Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çartizm
Çartizm (ing. Chartism, charter — xartiya sözündən ) — 1836—1848-ci illərdə İngiltərədə baş vermiş sosial və siyasi hərəkat. İngiltərə 1825-1827-ci illərdə iqtisadi böhran keçirtmişdi. Böhrandan sonra başlanmış durğunluq 1832-ci ilədək davam etmişdi. 1825-ci ildə parlament qanunla tətilləri qadağan etmişdi. 1830-1832-ci illərdə ölkənin cənubunda kəndli hərəkatı gücləndi. Mübarizədə iştirak edən muzdurlar və yoxsul fermerlər kənd təsərrüfatı alətlərini məhv edirdilər. Seçki islahatı uğrunda mübarizə aparan burjuaziya bir sıra şəhərlərdə öz siyasi təşkilatlarını yaradırdı. 1829-cu ildə Londonda yaradılmış Milli Siyasət Assosasiyasına iri fabrik sahibi olan Pleys 1830-cu ildə Birmingemdə yaradılmış Siyasi İttifaqa bankir Arvud başçılıq etmişdi. Burjuaziya zəhmətkeşləri parlamentin yenidən qurulması uğrunda mübarizəyə cəlb etmişdi.
Baptizm
Baptizm — xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır. Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da, yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu şəkildə öz etiqadını müstəqil müəyyənləşdirməsi və vəftiz edilməsi ideyalarını müdafiə etmişlər. Onlar siyasi əqidələrinə görə təqib edildiyindən İngiltərədən Hollandiyaya köç etmiş kalvinçi immiqrantlar idi. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində ölkəni tərk etməli olan kalvinçilər Hollandiyada müstəqil iki qrup kimi fəaliyyətlərini davam etdirmişlər. Con Robinsonun başçılıq etdiyi qrup Hollandiyanın Leyden şəhərinə, digər qrupa rəhbərlik edən Con Smit (1570-1612) isə Amsterdam şəhərinə sığınmış və orada müstəqil kilsələrini quraraq fəliyyət göstərmişlər.
Çartalizm
Çartalizm makroiqtisadiyyatda — pulun barter problemlərinin kortəbii həlli kimi və ya borc işarəsi vasitəsi olaraq deyil, iqtisadi fəaliyyətə yönəltmə səylərindən qaynaqlandığını iddia edən pul nəzəriyyəsidir. İqtisadi fəaliyyətlərə görə verdikləri valyuta ilə ödənilməli olan suveren hüququ müqabilində dəyəri vardır. Alman iqtisadçısı Qeorq Fridrix Knap, 1905-ci ildə Alman dilində nəşr olunan və 1924-cü ildə İngilis dilinə çevrilən Dövlət Pul Nəzəriyyəsində "Çartalizm" terminini tətbiq etmişdir. Adı Latın nizamnaməsindən işarə və ya bilet mənasında gəlir.Knap "pulun bir əmtəə deyil," qanunun yaradılmasıdır "olduğunu müdafiə etdi. Knap, dövlət pul nəzəriyyəsini o dövrdə qızıl standartında təcəssüm etdirilən "metalizm" lə müqayisə etdi, burada valyuta vahidinin dəyəri içərisində olan və ya dəyişdirilə bilən qiymətli metalın miqdarından asılı idi. O, dövlətin pul kütləsi meyarının "dövlət xəzinələrində qəbul edilənlər" olması ilə dövlətin təmiz kağız pullar yaradaraq onu qanuni ödəmə vasitəsi kimi tanıyaraq dəyişdirilə biləcəyini iddia etdi. İqtisadçılar Uorren Mosler, L. Rendall Rey, Stefani Kelton və Bill Mitçell, pul yaratmağın izahı olaraq çartalizmin canlanmasından böyük ölçüdə məsuliyyət daşıyırlar; Rey bu dirçəliş formülasyonunu neo-çartalizm adlandırır. Avstraliyanın Nyukastl Universitetində Tam Məşğulluq və Ədalət Mərkəzinin və ya CofFEE-nin qurucusu Mitçell, müasir neo-çartalizmi izah etmək üçün "müasir pul nəzəriyyəsi" ifadəsini tətbiq etdi və bu termin hazırda geniş yayılmışdır. Skot Fulluayler, bank və pul sistemlərinin detallı bir texniki təhlili əlavə etdi. Rocer Malkolm Mitçellin Sərbəst Pul kitabında çartalizmin mahiyyəti sadə dillə təsvir olunur.
