Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur. Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz.
Zorxana
Zorxana — qədim Azərbaycan şəhərlərində pəhləvanların Azərbaycan milli güləşi zamanı yarışdıqları meydan. == Zorxana pəhlivanları == Bu baxımdan XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Göyçaylı Çingiz pəhləvan, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar. Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi. XIX əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu.
Zoryana Skaleskaya
Zoryana Skaleskaya (ukr. Зоряна Степанівна Скалецька 9 avqust 1980, Lvov) — Ukrayna dövlət xadimi, Biotibbi hüquq sahəsində Ukrayna hüquqşünası, Hüquq elmləri Doktoru (Polşa). 29 avqust 2019-cu ildən 4 mart 2020-ci il tarixinədək Ukraynanın Səhiyyə Naziri. == Təhsili == 2002 - Kiyev-Moqilyan Akademiyasının Milli Universitetinin Hüquq fakültəsini bitirib. Burada mütəxəssis sertifikatı almışdır. 2002-2006 - Lublindəki Mariya Küri-Sklodovskaya Universitetinin Hüquq və İdarəetmə Fakültəsində oxuyub. Hüquq üzrə doktorluq dərəcəsi alıb. 2005 - Dünya Bankı İnstitutunun "Sağlamlıq və Yoxsulluq" distant təhsil kursunda və Dünya Bankının dəstəyi ilə Ukraynanın "Səhiyyə və maliyyələşdirmə sektorunda islahat" pilot kursunda iştirak etmişdir. Kiyev-Moqilyan Akademiyasının Milli Universitetinin Səhiyyə məktəbində iştirak edir. 2011-2012 - Union Graduate College Orta və Şərqi Avropa üçün "Tədqiq etikası" illik inkişaf etmiş Sertifikat Proqramında təhsil almışdır.Atlantada (ABŞ) Open World - Leadership Center Proqramı çərçivəsində hüquq professorlarının davamlı təhsilini başa vurur.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Zorxana 2017 İslam Həmrəyliyi Oyunlarında
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.
2017 İslam Həmrəyliyi Oyunlarında zorxana
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Baкı Kristal Zalında baş tutacaq.
Zöhramı
Zöhramı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == === Tanınmışları === Sərdar Zülfüqarov — Azərbaycan alimi.