər (2006)). Leonardo DiKaprio xəstələrdən birinin itkin düşməsindən sonra Zindan Adasındakı psixiatriya xəstəxanasını araşdıran, federal hüquq-mühafizə orqanı olan ABŞ Marşal Xidmətində işləyən Eduard "Teddi" Danielz rolunu oynayır. Filmin premyerası 13 fevral 2010-cu il tarixində, 60-cı Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film klassik musiqidən istifadə olunan saundtrek ilə də diqqət çəkir. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. == Məzmunu == 1954-cü ildə ABŞ Marşal Xidməti nümayəndəsi Eduard "Teddi" Danielz və yeni həmkarı Çak Ol Boston Limanındakı Qala adasında yerləşən, Amerikanın ən təhlükəli ağıl xəstələrinin saxlanıldığı “Ashecliffe” Xəstəxanasına gedirlər. Onlar üç uşağını boğaraq öldürdüyü üçün buraya həbs edilən ağıl xəstəsi Reyçel Solandonun itkin düşməsini araşdırırlar.
Çox istifadəçili zindan (İnformatika)
Çox istifadəçili zindan (MUD /mʌd/ ; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantastik rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zadəgan pişiklər (cizgi filmi, 1970)
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Zadəgan pişiklər — Internet Movie Database saytında.
Fındığan
Fındığan – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Fındığan kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fındığan kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim fındıq (meyvə ağacı) və -an (cəmlik, çoxluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "fındıq ağacları cox olan yer, fındıqlıq" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Çindexan
Çindexan - hakimiyyətə atasından sonra gəlmişdir. Onun dövründə Çinlə sülh imzalanmışdır. İmperatorun qızı Taihe xatun ilə evlənmişdi. Tibetlilər bu evlilikdən narahat olmuş və Çinə hücum etmişdisə də müttəfiqlər bu hücumun qarşısını ala bilmişdi. 824-cü ildə xaqan öldü. Yerinə qardaşı Çjaolixan keçdi.
Fındığan xalçaları
Fındığan xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Fındığan xalçalarının adı Bakıdan 70 km şimal — qərbdə yerləşən Fındığan kəndinin adı ilə bağlıdır. Bu xalçalar ilk dəfə bu kənddə istehsal edilmişdir. Bu xalçalar yaxınlıqda yerləşən kənd və qəsəbələrdə istehsal olunduqdan sonra bəzi mənbələrdə Fındığan xalçası “Bakı xalçası” və ya “Çaylı xalçası” adı ilə göstərilmişdir. == Bədii analiz == Fındığan xalçalarının ara sahəsinin kənarlarında digər xalçalardan fərqli olaraq sayca daha çox müxtəlif növ haşiyələrdən istifadə edilmişdir. Xalçanın ara sahəsinin kompozisiyası bir neçə böyük altıbucaqlı uzunsov göllərdən ibarətdir. Bu göllərin aşağı və yuxarı mərkəzi bucaqları digər bucaqlara nisbətən şaquli ox boyunca uzanmışdır. Qeyd edək ki, əvvəllər belə göllər “Qobustan” xalçaları üçün xarakterik olmuşdur. Bu gölləri xalça toxucuları “manqal” adlandırmışdırlar. Hər bir gölün mərkəzində düzbucaqlı şəklində olan həndəsi element mövcuddur.
Karl Lindeman
Karl Lindeman (ing. Ferdinand von Lindemann; 12 aprel 1852[…], Hannover – 6 mart 1939[…], Münhen) — Alman riyaziyyatçısıdır; 1882-ci ildə π (pi) ədədinin transendent olduğunu göstərmişdir.
Till Lindeman
Till Lindemann yaxud Didrix Lindemann (4 yanvar 1963, Leypsiq) — 4 yanvar 1963-cü ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rammstein rok qrupun vokalisti və yaradıcılarından biridir. Bu vaxta kimi 8 filmdə çəkilmişdir. Eyni zamanda "New Rock" dəbli ayaqqabı istehsalı firmasının sahibidir. == Xarakteri == Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsas səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır.
Zindəqul (Soyuqbulaq)
Zindəqul (fars. زنده قول‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (27 ailə).