Şaktizm
Şaktizm (Sanskrit dilində:शाक्तं, Śāktaṃ IAST, hərfi mənada "güc doktrinası" və ya "İlahə doktrinası") — induizmin əsas istiqamətlərindən biri, Şakti və ya Devaya (induizmdə Ana-İlahə - Allahın mütləq və ilk başlanğıc formasıdır) inam hissidir. Vaynaşizm, şivaizm və smartizm ilə birlikdə induizmdə dörd əsas ənənədən biridir. Şaktizm mistisizmə güclü bağlılığı ilə səciyyələnir. Qədim dövrlərdə şaktizm ayrıca təriqət kimi inanclı insanları ekstatik vəziyyətdə Şaktinin dünyəvi gücü ilə birləşməsinə çağırışlarına əsaslanan xüsusi ayinlərlə müşahidə olunurdu. Şaktizmin kökləri ən qədim dövrlərə gedir, Ana-İlahəyə inam matriarxatlığın əsas qalıqlarından biridir. Şaktizmin dini mətnləri arasında əsas yeri Deva-Mahatmya adlanan mətnlər təşkil edir. Bu mətnlər sanskrit dilində 1600 il bundan əvvəl rişi (induizm dininə görə gələcəyi görən, müdrik) Markandeya tərəfindən yazılmışdır və Markandeya-puran adlanan indus dini mətnlərinin əsas tərkib hissəsini təşkil edirlər. Şaktizm çoxlu müxtəlif təriqətlərə və cərəyanlara bölünür, lakin onun iki əsas istiqaməti (məktəbi) xüsusi ilə fərqlənir. Hindistanın cənubunda geniş yayılmış Şrikula və ölkənin şimal və şərqində yayılmış Kalikula. Digər geniş yayılan məktəblərdən biri də Şrividya idi.
Narsizm
Narsisizm — özlərinin "xüsusi" və ya"seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir. Termin bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və nimfa Exonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir. Özlərinin "xüsusi " və ya "seçilmiş" olduqlarını düşünürlər, öz maraqları üçün başqalarını istifadə edirlər, başqalarının uğurlarını qısqanırlar, empati olmur, başqalarının hisslərinə və ehtiyaclarına qarşı biganədirlər, çox bəyənilmək istəyirlər, həmişə özlərini haqlı, başqalarını günahkar sayırlar, daim hər şeyi idarə(manupilyasiya) etməyə çalışırlar, özlərinin qüsursuz olduğunu düşünürlər, qüsurlarını qəbul etdirmək mümkün deyil. Xəstəliyin tam səbəbi məlum olmasa da, ətraf mühit, sosial, genetik, neyrobioloji faktorların təsir etdiyi ehtimal edilir. Əsas müalicə üsulu psixiatriya ilə olsa da, az adam müalicə üçün müraciət edir. Çünki narsistlər hərəkətlərini normal olduğunu hesab edirlər və xəstə olduqlarına inanmırlar. Bəzən isə başqa xəstəliklərə(maddə istifadəsi bağımlılığı, bipolar, depressiya və s.) görə həkimə müraciət edirlər. Narsisistik şəxsiyyət pozğunluğunun ən fərqli xüsusiyyətlərindən biri də problem yaradan davranışları qəbul edib dəyişməyə çox dirənmələri, günahı başqalarında axtarmaqda peşəkar olmaları, ən kiçik tənqidi belə münaqişəyə, münaqişəyə və hətta aqressivliyə çevirmələridir. Bundan əlavə, ümumi narsistik şəxsiyyət pozuntusu əlamətləri olaraq: manipulyasiya; İnsanları öz mənfəətləri və mənafeləri üçün istifadə etmək; Eyni statuslu dostluqlarda belə irəlidə olmaq istəyi, rəqabətdə olmaq; Öz qabiliyyətlərini və nailiyyətlərini şişirtmək və həddindən artıq qiymətləndirmək; Əsaslandırılacağı mühitlər yaradaraq təsdiqlənmək arzusu, Özünü ən yaxşı, ən gözəl, ən uğurlu və ən ağıllı görmək, Cəmiyyətin zirvəsində olduğunu iddia edən, Daim tərif gözləmək və bunun üçün təzyiq mühiti qurmaq, Göründüklərinin əksinə, özlərinə inam baxımından kövrəkdirlər və bu onların ən böyük qorxusudur.Cemre Etimoloji rəvayətə görə, Eko adlı pəri ovçu Narsistə vurulur, ancaq ondan qarşılıq görə bilmir.
