Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çomaxtur
Çomaxtur — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndi Yengicə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çomaxtur kənd inzibati ərazi dairəsi yaradılmışdır. Düzənlikdədir.Çomaxdur, Çamaxtur variantlarında da qeydə alınmışdır. Güman ki, əsli Çamaxdar olan bu oykonim "şadaraçı" deməkdir. Çomaxtur kəndi Sərur düzündə yerləşən kəndlərdəndir. İqlimi Naxşıvanın digər ərazilərinin iqlimi kimi kəskin kontinentaldır: yayı isti və quraq, qışı soyuq və orta qarlıdır. Ən yüksək tempratur, yayda günorta müsbət 45°-48°-yə, qışda gecə mənfi 35°-40°-yə qədər yüksəlir. Torpaqı çox məhsuldardır. Əksər bitkilərin yetişməsinə imkan verir. Əkinçilik tamamilə suvarmaya əsaslanır.
Yomax
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.
Corvus corax
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
CoMix Wave Films
CoMix Wave Films, Inc. (yaponca: コミックス・ウェーブ・フィルム, Hepbörn: Komikkusu Uēbu Firumu) — Yaponiya animasiya studiyası. Studiya şirkətinin baş qərargahı Yaponiyanın Tokio prefekturasının Çiyoda şəhərində yerləşir. Studiya anime serialları ilə, qısametrajlı filmləri və xüsusilədə direktoru Makoto Şinkayın iştirakı ilə çəkilmiş televiziya reklam çarxları ilə məşhurdur. Studiya 2007-ci ilin mart ayında 1998-ci ildə yaradılmış Itochu Corporation, ASATSU (indi ADK) və digər kompaniyaların birləşməsindən yaranmışdır.
Çatax
Çatax (Borçalı)
Çoban
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Donax donax
Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Komar
Yuxarı Komar (Culfa)
Kəmax
Kəmax — Ərzincanın 9 ilçəsindən biridir. 2016-cı ilin məlumatına görə ilçədə 7.125 nəfər yaşayır.
Nomarx
Nomarx (q.yun. νομάρχης, q.misir ḥrj tp ꜥꜣ; mənası – Böyük rəis) — nomun hökmdarı. Çarın canişini olan nomarx öz nommu ərazisində inzibati aparata, məhkəməyə və orduya başçılıq edirdi. "The Nomes (provinces) of Ancient Egypt". Philae.nu. 2 iyun 2010 tarixində arxivləşdirilib.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Sumax
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
WiMAX
WiMAX — Geniş qurğu spektoru üçün uzun məsafələrdə universal simsiz rabitəni təmin etmək məqsədi ilə hazırlanmış telekommunikasiya texnologiyasıdır (stansiya və portativ kompüterdən tutmuş mobil telefona gədər). WiMAX şəbəkəsi ənənəvi simli texnologiyaların istifadəsi ilə qoşulmaq imkanı olmayan abunəçilərə geniş zolaqlı xidmətlərin göstərilməsinə imkan yaradır. WiMAX texnologiyası yüksək keyfiyyətli rabitə və məlumatların ötürülməsi sürətini təmin edərək, sıx şəhər tikilmə yerləri daxil olmaqla, hər bir şəraitdə işləmək imkanını yaradır. WiMAX "son mil" geniş zolaqlı birləşmənin yaradılması, simsiz çıxış nöqtələrin yerləşdirilməsi, şirkət filialları arasında şəbəkənin təşkili və digər məsələlərin həlli üçün istifadə edilə bilər. Wimax Texnologiyası-Wimax (Worldwide Interoperability for Microwave Access) ingilis dilindən tərcümədə-Mikrodalğalı Giriş üçün Beynəlxalq Qarşılıqlı təsir qabiliyyəti mənasını verir. Wimax 10 GHs ilə 66 GHs tezlik diapozonunda işləyən və naqilsiz sistemlərin xüsusiyyətlərini ifadə edən İEEE 802.16 standartlarının digər adıdır. İlk növbədə Wimax geniş coğrafi sahəni əhatə edən və yüzlərlə istifadəçiyə çox aşağı xərclə xidmət göstərə bilən naqilsiz internet xidmətidir. Wimax necə işləyir? Wimax komyuterləri, mobil telefonları, Wimax proqramı ilə təchiz edilmiş digər cihazları naqilsiz internet xidməti ilə təmin edən və mikrodalğa texnologiyasını istifadə edən bir quruluşdur. Wimax texnologiyasına naqilsiz məlumat-xəbərləşmə bağlantısı qurarkən istifadə edilən baza stansiyaları daxildir.
