Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MCB BOKT
MCB BOKT (köhnə adı MCB Lizinq) ya da MCB Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti Pakistanın ən böyük banklarından biri olan MCB Bank Limited tərəfindən təsis edilmişdir == Tarix == “MCB Lizinq” Qapalı Sәhmdar Cәmiyyәti 2009‑cu ilin oktyabr ayında qapalı sәhmdar cәmiyyәti kimi tәsis edilmişdir. Şirkәt sәhmlәrin әsas hissәsi Pakistan İslam Respublikasında fәaliyyәt göstәrәn “MCB Bank Limited” Şirkәtinә vә bir qismi isә Azәrbaycan Respublikasının vәtәndaşı olan fiziki şәxsә mәxsusdur. 2019-cu il aprelin 4-də “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Maliyyə qurumu “MCB Lizinq”in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir. == Fəaliyyət == Şirkәtin әsas fәaliyyәti Azәrbaycan iqtisadiyyatının gәlirli, rәqabәtәdavamlı sektorlarında fәaliyyәt göstәrәn Kiçik vә Orta Sahibkarlara (KOS) geniş hәcmli maliyyә mәhsulları tәqdim etmәkdir. “MCB BOKT” QSC Azәrbaycan iqtisadiyyatının müxtәlif sektorlarında fәaliyyәt göstәrәn şirkәtlәrә öz biznes ehtiyaclarını qarşılamaq üçün bütün növ nәqliyyat vasitәlәrinin, tikinti texnikasının, avadanlığın vә daşınmaz әmlakın kredit / lizinq yolu ilә әdlә edilmәsini tәklif edir. == Maliyyə göstəriciləri == “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC 2021-ci ili 659 min 121 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 491 min 468 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un xalis mənfəəti 34% artıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “MCB BOKT”un portfeli (maliyyə lizinqi üzrə xalis investisiya) 57% artaraq 12 milyon 416 min 565 manata yüksəlib.
UCL
London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi. Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır. London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər. Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
USB
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.
Urb.
İqnaz Urban (alm. Ignaz Urban‎; 7 yanvar 1848 – 7 yanvar 1931, Berlin) — Almaniya botaniki. Plantae novae vel rariores III A Cl. E. L. Ekman 1924—26 lectae. Urban, Ignaz. — Stockholm: Almqvist & Wiksell, 1926. Plumiers Leben und Schriften nebst einem Schlüssel zu seinen Blütenpflanzen. Urban, Ignaz. — Dahlem b. Berlin: Repertorium, 1920.
UWB
Ultra-wideband (UWB, ultra wideband, ultra-wide band və ultraband) — radio spektrinin böyük bir hissəsi üzərində qısa diapazonlu, yüksək buraxılış zolaqlı kommunikasiya üçün çox aşağı enerji səviyyəsindən istifadə edə bilən radio texnologiyası. UWB qeyri-kooperativ görüntüləmə radarında ənənəvi tətbiqlərə sahibdir. Ən son tətbiqlərə sensor məlumatlarının toplanması, dəqiq yer təyin etmə və izləmə daxildir. Yüksək səviyyəli smartfonlarda UWB dəstəyi 2019-cu ildə görünməyə başlayıb. UWB geniş buraxılış zolağında (>500 MHz) məlumat ötürmək texnologiyasıdır. Bu, eyni tezlik diapazonundakı şərti dar buraxılış zolağına və daşıyıcı dalğa ötürülməsinə müdaxilə etmədən böyük miqdarda siqnal enerjisinin ötürülməsinə imkan verir. Bir çox ölkələrdə tənzimləyici məhdudiyyətlər radio buraxılış zolağının enindən bu cür səmərəli istifadə etməyə imkan verir və yüksək məlumat sürətinə malik şəxsi sahə şəbəkəsi (PAN), daha uzun məsafəli aşağı məlumat sürəti olan tətbiqləri və mövcud kommunikasiya sistemləri ilə radar və görüntüləmə sistemlərinin şəffaf birgə mövcudluğunu təmin edir. UWB əvvəllər nəbzli radio olaraq tanınırdı, lakin FKK və Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Sektoru (ITU-R) hazırda UWB-ni emissiya edilmiş siqnalın buraxılış zolağının eni 500 MHz-dən az və ya arifmetik mərkəzi tezliyi 20%-dən çox olan antena ötürməsi kimi müəyyən etdi. Beləliklə UWB buraxılış zolağının enini (və ya darzolaqlı daşıyıcının ən az 500 MHz aqreqatı; məsələn ortoqonal tezlik bölgüsü multipleksasiyası) əhatə edən nəbz əsaslı sistemlər qaydalara uyğun olaraq UWB spektrinə daxil ola bilər. Adi radio ötürücüləri ilə UWB arasında əhəmiyyətli fərq ondan ibarətdir ki, ənənəvi sistemlər sinusoidal dalğanın güc səviyyəsini, tezliyini və ya fazasını (və ya bunların kombinasiyasını) dəyişdirərək məlumat ötürür.