Autizm
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Bu əlamətlər autizmi Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən, yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər nəzərlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını hər 1000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər.
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Çavizm
Çavizm (isp. chavismo) — 1999–2013-cü illərdə Venesuela prezidenti olan Uqo Çavesin ideya və təcrübələrinə əsaslanan solçu siyasi ideologiya. Sosializm, solçu populizm, vətənpərvərlik, bolivarianizm və indixenizm elementlərini, həmçinin Karib hövzəsi və Latın Amerikası inteqrasiyasını özündə birləşdirir. Çavizm tərəfdarları üçün çavista (isp. Chavista) terminindən də istifadə edilir. Çavezin özü 2005-ci ildən bəri öz ideologiyasını "XXI əsr sosializmi" olaraq təyin edir.
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Artim Şakiri
Artim Şakiri (mak. Артим Шаќири; 23 sentyabr 1973, Struqa[d]) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Məşqçi. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı. Artim Şakiri 23 sentyabr 1973-cü ildə Struqa yaxınlığındakı Livada kəndində alban ailəsində anadan olmuşdur. Livadanın "Dinamo" komandasının yetirməsidir. Peşəkar karyerasını 1991-ci ildə Struqa şəhərini təmsil edən "Karaorman" klubunda başlayıb. 1992/93 mövsümündə bu komandanın heyətində birinci diviziondan yüksək liqaya vəsiqə qazanıb. Yüksək liqada öz oyunu ilə diqqət çəkməyi bacaran futbolçunu mövsümün sonunda ölkənin aparıcı klubu olan "Vardar" heyətinə qatıb. Vardarın heyətində ölkə çempionatının qızıl (1994/95), gümüş (2000/01) və bürünc (1995/96) mükafatçısı, Makedoniya Kubokunun isə ikiqat (1994/95, 1998/99) qalibi olmuşdur.
Caynizm
Caynizm (sanskr. जैन, cayna, sanskr. जिन, cina, "qalib" sözündən) — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoks qədim hind dini. Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar-Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.
Corcizm
Corcizm (ing. Georgism, həmçinin heoizm) — Henri Corc tərəfindən qurulan iqtisadi və fəlsəfi doktrin, hər kəsin yaratdığı məhsula sahib olduğu (ing. everyone owns what they create), ancaq bütün təbii malların və hər şeydən əvvəl yer üzünün bütün insanlara eyni dərəcədə aid olduğu fikrinə əsaslanır . Corcizm fəlsəfəsi, adətən, torpaq istifadəsi üçün vahid vergi ideyası ilə əlaqələndirilir. Amerikalı iqtisadi düşüncə tarixçiləri, Henri Corcun XIX əsrin ikinci yarısında Şimali Amerikada nəşr olunan ən əhəmiyyətli siyasi iqtisadi araşdırmalardan birinin müəllifi kimi hörmət edirlər. Ədəbiyyatı diqqətlə öyrənərək, gürcüçiliyin yalnız bir çox böyük müasirləri üzərində deyil, həm də XX əsrin ictimai xadimləri üzərində təsirini tapırlar. Onların tərtib etdikləri adlar siyahısında Corc fikirlərinin qızğın təbliğatçısı olan Lev Tolstoy da vardır. Rus dilində tərcümə olunmuş kitablarına ön sözlər yazdı, vahid dövlət vergisi fikrini təbliğ edən məqalələr yazdı. Tolstoy Corcun sənət əsərlərinə də tanıtdı. «Dirilmə» əsərində Nexlyudov kəndinin Corcizm nəzəriyyəsinin kəndlilərinə izah edir.
