Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nicat Şükürlu
Şükürlü
Şükürlü (əvvəlki adı: Bozayran) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Bozayran kəndi Şükürlü kəndi adlandırılmışdır. XIX əsrə aid mənbədə Bozayranlı formasında qeydə alınmışdır. Sovet hakimiyyəti illərində Böyük Bozayran və Balaca Bozayran kəndlərinə ayrılmışdı. Böyük Bozayran kəndi ləğv edildikdən sonra 1972-ci ildə Balaca Bozayran kəndi rəsmi olaraq Bozayran adlandırılmışdır. Etnotoponim olduğu güman edilir. Kənd düzənlikdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Elvin Şükürlü
Gülbahar Şükürlü
Gülbahar Şükürlü (Gülbahar Müzəffər qızı Şükürlü; 20 mart 1962, Bakı – 5 yanvar 2024) — Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan musiqiçisi, qarmon ustası. == Həyatı == Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. 5 yanvar 2024-cü ildə vəfat edib. Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub. Ailəli idi, 2 övladı var. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.
Yusif Şükürlü
Yusif Şükürov (Şükürlü; 27 oktyabr 1948, Baş Şabalıd, Nuxa rayonu) — Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (11 iyun 2007), AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (15 oktyabr 2014) Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1954-cü ildə doğulduğu kəndin ibtidai məktəbinin birinci sinfinə getmiş və orada ibtidai təhsilini başa çatdırdıqdan sonra təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirmişdir. 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbi bitirmiş və 1966-cı ildə ADU-nun Fizika fakültəsinə daxil olmuşdur. O, diplom işini İ. V. Kurçatov adına AEİ-da (indiki rus. Российский научный центр "Курчатовский институт") yerinə yetirmişdir. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris etmişdir. 1973–1974-cü illərdə isə həmçinin Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini də işləmişdir. 1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləmiş və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ilin noyabrında Azərb. SSR EA Fizika institutunun nəzdində olan Səki Elmi bazasına — laborant vəzifəsinə işə keçmişdir.
İdris Şükürlü
İdris Şükürlü (d. 1 may 1957, Şingədulan k., Lerik r.) — nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü Əməkdar jurnalist. 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş; 1964-1974-ci ildə həmin kəndin orta məktəbini bitirmişdir. Bir müddət sıravi kolxozçu işləmiş; 1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmiş; 1976-1984-cü ildə BDU-nin Jurnalistika fakültəsini qiyabi yolla bitirmiş; 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş; 1978-ci ildə Universitetin Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmiş; 1981-1989-cu illərdə “Bolluq uğrunda” qəzeti redaksiyasında əbəbi işçi; 1989-cu ildən məsul katib işləmiş; 1989-1991-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmiş; 1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmiş; 1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmiş; 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. “Ölsəm, inanma!” (oçerklər), Bakı, “Şirvannəşr”, 1996, 2000 nüsxə “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, “Təbriz”, 1998, 500 nüsxə “Ömür çırağı sönmədi” (sənədli povest), Bakı, “Əbilov, Zeynalov və oğulları” İTK, 2002, 500 nüsxə “Adsız qəhrəman” (sənədli povest), Bakı, “Planet-press” İTK, 2003, 500 nüsxə “Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı, “Avropa”, 2003, 500 nüsxə “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”, Bakı, “Planet-press” İTK, 2004, 500 nüsxə “Kitabların işığında”, Bakı, “Nurlan”, 2010. “Çəkirəm dünyanın şəkilini sözlə” “Açılmayan səhər” “Əsl insan haqqında düşüncələr” İ.M.Şükürlü yaradıcılığında ədəbi-bədii və publisistik üslubda yazıb - yaratmış, 30-a yaxın kitabın isə tərtibçisi və redaktoru olmuşdur. Kitablarından 3-ü şəhidlik və Qarabağ mövzusuna həsr olunmuşdur. Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlərdən daha çoxu məqalə, oçerk, hekayə, şer və sənədli povestlər idi. İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tuturdu. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
Əli Şirin Şükürlü (Ali Shirin Shukurlu)
Əli Şirin Şükürlü – Fəlsəfə doktoru, şair-esseist, yazıçı, 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Həyat və yaradıcılığı == Əli Şirin Şükürlü 02 dekabr 1963-cü ildə (Masallı rayonu, Göyəçöl kəndi) müəllim ailəsində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini, 2006-cı ildə ikinci ali təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Müxtəlif dövlət qurumlarında, elm və ali təhsil müəssisələrində işləyib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində işə başlamış, Ali təhsil üzrə sektorun müdiri vəzifəsində çalışmışdır. 2023-cü ildən Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan Abituriyent jurnalı redaksiyasında Yaradıcı qrupun rəhbəri vəzifəsində işləyir. 1986-cı ildən etibarən elmi, 1991-ci ildən elmi-pedoqoji fəliyyətlə məşgul olur. Fəlsəfə doktoru (riyaziyyat – Ehtimal nəzəriyyəsi: təsadüfi proseslərin tədqiqi), fəxri professordur. Hazırda təsadüfi proseslər nəzəriyyəsi və elm fəlsəfəsi üzrə elmi-tədqiqat işlərini davam etdirir.
