Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
OVA
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Gluk’oZa
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. == Həyatı == Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. == Şəxsi həyatı == Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Avşa
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı. == Coğrafiyası == Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub. Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Boza
Boza — Mərkəzi Asiya mənşəli darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Mərkəzi Asiya, Balkanlar, Türkiyə, Qafqaz və Şimali Afrikada hazırlanır. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Boza ən qədim türk mənşəli içkilərdəndir.:77:46 Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir.
Ceza
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cəza
Cəza — Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiridir. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. == Cəza hüququna görə tərif == Qanunda cinayət kimi nəzərdə tutulan davranışın müqabilində verilən sanksiyadır. Cəza cinayət törədən şəxsə cavab vermək və onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquqda cəzanı dövlət verir. Cəza cinayətə mütənasib olmalıdır. == Cəzanın məqsədləri == Cəzanın ümumi qəbul edilmiş üç əsas məqsədi var. Müasir hüquq sistemlərinin qisas almayacağı və ədalətin qisas olmadığı fikri qəbul edilmişdir. Lakin ədalət anlayışının ibtidai cəmiyyətlərdə intiqam hissindən qaynaqlanmış və sonra bu səlahiyyətin dövlətə keçməsi ilə ortaya çıxması ehtimalı yüksəkdir.
Elza
Elza — Qadın adı. Elza Seyidcahan — Azərbaycan bəstəkarı; müğənni. Elza Salahova — kimya elmləri doktoru. Elza Triole — Rus əsilli fransız yazıçısı. Elza Səmədova — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Laza
Laza (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Laza (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Liza
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Qəza
Qəza (rus. уе́зд) — 1.Orta əsrlərdə Osmanlı imperiyasında qazının olduğu inzibati ərazi – ilçə, qəza adlanırdı. 2.XIX əsrdə rusca "uyezd" sözünün qarşılığı kim azərbaycan dilində işlənməyə başladı. Vaxtilə bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilmiş və hal-hazırda da bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilən inzibati ərazi vahidi (adətən, 1-ci və 2-ci dərəcəli olur); Orta əsrlər Rusiyasında torpaq sahəsi. Rusiya imperiyasında 1775-ci ildən inzibati ərazi bölgüsündə tətbiq edilmiş 2-ci dərəcəli inzibati ərazi vahidi (rus. уе́зд). Quberniyaların, yaxud vilayətlərin əraziləri inzibati cəhətdən qəzalara bölünürdü. RSFSR və SSRİ dövründə - 1929-cu ildə, həyata keçirilmiş inzibati islahatlar nəticəsində, inzibati bölgüdə qəza inzibati vahidindən tamamilə imtina edilmişdir. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimalının Rusiya işğalı dövründə, 1840-cı ildən, bu ərazi nzibati cəhətdən 2-ci dərəcəli qəzalara bölünürdü. Estoniya, Latviya, Moldaviya və Adayev qəzasında isə inzibati bölgüdə qəza inzibati vahidindən 1940-cı ildən imtina edilmişdir.
İmza
İmza ya da Qol; bir adamın şəxsi yazılı işarətidir. Saxtalaşdırılmaya dözümlü. Təkrarlanmayan. İdentifikasiyalı (imza adətən adı, soyadı və ya insanın təxəllüsünü xatırladır). Yazılışın tezliyi. Rəsm və ya digər sənət əsərindəki imza həmişə sənətin qiymətləndirilməsində mühüm element olub. Saxta imzalar bəzən rəsmin dəyərini artırmaq üçün əlavə edilir və ya onun orijinallığını dəstəkləmək üçün saxta rəsmə əlavə olunur. Bədnam hadisə, sənət saxtakarı Han van Meegeren tərəfindən hazırlanmış saxta "Emmausda şam yeməyi" üzərində Yohannes Vermeerin imzası idi. Lakin rəssamların imzalarının zamanla tez-tez dəyişməsi (xüsusən də pre-modern və modern dövrlərdə) məsələni çətinləşdirə bilər. Bəzi rəssamlar imzalarını saxtakarlığın qarşısına keçmək üçün sənətvari formada yaradırlar.
İnza
İnza — Rusiya Federasiyasında yerləşən şəhər.
