Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zivə
Zivə (Məlkari dehistanı)
Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi. == Həyatı == Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir. == Yaradıcılığı == Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.
Zivər Məmmədova
Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın. Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır. == Həyatı və təhsili == Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub. 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib. == Fəaliyyəti == Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb.
Zivər bəy Əhmədbəyov
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873, Şamaxı – 16 fevral 1925, Bakı, Azərbaycan SSR) – ilk ali təhsilli azərbaycanlı memar. == Həyatı == Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Zimə (Üşnəviyyə)
Zimə (fars. ذمه‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (52 ailə).
Zivə (Bicar)
Zivə (fars. زيوه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (49 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Zivər bəy Əhmədbəyovun abidəsi
Zivər bəy Əhmədbəyovun abidəsi – Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidə. Abidə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir. == Tarixi == Abidənin "Nizami" metrosunun qarşısındakı parkda qoyulması üçün yer təsadüfi olaraq seçilməmişdir. Metro stansiyasından sol tərəfdə yerləşən bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilmişdir.. Zivər bəy Əhmədbəyov 1918–1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olmuş və şəhərin inkişafında mühüm rol oynamışdı. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirmişdi. Park və abidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilmişdir.. Parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi.
Zivər bəy Əhmədbəyovun heykəli
Zivər bəy Əhmədbəyovun abidəsi – Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidə. Abidə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılmışdır. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir. == Tarixi == Abidənin "Nizami" metrosunun qarşısındakı parkda qoyulması üçün yer təsadüfi olaraq seçilməmişdir. Metro stansiyasından sol tərəfdə yerləşən bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilmişdir.. Zivər bəy Əhmədbəyov 1918–1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olmuş və şəhərin inkişafında mühüm rol oynamışdı. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirmişdi. Park və abidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilmişdir.. Parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi.
Zivə (Məlkari dehistanı)
Zivə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (75 ailə).
Zivə (Gavork-i Nalin dehistanı)
Zivə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (14 ailə).
Zivel
Zivel — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zivel kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zivel kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Zivel kəndi Dəmirdağın ətəyindədir. Kəndi qaraçorlu (hazırda çorlu nəsli adlanır) tayfasına mənsub ailələr hər tərəfi sıldırım olan ensiz uzunsov yerdə salmışlar. Zivel kürd dilində “zolaq, şirım” deməkdir.Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qaraarxac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəklində şərqdən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Allahverdinin yurdu, Çınqıllı bulağın yurdu, Şurtan yurdu, Ocaqdaşı yurdu, Pişikli yurdu, Tikanlı yurd, Səyalı dərəsinin yurdu, Əyriqar yurdu, Zülfonun əyrisinin yurdu, Xallı yurdu, Kəlölən yurd, Hacıgələn yurd, Bəcrəvuran yurdu, Çalma yerin yurdu, Gülmalı hasarının yurdu, Hacı Xanlar yurdu, Balıbiçən yurd, Molla Qənbərin yurdu, Qoruxçupayı yurdu, Arxaşanın yurdu, Oruclu yurdu, Ortadüz yurdu, Vışkanın yalı yurd, Atölən yurd, Sarının yurdu. == Bulaqlar == Səhəng bulaqları, Qara bulaq, Ağ bulaq, Xanalı bulağı, Çınqıllı bulaq, Kirişli bulaq, Hacıgələn bulaq, Koralı bulaq, Qurdlu bulaq, Mustafa bulağı, Dəyirmanların bulağı, Yarpızlı bulaq, Sərp bulaq, Qamışlı bulaq, Fotun bulağı.
Georq Zimmel
Georq Zimmel (alm. Georg Simmel‎, 1 mart 1858, Berlin — 28 sentyabr 1918, Strasburq) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir. Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur. == Həyatı == Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur. Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur.
Hans Zimmer
Hans Florian Simmer (12 sentyabr 1957[…], Frankfurt-Mayn, Hessen) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir. Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur. Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.
Zimmer qalası
Zimmer qülləsi ( nid. Zimmertoren Zimmertoren, həmdə Kornelius Tower Corneliustoren ) - əvvəllər şəhər istehkamlarınndan biri olmuş, Lier şəhərində (Belçika) yerləşən, orta əsrlərə aid müdafiə qalası. Qüllə təxminən 1425-ci ildə tikilib (tikintinin dəqiq tarixi məlum deyil). 1812-ci ildə tikili şəhər rəhbərliyi tərəfindən satılmış, lakin Birinci Dünya Müharibəsindən sonra onu sökmək üçün geri alınmışdır. Ancaq 1928-ci ildə saatsaz Luis Zimmer şəhərə özünün düzəltdiyi yubiley saatını hədiyyə edir ( nid. Jubelklok Jubelklok ) əsərinin. Bu saat bütün qitələrdəki vaxtı , ayın fazalarını, Qabarma və çəkilmənin vaxtını və bir çox digər dövri hadisələri göstərirdi. Saatı köhnə qüllədə yerləşdirməyə qərar verdilər. Lakin qüllə bunun üçün əsaslı şəkildə yenidən qurulmalı idi.Saatsazın şərəfinə tikili Zimmer qülləsi adlandırıldı. Saatda 57 siferblat var (onlardan 13-ü qüllənin kənarında yerləşir).
Hakim Ziyex
Hakim Ziyex (19 mart 1993) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən Niderland əsilli peşəkar Mərakeş futbolçusudur. Ziyex texnikası və cərimə zərbələri bacarığı ilə məşhurdur. == Karyerası == === Heerenveen === Ziyex 2004-cü ildə Heerenveen və Emmen klublarının futbol akademiyası məktəbinə daxil olmuşdur.[mənbə göstərin]Ziyex öz peşəkar karyerasında debütünü 2 avqust 2012-ci ildə Heerenveen klubu ilə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Rapid Buxarest klubuna qarşı oyunda etmişdir. On gün sonra Ziyex Erediviziyada debüt etmişdir. Həmin görüşdə Heerenveen NEK-ə 2-0 hesabı ilə məğlub olmuşdur. === Tvente === 18 avqust 2014-cü ildə Ziyex Tvente klubu ilə dörd illik müqavilə imzalamışdır. === Ayaks === 30 avqust 2016-cı ildə Ziyex Ayaks klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli komanda == Ziyex Niderlandda anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. Ziyex 2015-ci ilin may ayında Niderlandın əsas yığmasına dəvət almışdır.23 sentyabr 2015-ci ildə isə Ziyex sosial şəbəkələr vasitəsilə Mərakeş milli futbol komandasını seçdiyini açıqlamışdır.