Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fahralı
Fahralı - Yozqat vilayətinin Çayıralan mahalında kənd. == Tarixi == Kəndin adının haradan gəldiyi və tarixi haqqında heç bir məlumat yoxdur == Coğrafiya və nəqliyyat == Yozqatdan 125 km, Çayıralan mahalından 10 km məsafədədir. == Əhalisi == == İqtisadiyyatı == Kəndin iqtisadiyyatı əkinçilik və heyvandarlığa əsaslanır.
Faxralı
Faxralı (gürc. ფახრალო; 1991-ci ildən: gürc. ტალავერი, talaveri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, Mığırlı və Cəfərli kəndləri ilə əhatələnib. == Etimologiya == Ehtimallara görə Faxralı toponimi "fəxr" və "Alı sözlərinin sintezindən yaranmışdır. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də gürcüləşdirilərək Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) halına salınmışdır. == Tarix == Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna rəğmən kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır.
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. == Foto məlumatlar == Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tədbirlər == Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. == Din == Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Çaparlı
Çaparlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Çaparlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd.
Çardaqlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çardaxlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Qaralı
Yaşayış məntəqələri AzərbaycandaQaralı (Sabirabad) — Sabirabad rayonunda kənd.Oxşar toponimlərBirinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd.İrandaQaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — == Həmçinin bax == Qaralılar — Beyləqan rayonunda kənd.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Faxralı (dəqiqləşdirmə)
Faxralı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsində kənd. Fəxralı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Fahralı — Türkiyə Respublikasının Yozqat vilayətinin Çayıralan mahalında kənd.
Firdovsi Fahralı
Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. Bakı və Moskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.Firdovsi Məmmədov (Fahralı) həkimlik fəaliyyəti ilə yanaşı poeziya və publisistikayaya maraq göstərmiş və yüksək nailiyyətlər əldə etmişdir.
Həbəşistan çaqqalı
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Padarlı (Tikantəpə)
Padarlı (fars. بدرلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Rəşid Faxralı
Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı) — şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili. == Həyatı == Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub. 25 kitabın, 4 sənədli filmin müəllifidir. "Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır. == Kitablari == Gözümdə hönkürür bir dəli sevda. Zaman, biz və kişiliyimiz. Qürbət ağrısı.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Zardalı (Ərdəbil)
Zardalı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 141 nəfər yaşayır (31 ailə). == İstinadlar == .
Çalmalı (Şaran)
Çalmalı (başq. Салмалы, rus. Чалмалы) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 8 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (68%), tatarlar (29%) üstünlük təşkil edir.
Çaparlı (Ağsu)
Çaparlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 773 nəfərdir (2009). == Tarixi == Çaparlı Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Keçmiş adı Gorus Çaparlı olmuşdur. 1813-cü ildə rus ordusu Azərbaycanı işğal edəndə Tovuz, Şəmkir və Qovlar qədim yaşayış sahələrindən qovulmuş Qaraduzlu və Çaparlı tayfaları, eləcə də Gorusdan Körus tayfalarının bir hissəsi Türkiyənin Qars vilayətinə, az bir hissəsi - 300 ailə isə Şirvan zonasına üz tutublar. Bununla da həmin ailələr Ağsu rayonunun ərazisində məskunlaşaraq, Çaparlı kəndini yaradıblar.