Uca andız
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.
Uca aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Uca sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Uça Caparidze
Uça İlya Malakiyeviç Caparidze (gürc. უჩა ჯაფარიძე; 4 (17) avqust 1906 – 6 iyul 1988, Tbilisi) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981). Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub. 1922–1924-cü illərdə Tbilisidə M.Toidzenin Xalq rəssamlıq studiyasında, 1924–1925 və 1928–1931-ci illərdə isə Rəssamlıq Akademiyasında təhsil almışdır. Erkən yaradıcılığa L. Qudiaşvilinin təsiri (rənglərin ifadəliliyi, kompozisiyanın dekorativliyi) olmuşdur. 1932–1936-cı illərdə Moskvada yaşamışdır. Uça Caparidze tarixi tabloların ("1901-ci ildə Tiflisdə 1 may nümayişi", 1939–1941), məişət rəsmlərinin ("Ananın düşüncələri", 1945, "Babanın fəxri" 1954, "Kolxoz bazarı", 1960), portretlərin (bəstəkar Z.P. Paliaşvili, 1940, şair Q.V. Tabidze, 1943, aktrisa V.İ.Ancaparidze, (1956) və b.), mənzərələrin, kitab illüstrasiyalarının (Q.V. Tabidze, İ.Q. Çavçavadze və başqalarının kitablarına) müəllifidir. "Xeyir-dua" (1957) əsərinə görə 1958-ci ildə Ümumdünya sərgisinin gümüş medalını almışdır. 1936-cı ildən Tbilisi Rəssamlıq Akademiyasında dərs demişdir.
Üçə (Germi)
Üçə (fars. اوچه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (12 ailə).
Simsiz USB
Simsiz USB (ing. Wireless USB, WUSB) — "Wireless USB Promoter Group" tərəfindən yaradılmış, ümumi USB əsaslı texnologiyaların mövcudluğunu artırmaq məqsədi daşıyan qısa diapazonlu, yüksək bant genişliyinə malik simsiz radio kommunikasiya protokolu. Onun Wi-Fi ilə əlaqəsi yoxdur və "Cypress WirelessUSB" təkliflərindən fərqlidir. 2009-cu ildə fəaliyyətini dayandıran "WiMedia Alliance" tərəfindən saxlanılırdı. USB Tətbiqçiləri Forumu onu rəqabət aparan UWB standartından fərqləndirmək üçün "Certified Wireless USB" texnologiyasını adlandırmağa üstünlük verir. Simsiz USB "WiMedia Alliance"ın "Ultra-WideBand" (UWB) ümumi radio platformasına əsaslanırdı. Bu, 3 metrə qədər məsafədə 480 Mbit/s və 10 metrə qədər məsafədə 110 Mbit/s ötürmə qabiliyyətinə malikdir. 3,1–10,6 GHz tezlik diapazonunda işləmək üçün nəzərdə tutulmuşdur, baxmayaraq ki, yerli tənzimləmə siyasətləri bəzi ölkələrdə qanuni əməliyyat diapazonunu məhdudlaşdıra bilər. Standarta dəstək "Linux" 5.4-də dayandırılmış və "Linux" 5.7-də silinmişdir. Standart artıq köhnəlmişdir və uzun illərdir ki, yeni avadanlıq istehsal olunmamışdır.
USB (dəqiqləşdirmə)
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
Tısbağalar uça bilir
Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu. Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər.