Artız
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Şartım (Uçalı)
Şartım (başq. Шартым, rus. Шартым) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 30 km, kənd sovetliyindən (Səfər): 6 km. ən yaxın dəmiryol stansiyasından (Şartım): 0 km.
Artım dağı
Artım dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2734,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 1,8 km cənub-şərqdə, Gurdağdan 600 m cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində şimal-qərb istiqamətli fay qırılması müşahidə edilir. Şimal-şərq yamacında Kələki lay dəstəsinin süxurları Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərilə yarılmışdır, qərb yamacında isə andezibazalt tərkibli intruziv kütlə açılır.
Artım modelləri
Artım sürəti
Eksponent artım
Eksponent artım — artım sürəti kəmiyyətin özü ilə mütənasib olduqda kəmiyyətdəki artım. Eksponensial qanununa tabedir. Eksponensial artım daha yavaş (kifayət qədər uzun müddət ərzində) xətti və ya güc asılılıqları ilə ziddiyyət təşkil edir. Bərabər fasilələrlə ayrı-ayrı tərif sahəsi olduqda, buna həndəsi artım və ya həndəsi parçalanma da deyilir (funksiyanın dəyərləri həndəsi bir irəliləyiş əmələ gətirir). Eksponensial artım modelini maltuzian artım modeli olaraq da bilinir. Hər hansı bir dərəcədə böyüyən bir miqdar üçün dəyər nə qədər yüksək olarsa, o qədər sürətli böyüyür. Bu da asılı dəyişənin böyüklüyü və artım sürətinin birbaşa mütənasib olduğunu göstərir. Ancaq eyni zamanda, hiperbolikdən fərqli olaraq, üstel əyri heç vaxt sonlu bir müddətə sonsuzluğa getmir. Nəticədə, eksponent artım, hər bir eksponent artımdan və üstəlik, hər hansı bir xətti artımdan daha sürətli olur. Eksponent artım diferensial tənliklə təsvir olunur: d x d t = k x {\displaystyle {\frac {dx}{dt}}=kx} Diferensial tənliyin həlli — eksponent funksiyadır ( a = 1 {\displaystyle a=1} və k = 1 {\displaystyle k=1} eksponent olur): x = a e k t {\displaystyle x=ae^{kt}} Eksponensial artımın nümunə olaraq resurs məhdudiyyətlərindən əvvəl koloniyada bakteriya sayında artım ola bilər.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
Playboi Carti
Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1995[…], Atlanta) — amerikalı repçi, müğənni, mahnı yazarı. Carti 2017-ci ilin aprelində buraxdığı öz adını daşıyan miksteypi ilə tanınma qazanıb. Miksteypə daxil olan "Magnolia" və "Wokeuplikethis" (Lil Uzi Vert ilə) sinqlları Billboard Hot 100 hit-paradında yuxarı sıralarada qərarlaşıb. 2018-ci ildə ilk studiya albomu "Die Lit"-i buraxan Carti dinləyicilərin sevimlisinə çevrildi. Albom satış rekordları qırdı və ABŞ-nin Billboard 200 hit-paradında üçüncü pilləyə yüksəldi. Carti iki illik fasilədən sonra 2020-ci ildə geri qayıtdı və ikinci albomu olan "Whole Lotta Red"-i təqdim etdi. Albom buraxıldıqdan qısa müddət sonra Billboard Hot 200 hit-paradında birinci yeri tutdu və onun ən çox bəyənilən albomu oldu. Playboi Carti uzun müddətdir gözlənilən üçüncü albomunu 2024-cü ildə buraxmağı planlaşdırır. Carti 2019-cu ildə Opium səsyazma leyblını təsis edib. Bu şirkətlə müqavilə bağlayan repçilər Ken Carson, Destroy Lonely və Homixide Gang-dır.