Çaparlı (Şəmkir)
Çaparlı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. XIX əsrdə Yelizavetpol (Gəncə) qəzasında maldarlıqla məşğul olan tayfalardan biri də gorus çaparlı adlanırdı. Kənd həmin nəslə mənsub ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Etnotoponimdir. == Mədəniyyəti == Çaparlı bazilikası == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaparlı bazilikası
Çaparlı alban məbədi (IV-V əsrlər) — Cənubi Qafqaz qaz boru kəmərinin inşaatı ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında antik və erkən orta əsrlərə aid arxeoloji kompleks tədqiq edilmişdir. Arxeoloji qazıntılar nəticəsində burada alban xristian məbədi və qəbiristanlığı aşkarlanaraq öyrənilmişdir. Qazıntı sahəsinin 6 saylı kvadratında biri digərinin üzərində olmaqla iki bina qalığı üzə çıxarılmışdır. Üst inşaat qatında aşkarlanan tikili güclü dağıntıya məruz qalsa da onun dördkünc biçimdə olduğunu ehtimal etmək olar. Şərq-qərb istiqamətdə 40-50 sm enində divar 2,5 uzunluqda salamat qalmışdı, şərq tərəfdə ona digər bir divar birləşərək bucaq yaradırdı. Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir. Bu tikilidən altda iri əhəng daşlarından inşa olunmuş, kvadrat biçimli, 25 kv.m. sahəli bina qalığı yerləşirdi. Şərq divarında eni 1,3 m olan qapı yeri vardı. Divarların eni 1,5 m, qapı hissədə isə 1,6 m idi.
Çandarlı ailəsi
Çandarlı ailəsi — XIV əsrin birinci yarısında Osmanlı sülaləsi ilə birlikdə tarix səhnəsinə çıxan və Osmanlı dövlətinin böyüməsində önəmli rol oynayan türk əsilli ailə. == Haqqında == I Orxan dövründən başlayaraq II Səlimin taxta çıxışının ilk illərinə qədər üləma və siyasətçi zümrəsinə nüfuzlu şəxslər yetişdirmiş ailədir. Hal-hazırda əldə olan şəcərə sənədlərinə görə, bu ailənin bəzi nümayəndələri günümüzdə İznik bölgəsində yaşayır. Çandarlı ailəsinin banisi olan Qara Xəlil Əfəndi ilk Osmanlı padşahı Osman Qazinin qaynatası Şeyx Ədəbalı ilə bacanaq idi və Osmanlı dövlətinin qurulmasında önəmli rol oynamışdı. Qara Xəlil Əfəndidən sonra gələn oğulları və nəvələrindən Əli Paşa, İbrahim Paşa, Xəlil Paşa və II İbrahim Paşa sədrəzəmliyə qədər yüksəlmiş dövlət adamlarıdır. Xəlil Xeyrəddin Paşanın 3 oğlundan ikincisi olan İlyas Paşa isə atası və qardaşları kimi elm sahəsinə yönəlməmiş, bəylərbəyliyinə qədər yüksələrək İldırım Bəyazid dövründə vəfat etmişdir. Məzarının harada olduğu bilinmir. Ailənin Serez kəndində yaşayan qolu İlyas Paşanın nəslindən irəliləyərək günümüzə qədər gəlmişdir. İlyas Paşanın İznikdə bəzi əsərləri və vəqf torpaqları olmuşdur. Onun 1482-ci ilin noyabrında vəfat edən oğlu Davud Çələbi İznikdə babası Xeyrəddin Paşanın türbəsində dəfn edilib.
Çaparlı bələdiyyəsi
Çaparlı bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Çaparlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Çardaqlı (Qubadlı)
Çardaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Çardaqlı kəndi rayon ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gələn ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Xalq etimologiyasına görə, Çardaqlı toponimi keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə əlaqədardır.2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Çardaqlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi həmin r-nun ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Çardaqlı kəndi rayon mərkəzindən 10 km. qərbdə, dağətəyi ərazidə yerləşir. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Çardaqlı (Tuzxurmatu)
Çardaqlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kənddə danışılan yerli ləhcədə kəndin adına bəzən Çardaxlı və ya Çardağlı da deyilir. == Coğrafiya == Çardaqlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sol sahilinə yaxın (təxminən 1.1 km uzaqlıqda) düzənlikdə, dəniz səviyyəsindən 172 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Çardaqlı kəndi arasındakı məsafə 10 km-dir. == Əhali == OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Çardaqlı kəndində təxminən 1.4 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyudan törəmişdir.
Çardaqlı (Tərtər)
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. == Tarixi == Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Tarixi == 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. == Toponim == Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). == İstinadlar == == Həmçinin bax == İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.
Cadarı
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.