USB 1.0
USB (Universal Serial Bus-Universal Ardıcıl Şin) — periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB şini kontrollerinə konsentratorlar zənciri vasitəsilə 127-yədək ("ulduz" topologiyasından istifadə etməklə) qurğu qoşula bilər. USB kabeli 4 məftildən ibarətdir. Bunlardan bir cütü informasiyanı hər iki tərəfə ötürməyə, digər cütü isə gərginliyi 5 V olan elektrik cərəyanı xətti kimi istifadə olunur. Bu xətt sayəsində USB portuna qoşulan periferiya qurğusu kənar cərəyan mənbəyinə ehtiyac duymadan qidalana bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu zaman cərəyan şiddətinin qiyməti 0,5A-i aşmamalıdır. USB zahiri periferik standart hazırlanmış daşıyıcıdır və PC üçün zahiri bərkidilmiş periferinə PnP qabiliyyətini gətirir. USB xüsusi məqsədli proporsiyalara ehtiyacı aradan qaldırır, xüsusi məqsədlər üçün istifadə olunan I/O və PC kartların istifadəsini azaldır və vacib sistem mənbələrini saxlayır. Nömrəsindən asılı olmayaraq qurğular sistemə USB portu ilə qoşulur.
USB fləş kart
USB fləş kart — verilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar. Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür. Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.
Ucdan uca şifrələmə
Ucdan-uca vəya başdan-sona şifrələmə (End-to-end encryption/E2EE) yalnız son uclardakı istifadəçilərin oxuya biləcəyi bir rabitə sistemidir. Onun məqsədi İnternet provayderləri və şəbəkə administratorları kimi potensial dinləyicilərin söhbətin şifrəsini açmaq üçün lazım olan şifrələmə açarlarına daxil olmasının qarşısını almaqdır. E-poçt və söhbət şəbəkələri də daxil olmaqla, bir çox mesajlaşma sistemlərində mesajlar vasitəçilərdən keçir və alıcının sonradan əldə etməsi üçün üçüncü tərəfdən saxlanılır. Mesajlar şifrələnsə belə, onlar adətən yalnız "tranzit yolunda" şifrələnir və üçüncü tərəfdən deşifrə olunmuş şəkildə saxlanılır. Bu, üçüncü tərəfə axtarış və digər funksiyaları təmin etməyə və ya qəbuledilməz məzmunu skan etməyə imkan verir, lakin bu, həm də o deməkdir ki, üçüncü tərəf sistemində saxlanılan mesajlara girişi olan hər kəs tərəfindən arxa qapı vasitəsilə və ya qəsdən oxuna və sui-istifadə edilə bilər. Bu, repressiv hökumətlər altında yaşayanlar, bilgi ifşası, kütləvi nəzarət, etibarları üçüncü tərəflərin məlumatlarını qoruma bacarığına bağlı olan bizneslər, "hack"lənmə riski olacaq dərəcədə önəmli anlaşmalar və xəbərləşmələr, və sağlıq, cinsəllik və yetkinlik yaşına çatmayanlar haqqında həssas məlumatların paylaşılması kimi yüksək gizlilik tələb edən hallarda narahatlıq yarada bilər. Başdan sona şifrələmə faktiki göndərici və alıcı istisna olmaqla, verilənlərin oxunmasının və ya gizli şəkildə dəyişdirilməsinin qarşısını almaq məqsədi daşıyır. Mesajlar göndərən tərəfindən yalnız alıcıya şifrlənir, ona görə də üçüncü tərəfin onun şifrəsini açmaq üçün bir yolu yoxdur və şifrələnmiş şəkildə saxlayar. Qəbuledici şifrələnmiş məlumatları qəbul edir və şifrəsini açır. Üçüncü tərəflər ötürülən və ya saxlanılan bu şifrələnmiş məlumatların şifrəsini deşifrə edə bilmədiyindən, məsələn, ucdan-uca şifrələmədən istifadə edən şirkətlər öz istifadəçilərinin mesajlarını səlahiyyətlilərlə paylaşa bilməzlər.