İqtisadi artım nəzəriyyəsi
İqtisadi artım nəzəriyyəsi — əhalinin gəlir səviyyəsindəki fərqlərin səbəblərini və ölkələr arasında uzun müddətli iqtisadi artım templərini, habelə ölkələrin davamlı inkişaf trayektoriyasına girmə şərtlərini və yüksək artım templərini uzun müddətli qoruyan iqtisadi nəzəriyyə. Bu problemləri araşdıran ilk tədqiqatlar, ən geniş yayılmış konsepsiya doğum nisbətini azaltmaq olan Maltuzianizm olduğu 18-ci əsrin sonunda ortaya çıxdı. 1930-cu illərin ortalarından etibarən, "böyük təkan" nəzəriyyəsi 1940-cı illərin ortalarından bəri iqtisadi artımdakı əsas konsepsiya olan iqtisadiyyata üstünlük verməyə başladı. İqtisadiyyatı dövlət investisiyaları hesabına sənayeləşdirmək üçün maliyyə və pul siyasəti yolu ilə dövlət tərəfindən vəsait toplanmasını öz üzərinə götürdü. 1950-ci illərin sonunda, iqtisadi böyümə məsələlərində tarazlığa və davamlılığa nail olmaq məsələləri üzərində dayanaraq davamlı böyümə trayektoriyasına daxil olmaq üçün heç bir resept irəli sürməyən neoklassik modellər üstünlük təşkil etməyə başladı. 1980-ci illərin sonlarında iqtisadi böyüməni empirik olaraq təsdiqlənməmiş həm fiziki, həm də insani kapitaldan xarici təsirlər yolu ilə izah edən modellər hazırlandı. 1990-cı illərin əvvəllərində iqtisadi artımı TƏ-İN sektorunda inkişaf etdirilən yeni məhsulların istehsalından əldə olunan inhisar mənfəətinin nəticəsi kimi izah edən modellər hazırlandı. Hal-hazırda yeni klassik nəzəriyyə, yeni institusional nəzəriyyə və vahid bir böyümə nəzəriyyəsi iqtisadi böyümənin səbəbləri və mexanizmləri haqqında düşüncələrini təklif edir. İqtisadiyyat üzrə bir çox Nobel mükafatı laureatı bu sahədə araşdırma aparmışlar: Robert Solou, Tyallinq Kupmans, Pol Samuelson, Kennet Errou, Piter Daymond, Robert Lukas və Pol Romer. Müasir iqtisadiyyatın fərqli bir xüsusiyyəti, fərqli ölkələrdə adambaşına gəlir səviyyəsində əhəmiyyətli bir dəyişiklikdir.
Playboi Carti (miksteyp)
Playboi Carti (həmçinin Self Titled kimi bilinir) — amerikalı repçi Playboi Carti-nin ilk miksteypi. 14 aprel 2017-ci ildə AWGE və Interscope Records tərəfindən buraxılıb. Miksteyp Pi'erre Bourne, Southside və digər prodüserlərin iştirakı ilə ərsəyə gəlib. Bəzi treklərdə repçilər Lil Uzi Vert, ASAP Rocky və holland müğənni Leven Kali qonaq ifaçı kimi yer almışdır.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Gözlənilən Playboi Carti albomu
Amerikalı repçi-müğənni Playboi Carti uzun müddətdir gözlənilən üçüncü studiya albomunu 2024-cü ildə buraxmağı planlaşdırır. Albom Interscope Records, AWGE və Opium tərəfindən yayımlanacaq. Albomun adı hələ ki, təsdiqlənməyib. Pərəstişkarlar topladıqları ipuculara əsaslanaraq, albomun adının “Narcissist”, “Antaqonist”, “Music” və ya “I Am Music” ola biləcəyini irəli sürüblər. Carti pərəstişkarlarına onun gələcək albomuna daxil ediləcəyi ehtimal olunan bəzi mahnıları təqdim etdi.