Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yeni üfüqlər
"Yeni üfüqlər" (ing. New Horizons), NASA tərəfindən hazırlanan bir insansız kosmos gəmidir. Cırtdan planet olan Pluton və peyklərinə uçuş edəcək ilk kosmos vasitəsidir. 19 yanvar 2006-cı ildə uğurla uçurulmuşdur. 28 fevral 2007, saat 5:43:40 Yupiterin yanından keçən New Horizonsın Günəş Sistemini tərk etmədən öncə iyul 2015-ci ildə Plutona ən yaxın nöqtədən keçərək planetin quruluşu və atmosferini təhlil etməsi gözlənilir. Bundan başqa, Plutonu kəş edən Clyde Tombaughun külünün bir hissəsi bu insansız kosmik gəminin içindədir. 2015 Aprel ayı etibarilə Yeni Üfüqlər gəmisi Plutonun ilə bağlı zəif keyfiyyətə malik şəkillər göndərmişdir. Yeni üfüqlər peyki NASA-nın rəsmi saytından tam zamanlı təhlil olunduğu kimi 14 iyul 2015-ci ildə Plutonun 12500 km məsafə uzaqdan şəkillər çəkib göndərəcəyi düşünülür. Görüntülər National Geographic Channeldan 14 iyul 2015 tarixində yayımlanacağı planlanmışdır.
Hadisə üfüqü
Hadisə üfüqü — işıq və maddənin artıq qaça bilmədiyi bölgəni sərhədləyən qurşaq. Hadisə üfüqü hər hansı bir fiziki araşdırma edə bilmədiyimiz bir kosmos parçasıdır. Nə hadisə üfüqündən kənarı bilinən qanunlarla açıqlama imkanı var, nə də orada nə olub bitdiyini bilməyin bir yolu var. Bir ulduzun hadisə üfüqü ulduzun çökmədən əvvəlki kütləsi ilə mütənasibdir. Məsələn, kütləsi 10 günəş kütləsi olan bir ulduz içə çöküb qara dəlik halına gəldiyində diametri 60 km olan bir hadisə üfüqünə sahib olur. Bir qara dəlik maddə udduqca hadisə üfüqünü genişlədir, hadisə üfüqü genişləndikcə də daha güclü qravitasiya sahəsinə sahib olur. Qara dəliyin hadisə üfüqündə nəzəri olaraq zaman tamamən dayanır. Bəzi qara dəliklərdə iki hadisə üfüqü vardır. Bəziləri "hadisə üfüqü" termini yerinə qara dəliyə çox da uyğun olmayan "qara dəliyin səthi" terminini istifadə edirlər. (Terminin uyğun olmamasının səbəbi bir planet və ya ulduzdakı kimi qatı və qazlardan təşkil olan bir səthinin olmamağıdır.) Lakin burada bəzi xüsusi xüsusiyyətlər göstərən bir bölgədən danışılmır; bir müşahidəçi qara dəliyə üfüqü aşacaq qədər yaxınlaşmış ola bilsəydi, özünə səth təəssürat sağlayacaq heç bir xüsusiyyət və ya dəyişiklik hiss edə bilməyəcəkdi.
Hadisə Üfüqü Teleskopu
Hadisə Üfüqü Teleskopu (HÜT) (ing. Event Horizon Telescope (EHT)) radio teleskop sistemi olub qlobal teleskop şəbəkəsi təşkil edir. Hadisə Üfüqü Tekeskopu layihəsi Yer kürəsinin müxtəlif nöqtələrində bir-birindən uzaqda bucaq imkanı kifayət qədər olan 8 kəskin uzun bazisli interferometrik stansiyalardan məlumatları birləşdirərək super massiv Qara Dəliyin Hadisə Üfüqü kimi nəhəng obyekləri müşahidə etməyə imkan verir. Proyektin hədəfi Yer Kürəsindən ən böyük bucaq diametrində iki Qara Dəliyi müşahidə etməkdir. Müşahidə məntəqələri cD tipli ovalvari super nəhəng Messier 87 qalaktikasının mərkəzindəki Qara Dəlik və Süd Yolu qalaktikanısının mərkəzində yerləşən Sagittarius A* Qara Dəliyidir. == Messier 87* == Hadisə Üfüqü Teleskopu Əməkdaşlığı özünün ilk uğurlu nəticəsini 10 aprel 2019-cu il tarixdə eynianda 6 müxtəlif bölgələrdə keçirilmiş mətbuat konfransında açıqlamışdır. Məlumatda birbaşa Messier 87 qalaktikasının mərkəzindəki Qara dəliyin şəkli göstərilərək M87 adı altında qeyd olunmuşdur. Elmi nəticələr 6 məqalədə The Astrophysical Journal Letters jurnalının 875-ci sayında nəşr olunmuşdur.
Hadisə üfüqü (film, 1997)
Hadisə üfüqü (ing. Event Horizon) — 1997-ci ildə Pol V. S. Anderson tərəfindən çəkilmiş elmi fantastika qorxu filmi. Baş rollarda Lorens Fişborn, Sem Nill, Ketlin Kuinlan və Coeli Riçardson oynuyub. Filmin çətin istehsal tarixi var idi: Paramount Pictures-ın əsas layihəsi olan “Titanikin” planlaşdırıldığı vaxtda buraxılmayacağı məlum olanda, studiya tələbi ilə "Hadisə üfüqü" çəkilişləri və montaj işləri tələsik halda başa çatdırılmışdı. Filmin ilkin 130 dəqiqəlik versiyası ciddi şəkildə düzəliş edilib, qısaldıranda, rejissorun narazılığına səbəb olmuşdu.Buraxıldıqdan sonra film həm kommersiya baxımından, həm də film tənqidçiləri arasında ümidləri doğrultmadı və 60 milyon dollarlıq büdcədən cəmi 42 milyon dollar gəlir əldə etdi. Ancaq sonradan videodaşıyıcı vasitəsiylə yaxşı satılmağa başladı; DVD versiyasının yayılması o qədər gəlirli idi ki, buraxıldıqdan bir müddət sonra Paramount silinmiş materialların bərpası işinə başlamaq üçün Andersonla əlaqə saxladı. Lakin məlum oldu ki, kadrlar ya itib, ya da məhv edilib. O vaxtdan bəri film tədricən kult statusu qazandı, populyar mədəniyyətin digər əsərlərində ona istinadlar tez-tez rast gəlinir. == Məzmun == Filmin süjeti 2047-ci ildə baş verir, itkin düşmüş və sonradan Neptunun orbitində peyda olan “Event Horizon” kosmik gəmisini astronavtlardan ibarət komandanın geri qaytarması və ekipajını xilasetmə missiyasının icrasından bəhs edir. Xilasetmə qrupu gəmini tədqiq edərkən öyrənir ki, bu gəmi eksperimental yüksək texnologiyalı mühərrik üçün gizli sınaq meydançası olub və fəza-zaman kontinuumunda bir deşik yaradaraq məlum kainatı tərk edib, sonra geri qayıtmışdı, hansı ki nəticədə bəzi şər qüvvə tərəfindən ələ keçirilmişdi.
Üfüqü ötənlər (film, 2011)
Üfüqü ötənlər — rejissor Şamil Nəcəfzadənin sənədli filmi. == Məzmun == Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir. == Film haqqında == Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir. Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyata sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir. Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.