Altmış üç
Altmış üç — say sistemində ədədlərdən biridir. Altmış ikidən sonra, altmış dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış üç ədədi — tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On üç
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
Otuz üç
Otuz üç — say sistemində ədədlərdən biridir. Otuz ikidən sonra, otuz dörddən əvvəl gəlir. Otuz üç ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx üç
Qırx üç — say sistemində ədədlərdən biridir. Qırx ikidən sonra, qırx dörddən əvvəl gəlir. Qırx üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç-Ovlaq
Üç-Ovlaq (qum. Уьч-Авлакъ, rus. Уч-Авлак), indiki rusca rəsmi adı Первомайское (Bir may kəndi) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Qayakənd rayonunda yerləşən bir kənd. Üç-Ovlaq kumıklar ovlağı kimi yaranmış yaşayış məntəqəsidir. 1928-1929 illərdə SSRİ hökuməti bu ovlağa darginləri köçürtdü, 1930 ildə isə özbaşına 10 böyük rus ailəsi də bura yaşamağa köçdülər. 1957-ci ildə çeçenləri bu kəndə köçürdərək kommunist bayramı olan 1 may şərəfinə Первомаское adını qoydular.
Üç Kuruş
Üç kuruş, rejissoru Sinan Öztürk olan, ssenari müəllifi Damla Serim və Eset Akçilad olan, ilk bölümü 1 noyabr 2021-ci ildə yayımlanan, Ay Yapım imzası ilə çəkilmiş, aksiyon, dram və detektiv janrında Türkiyə istehsalı olan televiziya serialıdır. Baş rolları Uraz Kaygılaroğlu, Ekin Koç və Necip Memili paylaşır. Çaka ailəsinin böyük oğlu Qartalın idarə etdiyi Çınqıraklı məhəlləsində İrfan adlı serial qatil tərəfindən bir-birinin ardınca qətllər törədilir. Qartal qatili tapmaq üçün Mütəşəkkil Şöbə Müvəkkili Efe ilə əməkdaşlıq edir və onlar qatili tutmağa çalışırlar. Serial İstanbul'un Fatih səmtinin Balat səmtində və Sarıyer mahalının Çayırbaşı səmtində çəkildiyi halda, bəzi səhnələr Beykozdakı köhnə ayaqqabı fabrikində cərəyan edir. Qartal Çaka (Uraz Kaygılaroğlu): Çıngıraklı məhəlləsinin lideridir. Efe Tekin (Ekin Koç): O, Mütəşəkkil Büronun üsyankar, idealist komissarıdır. Bahar Yöndel (Nəsrin Cavadzade): Nezih'in qızıdır. Leyla Çaka (Aslıhan Malbora): Qartal'ın bacısıdır. Oqtay Çaka (Civan Canova): Qartal'ın atasıdır.
Üç nöqtə
İki nöqtə — sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə (:) qoyulur. "O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir." Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. "Camaat arasında belə bir inam var: "Dost üzünə açılan süfrə həmişə bərəkətli olar"" (S. Rəhimov). "Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə." Üç nöqtə – adətən, yarımçıqlığı (tamamlanmamanı) bildirmək üçün istifadə olunan üç nöqtədən ibarət qrup (…). Çap mətnində bir və ya bir neçə sözün buraxıldığını göstərir. Qrafik interfeysli proqram məhsullarında menyu komandasının sonundakı üçnöqtə onu göstərir ki, o, seçildikdə dialoq pəncərəsi açılacaq. Proqramlaşdırma dilləri üzrə soraqçalarda və tətbiqi proqramların istifadəçi üçün təlimatlarında üçnöqtədən deyimin, funksiyanın və ya komandanın sintaksisinin təsvirində sintaksisin müəyyən elementlərinin təkrarlana bilməsini göstərmək üçün istifadə edilə bilər. Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. "Nəriman Nərimanov yazır: "Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar…"" O cümlədən yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında).
5pb.
5pb. Inc. (株式会社5pb., Kabushiki gaisha 5pb., "The Five powered & basics." ifadəsinin qısaltması) — Yaponiya videooyun istehsalı şirkəti və videooyunlar və anime musiqiləri üçün səsyazma studiyası. 5pb. 6 aprel 2005-ci ildə Scitron-u tərk edən Çiyomaru Şikura tərəfindən qurulmuşdur. 5ph. iki budaq şirkətdən ibarətdir: 5pb. Games videooyun istehsalçısı, 5pb. Records səsyazma studiyasıdır. Şirkət Şikura TYO Group-dan 15 aprel 2009-cu ildə lazımı hüquqları əldə edənə qədər tamamilə TYO Group-un filialı tərəfindən sahiblənmişdi.