Giza
Giza piramidaları ― Qədim dünyanın yeddi möcüzəsindən qalmış tək abidə, Misirin Cizə platosunda yerləşən piramida kompleksi
Battle Angel (OVA)
Battle Angel (azərb. Döyüş mələyi‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişironun "Battle Angel Alita" manqası əsasında çəkilmiş anime OVA-sı. 1993-cü ildə çəkilmiş, "Paslı mələk" və "Göz yaşı işarələri" adlı iki seriyadan ibarət OVA manqaya giriş xarakteri daşıyır. OVA orijinal manqanın I və II cildlərinin adaptasiyasıdır və xeyli fərqlər var. Manqa müəllifi Kişiro manqa ilə məşğul olduğunu və anime ilə ciddi maraqlanmadığını bildirmişdir. Onun yeni anime adaptasiyası çəkmək planları yoxdur. 21 dekabr 2018-ci ildə böyük büdcəli Hollivud film adaptasiyasının buraxılması planlaşdırılır. OVA yaddaqalan saundtreki və "Cyborg Mermaid" mahnısı ilə xatırlanır. Yaponiyada kifayət qədər maraq əldə etməsə də, ABŞ-də tənqidçilər OVA-nı 1990-cı illərdə ingilis dilinə tərcümə edilmiş ən yaxşı animelərdən biri hesab edir.
Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti (Azərbaycan)
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti (XHQXX) Fövqəladə Hallar Nazirliyinin tərkibində önəmli yer tutan qurumlardan biridir. Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin sələfi olan “İxtisaslaşdırılmış Hövzə Qəza-xilasetmə Xidməti” 1959-cu ildən 1991- ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin, 1992-2006-cı illərdə isə Azərbaycan Respublikası Nazirlər kabinetinin tərkibində olmaqla dənizdə axtarış-xilasetmə, sualtı-texniki, 1980-cı ildən neft dağılmalarının ləğvi, 1983-cü ildən xilasedici-qoruyucu vasitələrin təmiri,yoxlanılması və sertifikatlaşdırılması işlərini həyata keçirmişdir.Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə Xidmət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi strukturunun tərkibinə verilmiş və Fövqəladə Hallar Nazirliyinin 16 may 2008-ci il tarixli 049a nömrəli əmri ilə yenidən təşkil olunaraq, Əsasnaməsi və strukturu təsdiq edilmişdir. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda və digər sularda ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, dəniz-hidroloji və s.) və texnogen (neft-qaz hasilatı və emalı obyektlərində, quruda və sularda magistral boru kəmərlərində, dəniz və digər nəqliyyat növlərində, hidrotexniki qurğularda qəzalar, yanğınlar, partlayışlar və s.) xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarət üzrə dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və həyata keçirən, habelə quruda və sularda qəzaların baş vermə ehtimalı böyük olduqda, yaxud baş verdikdə neft və neft məhsullarının dağılması ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən bir qurumdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir. Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir. Gəmiçilik Dağılmış neftin ləğvi Dalğıc və sualtı texniki işlər Torpaqsorma və dibdərinləşdirmə işləri Xə­zər Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti key­fiy­yət, eko­lo­gi­ya, pe­şə təh­lü­kə­siz­li­yi və əmək mü­ha­fi­zə­si sa­hə­sin­də əl­də et­di­yi uğur­la­ra gö­rə mü­va­fiq ser­ti­fi­kat­la­ra la­yiq gö­rül­müş­dür. Xid­mət BP, Fuq­ro, OS­CA Cas­pian, Sai­pem ki­mi xa­ri­ci şir­kət­lə­rin si­fa­ri­şi ilə də­niz­də müx­tə­lif əmə­liy­yat­lar hə­ya­ta ke­çi­rir. Gə­mi­çi­lik­lə bağ­lı əsa­sən müx­tə­lif tə­yi­nat­lı (ax­ta­rış-xi­la­set­mə, ye­dək, dal­ğıc, yük­sək sü­rət­li və s.) gə­mi­lə­rin is­tis­ma­rı­nı hə­ya­ta ke­çi­rən XHQXX qə­za-xi­la­set­mə ha­zır­lı­ğı­nın apa­rıl­ma­sı, ax­ta­rış-xi­la­set­mə iş­lə­ri­nin təş­ki­lini yerinə yetirir. Xə­zər Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti baş ver­miş qə­za ha­di­sə­lə­ri­nin qey­də alın­ma­sı, təd­qi­qa­tı və qə­za hal­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı­na da­ir təd­bir­lər pla­nı­nı ha­zır­la­ya­raq, qə­za və­ziy­yə­ti­nə düş­müş gə­mi­lə­rin ka­pi­tan­la­rı­na və di­gər üzən va­si­tə­lə­rin rəh­bər­lə­ri­nə təh­lü­kə­siz üz­mə ba­rə­sin­də gös­tə­riş və məs­lə­hət­lər ve­rir.