Yomak
Zoman
Zoman (metilflorfosfin turşusunun pinakolin efirdir) — rəngsiz, zəif kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm3, qaynama temperaturu 2000 °C, donma temperaturu mənfi 800 C-dir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin buxarlarından 3–4 dəfə çox toksikdir. Maye — damla halında isə zarindən 15–20 dəfə toksikdir. Zoman öz zəhərləyici xassələrini su tutumlarında 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar. Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır. Əgər tibbi preparatlar varsa, zərərçəkənə antidot (zəhərlənməyə qarşı həblər) vermək lazımdır. Zoman damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimyəvi paketdə olan polideqazasiya mayesi ilə təmizləmək lazımdır.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Tomex
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Arundo donax var. donax
Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Biz (roman)
Biz (rus. Мы) — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 "İnteqral"-ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur. "İnteqral" zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, "Havadar" obrazı böyük maraq doğurur.
Brida (roman)
Brida — Brida 1990 -cı ildə nəşr olunan Paulo Koelyo tərəfindən yazılmış bir romandır. Xristian və ezoterik ənənələr və onların başlanğıc yolu kimi müəllif üçün əziz olan mövzulardan bəhs edir. Brida həyatda şəxsi yolunu axtaran,gənc qızdır. O , biliklərə və sehr yiyələnmək istəyir.O, səyahətində onu müşayiət edən və həyatın müəllimi olacaq müxtəlif iki şəxsiyyətlə tanış olur. Xalq Sehrbazı kimi tanınan, " Günəş ənənəsinin" qoruyucusu, kosmosdan keçən hər şeyi aşkar etməyə qadir olan insan ; Wicca adlanan qadın, " Ay Ənənəsi" ilə əlaqəli biliklərin daşıyıcısı, cadugərlərə xas olan , zaman şəbəkəsində olan sirləri bilən insan.
Bülbül (roman)
Bülbül (ing. The Nightingale) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi romandır. Əsər İkinci Dünya Müharibəsi zamanı Fransada yaşayan və sağ qalmaq uğrunda Almaniyaya qarşı mübarizə aparan iki bacının hekayəsindən bəhs edir. Roman qəzaya uğrayaraq Nasist ərazilərinə düşən müttəfiq dövlətlərin pilotlarına qaçmağa kömək edən Belçikalı qadın Andrée de Jongh-un hekayəsindən təsirlənərək yazılıb. Kitab müxtəlif bestseller siyahılarında birinci olub və əsər əsasında film çəkmək hüququ 2015-ci ilin mart ayında TriStar Pictures tərəfindən alınıb. Roman 1995-ci ildə adı əvvəlcədən oxucuya məlum olmayan ahıl qadının öz xatirələrini nəql etməsi ilə başlayır. Kitab üçüncü şəxsin dilindən yazılsa da, əsas hadisələr İkinci Dünya Müharibəsi ərəfəsi - 1939-cu ildə Fransada bir-birlərindən və atalarından ayrı yaşayan iki bacı- Vianne və Isabelle-dən bəhs edir. Vianne ailəli, bir övladı olan, əri Antonieni cəbhəyə yola salan, Fransanın Almaniya tərəfindən işğalından sonra aclığa və soyuğa qarşı mübarizə aparan məktəb müəlliməsidir. Əgər əvvəlcə Vianne qızının və özünün sağ qalması uğrunda mübarizə aparırdısa, sonradan vəziyyət mürəkkəbləşir. Belə ki o, ən yaxın rəfiqəsi yəhudi Rachelin əsir düşərgəsinə sürgün olunmasından sonra onun 3 yaşlı oğlu Arini övladlığa götürür və daha 19 yəhudi uşağın Nazi təqibindən gizlədərək uşaq evinə yerləşdirir.