ABB
Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — səhmləri Azərbaycan dövlətinə məxsus olan və bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. == Tarixi == “ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 66 filial və 13 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 16 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2 milyondan çoxdur. Bankda 3000-dən çox işçi çalışır. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. == Xidmət şəbəkəsi == ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir.
ABC
ABC — kanal. ABC (musiqi qrupu) — musiqi qrupu. ABC (radio) — ABŞ radiosu.
ACM
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
ARB
Azerbaijan Republic Broadcaster və ya qısaca ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı. == Tarixçə == 14 mart 2014-cü il tarixində "ARB" televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb. "ARB" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), ARB Şimal (Xaçmaz), ARB Cənub (Lənkəran), EL TV (Yevlax), Kanal-S (Şəki) və ARB 24-ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir. "ARB" Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların — ARB Kəpəz, ARB Şimal, ARB Cənub, ARB Aran və ARB Şəki-nin siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan Azerspace 1-in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır. "ARB"-nin yayım və proqram mərkəzi Kəpəz TV-in bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı — ARB 24-ün əsasında yaradılıb. "ARB"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır.
AYB
Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır. == Tarixi == Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.
BBC
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
BFB
Bakı Fond Birjası (ing. Baku Stock Exchange) — Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası. Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur. Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. == Həyatının ilk dövrləri == Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
CBC
CBC (Caspian Broadcasting Company) — 2009-cu ildə ATV International adı ilə yayıma başlayan çoxdilli kanal. 10 aprel 2013-cü il tarixində kanal SOCAR tərəfindən alınıb və CBC adı ilə fəaliyyətinə davam edib. Ad dəyişdirdiyi ilk bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi — Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı. == Tarixçə == ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi.
CBS
Columbia Broadcasting System (CBS) — Amerikada fəaliyyət göstərən CBS Corporation şirkəti tərəfindən yaranmış İngilis dilli kommersiya yayım telekanalıdır. Əsas qərargahı Nyu-York şəhərində CBS Building-də yerləşir. CBS bəzən göz kanalı kimi adlanır. Bunun səbəbi isə 1951-ci ildən kanalın istifadə etdiyi göz loqosudur.
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmək üçün müshəflərin kənarlarında cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olunmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
Dəb
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) və ya moda — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığı. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. üstünlük göstərə bilər. Dəb anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı). Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. == Dəb tarixi == 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir.
ECO
İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) — 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb. 5–7 iyul 1993-cü il – baş nazirin müavini Rəsul Quliyev İstanbul da İƏT ölkələri dövlət başçılarının II görüşündə Azərbaycanı təmsil edib. Sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul bəyannaməsi qəbul edilib.
FTB
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. == Büdcəsi və Vəzifələri == Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Hab
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır. Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. == Ümumi məlumat == Bütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik.
BCM
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
G2B
G2B (ing. Government to Business, rus. Hökumətdən biznesə) — biznesi dəstəkləmək və inkişaf etdirmək məqsədilə icra hakimiyyəti və kommersiya strukturları arasında onlayn qarşılıqlı əlaqə üçün proqram və aparat kompleksi. G2B sinfinə dövlət orqanlarının məlumat saytları, elektron satınalma sistemləri və s. == Məqsədi == G2B-nin məqsədi biznes sürtünmələrini azaltmaq, dərhal məlumat vermək və e-biznes (XML) vasitəsilə rəqəmsal ünsiyyəti təmin etməkdir. Bundan əlavə, hökumət hesabatın özündə olan məlumatlardan təkrar istifadə etməli və kommersiya elektron əməliyyat protokolundan yararlanmalıdır. Dövlət xidmətləri aşağıdakı qruplar üzrə cəmləşmişdir: sosial xidmətlər; kommunal xidmətlər; məhkəmə xidmətləri; nəqliyyat xidmətləri; torpaq ehtiyatları; Biznes xidmətləri; maliyyə xidmətləri və s. Müəssisə ilə əlaqəli xidmətlərin hər bir klasteri üçün yuxarıda göstərilən komponentlərin hər biri.