E-imza
Elektron imza və ya e-imza — məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən verilənlər. Bu imza yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa İttifaqında eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. == İcmal == Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidir Elektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi. Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi. Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Piza
Piza (it. Pisa) — İtaliyanın Toskana əyalətində yerləşən şəhər. Pyatsa dei Mirakolidə məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir.
Elektron imza
Elektron imza və ya e-imza — məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən verilənlər. Bu imza yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa İttifaqında eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. == İcmal == Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidir Elektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
Elza Bəkirova
Elza Salahova
Salahova Elza Əbdüləziz qızı (24 dekabr 1950, Bakı) — kimya elmləri doktoru. == Həyatı == Salahova Elza Əbdüləziz qızı 1950-ci ildə dekabr ayının 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə 172 saylı orta məktəbi "gümüş medalla" bitirmiş və həmin ildə Azərbaycan Pedoqoji İnstitutunun Kimya fakültəsinə daxil olmuşdur. E. Ə. Salahova institutda oxuduğu müddətdə elmi işə maraq göstərmiş və tələbə elmi cəmiyyətinin fəal üzvü olmuşdur. 1972-ci ildə onun apardığı elmi tədqiqat işi respublikada Mendeleyev cəmiyyəti xətti ilə keçirilən elmi konfransında II yerqazanmış və mükafata layiq görülmüşdqür. E. Ə. Salahova 1972-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsinin "fərqlənmə" diplomu ilə bitirmiş, institutun kimya fakültəsinin elmi şurasının təqdimatı əsasında həmin ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur. 1979-cu ildə o, "renium ilə tellurun birgə elektrolitik çökməsi prosesinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini Lensovet adına Leninqrad Texnoloji İnstitutunda "elektrokimyəvi istehsalat" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi adına layiq görülmüşdür. 2010-cu ildə Kimya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Fiziki kimya" və "Qeyri üzvi kimya" ixtisasları üzrə "Renium xalkogenidlərinin elektrokimyəvi çökdürülməsinin elmi əsasları və alınmış yarımkeçirici təbəqələrin fiziki kimyəvi xassələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmləri doktoru adını almışdır. Təhsili, elmi dərəcə və elmi adları 1972-ci ildəm Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsini "fərqlənmə" diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur.
Elza Seyidcahan
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycanlı bəstəkar, müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır. 2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir. 2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır. 2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir.
Bəhram Gur və Fitnənin ova çıxması
Bəhram Gur və Fitnənin ova çıxması - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Müzəffər Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram şahın Fitnə adlı ay üzlü, zirək və ağıllı bir kənizi var idi. Bir gün şah növbəti ov səfərinə Fitnəni də özü ilə aparır. Onun şücaəti hamını heyrətə salsa da, Fitnə şahın qoçaqlığına qarşı susur, nazındanmı, hiyləsindənmi, nədənsə şahı tərifləmir. Bu zaman uzaqda bir maral qaçır: Fitnə şaha cavab verir ki, == Təsvir == Miniatürdə Bəhramın oxla gurun dırnağını qulağına tikdiyi an təsvir edilmişdir. Burada əsas fiqurlardan əlavə daha dörd süvari, müxtəlif səmtlərə qaçışan iki gur və dağ keçisi təsvir olunmuşdur. Əlində musiqi aləti tutan Fitnə şahı müşayiət edir. Gənc xidmətçi onun atını yedəyə almışdır.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Monza
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.