Çəhrayı rodiola
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.