Güc
Güc bu mənaları ifadə edə bilər:
Dəb həftəsi
Dəb həftəsi — ildə iki dəfə keçirilən, təxminən bir həftə boyunca davam edən, dəb dünyasının ən əhəmiyyətli tədbiridir. Bu tədbirlərdə modelyer-dizaynerlər, müxtəlif geyim şirkətləri son kolleksiyalarını moda nümayişlərində alıcılara və KİV-ə nümayiş etdirir. Bu dəb həftələri cari və növbəti kolleksiyaları əhatə edir. Ən mühüm dəb həftələri Nyu-York, London, Milan və Paris kimi dünyanın dəb mərkəzlərində keçirilir. Bu şəhərlər KİV-də "Big Four", yəni "Böyük dördlü" kimi tanınır. Adıçəkilən şəhərlərdən sonra isə siyahını Los-Anceles, San-Paulu, Moskva və Sankt-Peterburq, Tokio, Helsinki, Şanxay, Berlin, Madrid, Sidney, Yeni Dehli, Kopenhagen, Vaşinqton və başqa şəhərlər davam etdirir. == Yaranma tarixi == Dəb həftəsi konsepsiyası ilk dəfə olaraq Parisdə, marketoloqların ideyası ilə qadınların müəyyən ödəniş qarşılığında ictimai yerlərdə müxtəlif brendlərin geyimlərini geyinib göstərməsilə başladı. Bu tədbirlər isə tədricən onların özlərinin sosial hadisələrinə çevrildi. Fransada bu kimi tədbirlərə hələ də "défilés de mode" deyilir, bu birləşmənin tərcüməsi isə "dəb paradları" deməkdir. 1903-cü ildə Nyu-Yorkda "Ehrich Brothers" adlı bir mağaza, orta təbəqədəki qadınları mağazaya cəlb etmək üçün ölkənin ilk moda nümayişini həyata keçirmişdi.
Dəb konstruksiyası
Dəb konstruksiyası — dizaynı, estetikanı və təbii gözəlliyin, geyimdə və aksessuarlarda tətbiq etmək sənətidir . Bu, mədəni və sosial münasibətlərdən təsirlənir və zaman və məkana görə dəyişir. == Dəb konstruksiyası haqqında == Moda dizaynerləri bilərzik və boyunbağı kimi geyim və aksessuarların dizaynında bir çox yollarla işləyirlər. Bir paltarın bazara çıxarılması üçün lazım olan vaxta görə dizaynerlər bəzən istehlakçı zövqündə dəyişiklik gözləməlidirlər. Dizaynerlər moda meylləri ilə bağlı araşdırmalar aparır və izləyiciləri üçün şərh edirlər. Xüsusi dizaynları istehsalçılar tərəfindən istifadə olunur. Bir dizayner rolunun mahiyyəti budur. Bununla birlikdə, bunun içində alış və ticarət yanaşması və məhsulun keyfiyyəti ilə təyin olunan bir dəyişiklik var; məsələn, büdcə pərakəndə satışçıları tendensiyaları şərh etmək üçün ucuz kumaşlardan istifadə edəcək, lakin yüksək səviyyəli pərakəndə satıcılar mövcud olan ən yaxşı parçalardan istifadə olunmasını təmin edəcəklər. Moda dizaynerləri həm funksional, həm də estetik baxımdan xoşagələn paltar dizayn etməyə çalışırlar. Bir paltarın kimin geyinəcəyini və geyəcək vəziyyətləri düşünür və geniş material, rəng, naxış və üslubda işləyirlər.