Bəbir (roman)
Bəbir — norveçli yazıçı Co Nesbonun cinayət romanıdır. Onun norveçcə adı Panserhjerte -dir , hansı ki, birbaşa Bəbirə tərcümə olunmur; daha çox "zirehli ürək" xətti boyunca bir şey deməkdir. Üstəlik, "bəbir" kitabdakı qatilin gizli addımını ifadə edir, "zirehli ürək" isə Harri Holenun təcrübələri ilə qazandığı şeydir. Panserhjerte həm də konstriktiv perikardit üçün Norveç terminidir. Leopard Nesbø'nun cinayət detektivi , Müfəttiş Harry Hole'un yer aldığı səkkizinci romandır. Travmatik Qar adamı hadisəsindən sonra keçmiş polis müfəttişi Harri Hole özünü Honq Konqa sürgün edib. Norveç Cinayət Qrupunun yeni zabiti Kaja Solness Hole'u izləyir və Osloda mümkün silsilə qətlləri araşdırmaq üçün ondan kömək istəyir. Hole, atası Olavın ağır xəstə olduğunu və daha çox yaşaya bilməyəcəyini bildirdikdə geri qayıtmağa əmin olur. O, Norveçə qayıdır ki, Cinayət Qrupu Kripos və onun agentliyini ölkənin qətl işlərinə təkbaşına cavabdehləşdirməyə çalışan hakimiyyətə ac olan rəhbəri Mikael Bellman ilə hakimiyyət mübarizəsinin ortasındadır. Hole özünü Bellmanın düşmənçiliyinin hədəfində tapır, baxmayaraq ki, Bellman Hole'un işinin nəticələrinə görə kredit götürmək istəyir.
CAMAH
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Comrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Corab
Corab, ayaqlara geyilən və tez-tez topuq və ya baldırın bir hissəsini örtən geyimdir. Ayaqqabı və ya çəkmələrin bəzi növləri adətən corabın üstündən geyilir. Qədim dövrlərdə corablar dəri və ya tutqun heyvan tükündən hazırlanırdı.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Covas
Gilermo Kovas (ing. Guillermo Covas; 1 fevral 1915, La Plata – 30 avqust 1995) — Argentina botaniki. Gilermo Kovas Sumaqkimilər üzrə ixtisaslaşmışdır.
Çoğan
Çoğan (lat. Gypsophila) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. İkirəng çoğan (Gypsophila bicolor (Freyn et Sint.) Grossh.) Başcıqlı çoğan (Gypsophila capitata Bieb.) Daur çoğanı (Gypsophila davurica Turcz.
Compaq
Compaq Computer Corporation (2017-ci ildə yenidən brendləşmədən əvvəl bəzən CQ kimi qısaldılırdı) — 1982-ci ildə qurulan kompüter və əlaqəli xidmət, həmçinin məhsullar təkmilləşdirən, satan və dəstəkləyən ABŞ informasiya texnologiyası şirkəti. Compaq 2002-ci ildə HP tərəfindən 25 milyard ABŞ dollarına satın alınmışdır.
Başcıqlı çoğan
Başcıqlı çoğan (lat. Gypsophila capitata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır. Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır. İyun-avqust aylarında çiçəkləyir.
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Calomeria acoma
Acomis acoma (lat. Acomis acoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acomis cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür. Acomis lesteri Burkill Acomis rutidosis F.Muell. ex Benth. Calomeria acoma (F.Muell.) Heine Rutidosis acoma F.Muell.
Camal Feyziyev
Camal Cəlal oğlu Feyziyev (17 iyun 2000; Lənkəran şəhəri) — Azərbaycanı təmsil edən güləşçi. Uşaq yaşlarından Yunan-Roma güləşi üzrə məşqçi Akif Əliyevin yanında məşqlərə başlayan Camal Feyziyev 2015-ci ildə Serbiyanın Subotitsa şəhərində yeniyetmələrin Avropa birincliyində 100 kq çəki dərəcəsində 1-ci yeri tutub. 2016-cı ildən idman növünü dəyişib Sumoya keçərək yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatlarında 4 dəst medal qazanıb. Paralel olaraq, kəmər güləşi və mas-reslinqdə gücünü sınayıb. Adı son çəkilən idman növü üzrə Avropa çempionatında (Bakı, Azərbaycan) 2-ci, Dünya çempionatında (Ər-Riyad, Səudiyyə Ərəbistan) 3-cü yerlər tutub və dünya kubokunda (Pabyanitsa, Polşa) gümüş mükafata yiyələnib. Kəmər güləşində dünya çempionatında 1 dəst medala sahiblənib. 2019-cu ildə Tatarıstanın paytaxtı Kazanda klassik kəmər güləşində 2, mütləq çəkidə 3 yer, həmin ilin sonunda Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst üsulla kəmər güləşində baş mükafatı qazanıb. 2020-ci ildə, Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyində bürünc medal qazanıb. 2021-ci ildə, Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb. İdmançı əvvəlcə Kureş yarışında çıxış edib.
Camal Gürsel
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Gürsəl
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Lasri
Camal Lasri (6 sentyabr 1973, Kasablanka) — King Abdulaziz University (Ciddə, Səudiyyə Ərəbistanı) elmi işçisi, kimya elmləri doktoru.