Dəb paytaxtı
Moda paytaxtı Beynəlxalq moda meyillərinə böyük təsir göstərən və moda məhsullarının dizaynı, istehsalı və pərakəndə satışının, moda həftələri, mükafatlar və ticarət yarmarkaları kimi tədbirlərin hamısının əhəmiyyətli iqtisadi nəticə verdiyi bir şəhərdir. XXI əsrin qlobal "Böyük Dördlük"ü moda paytaxtı sayılan şəhərlər Milan, Paris, London və New Yorkdur. Yorkdur == Moda Kapitalinin Tərifi == Moda paytaxtı geyim və dizaynda liderlik rolunu öz üzərinə götürür. Bundan əlavə, moda paytaxtları ümumiyyətlə geniş bir iş, bədii, əyləncə, mədəni və asudə fəaliyyət qarışığına sahibdirlər və beynəlxalq səviyyədə bənzərsiz və güclü bir şəxsiyyətə sahib olduqları üçün tanınırlar. Bir moda paytaxtı statusunun getdikcə bir şəhərin daxili və beynəlxalq profili ilə əlaqəli olduğu qeyd edildi. Moda paytaxtları, ehtimal ki, dizayn məktəbləri, moda jurnalları və varlı istehlakçıların yerli bazarı ilə daha geniş bir dizayn səhnəsinin bir hissəsidir. XVI əsrdən bəri Paris, dünyanın Moda Paytaxtı kimi qəbul edilir. Hal-hazırda moda paytaxtı termini, moda həftələrini keçirən şəhərləri, xüsusilə Paris, Milan, London, Roma və New Yorku təsvir etmək üçün istifadə olunur , sənayesini nümayiş etdirmək üçün. Digər müxtəlif şəhərlər də diqqətəlayiq moda tədbirlərinə ev sahibliyi edir və qlobal modada nüfuz sahibidirlər. == Tarixi == Tarixən bir neçə şəhər öz növbəsində moda paytaxtı olmuşdur.
Dəb şousu
Dəb şousu — moda həftələrində yaxud xüsusi təqdimat günlərində geyim və aksesuarların bir hissəsini nümayiş etdirmək üçün modelyerlərin təşkil etdiyi moda sərgisi. Paltar və ya aksesuarlar səhnədə modellər tərəfindən nümayiş etdirilir. Moda nümayişi bütün fəsillərdə, xüsusən yaz-yay və payız-qış dövrlərində keçirilir. Bu nümayiş zamanı ən son moda trendləri təqdim edilir.
Erməni gücü
Erməni gücü 13, AP, Armenian Mob və ya Armenian Mafia ― Kaliforniya ştatının Los Anceles şəhərində fəaliyyət göstərən erməni kriminal qruplaşması. Qruplaşma əsasən narkotik ticarəti, qətl, dələduzluq, insan alveri, qanunsuz qumar oyunlarının təşkili, adam oğurluğu, reket, soyğunçuluq və qəsblə məşğul olur. ABŞ prokurorluğunun qeydlərinə görə qruplaşmanın 2000-dən çox qeydiyyata alınmış üzvü və yüzlərlə tərəfdaşı var. Bu qruplaşma həmçinin Meksika-Amerika mafiyası və xüsusən də təsir dairəsini genişləndirməkdə olan La Cañada OG Blocc Crips (LCBC) kimi kriminal dəstələrlə sıx əlaqəyə malikdir. == Tarixi == Kaliforniya Baş Prokurorluğunun 1996-cı il tarixli hesabatına görə Erməni gücü 13 rus mütəşəkkil cinayətkar qrupları ilə güclü əlaqələrə malik olub. 1988-ci ilin yayında dəstənin iyirmi üzvü tərəfindən Hollivudun şərqində yerləşən kiçik bir ticarət mərkəzinin park yeri ələ keçirilmiş və öz qərargahlarına çevrilmişdir. Ticarət mərkəzindəki restoran və geyim mağazalarının sahibkarları ciddi qorxmuş və təhlükəsizlikləri üçün Los Anceles Polis Departamentinin köhnə əməkdaşlarına mühafizə üçün müraciət etmişdilər. 1997-ci ilin ortalarına qədər Erməni gücü 13 qruplaşmasının onlarla sürücünün qətlində günahkar olduğu güman edilirdi. Eyni zamanda AP rəhbərliyi Ermənistan və Rusiyada fəaliyyət göstərən cinayətkar qruplar ilə yüksək səviyyəli əlaqələrə malikdir. Hələki Şərq sahilində və Cənubda fəaliyyət göstərən Erməni-Amerikan icmalarında, Van (mərkəzi) erməniləri arasında, Suriya və İraq ermənilərinin icmalarında şəbəkənin fəaliyyəti qeydə alınmamışdır.