Dara Şükuh
Sultan Məhəmməd Dara Şükuh (20 mart 1615 və ya 1615, Acmer – 30 avqust 1659, Dehli) — Böyük Moğol İmperiyasının sultanı Şahcahanın oğlu, Allahabadın söbədarı. == Həyatı == 20 mart 1615-ci ildə Əcmir yaxınlarında doğulmuşdu. Şahcahanın böyük oğludur. Anası, xatirəsinə Tac Mahal inşa edilən və daha çox Mümtaz Mahal deyə anılan Ərcümənd Banu Bəyimdir. Muhamməd Dara gələnəğə uygun olaraq İslami təlim-tərbiyə gördü; Ərəbcə, Farsca və Sanskritcə öyrəndi. Özəlliklə nəzari elimlərlə ilgiləndi, dini və təsəvvufi bilgisini təkviyə etmək üçün bu sahədəki əsərlərin bəlli başlılarını incələdi. Ona ilahi bilgi və ilhamın verildiyi inancı ilə bu yoldakı çalışmalarını daha da artdırdı. Şahzadə Dara Şükuh 1633-cü ildə 12.000 "zat" (6000 "süvarilik") bir mənsəbə sahib idi. Eyni il Səfəvilərin Qəndəharı təhdid etmələri və bunu 1642-ci ildə təkrarlamaları üzərinə şəhəri müdafiə etməyə gedən orduda ona önəmsiz bir komandanlıq verilmişdi. 1645-ci ildə Allahabad söbədarlığına (valilik) gətirildi.
Hacı Mehdi Şükuhi
Mirzə Mehdi Şükuhi (1829, Təbriz – 1896, Marağa, Şərqi Azərbaycan ostanı)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya, Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur. Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.
Mirzə Həsən Şükuhi
Hacı Mirzə Həsən Mirzə Mehdi oğlu Şükuhi (1862, Marağa, Şərqi Azərbaycan ostanı – 1917, Marağa, Şərqi Azərbaycan ostanı)—pedaqoq, şair, səyyah. Məşrutiyyət dövründə Azərbaycanın hər tərəfində olduğu kimi Marağa şəhərində də məktəblər açılmağa başladı. O cümlədən məşrutiyyətdən əvvəl demək olar ki, birinci məktəb "Cəlaliyyə" adı ilə mərhum Əbdüləhəd Tədəyyünün hümməti ilə açıldı. Bu nümunə də Təbrizdən götürülmüşdü. Orda mərhum Hacı Mirzə Həsən Rüşdiyyə birinci olaraq müasir formada "Rüşdiyə" adlı məktəb açmışdı. Tədəyyün də Marağada belə bir məktəb açdı. Sonra məşrutiyyətin ilk vaxtlarında (1905) – yüz iki il bundan əvvəl "Səidiyyə" fəaliyyətə başladı. Ikinci milli məktəb 1906-cı ildə mərhum Hacı Mirzə Həsən Şükuhinin səyi və himməti ilə "Şükuhi" adı ilə işə başladı. Nəhayət, zalım hakimin ardıcıl təzyiqi nəticəsində məktəb bağlanmış və Hacı Həsən həbs olunmuşdur. 1909-cu ildə həmin məktəb "Məktəbi-no" (təzə məktəb) adı ilə fəaliyyətə başlamış, bir az sonra həmin məktəb təkrar bağlanıb və 1918-ci ildə yeni ada – "Nəsirəddin Tusi" adı ilə fəaliyyət göstərmişdir.
Mirzə Mehdi Şükuhi
Mirzə Mehdi Şükuhi (1829, Təbriz – 1896, Marağa, Şərqi Azərbaycan ostanı)—XIX əsr Azərbaycan şairi. Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya, Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur. Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.
Sümüklü
Sümüklü-i Ülya (Biləsuvar)
Şükürçü
Şükürçü — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 80 nəfərdir ki onunda 31 nəfəri kişi, 69 nəfəri qadındır.
Susulu
Sümüklü balıqlar
Sümüklü balıqlar (lat. Osteichthyes) — skeletləri sümük quruluşda və deyildin mənşəli işçilər olan balıqları ehtiva edən sinif. Bədənləri müxtəlif şəkillərdə ola bilər. Bədən üzərindəki Marka sikloid, ktenoid və ya ganoid tipdədir. Quyruq üzgəci ümumiyyətlə homoserk quruluşdadır, ancaq müxtəlif qruplarda fərqlilik göstərə bilər. Yenə fərqli qruplarda, digər üzgəclərdə görülən strukturca dəyişikliklər, sistematik baxımdan əhəmiyyət daşıyar. Ağızları üst və ya uc mövqelidir. Hərəkətli çənələrində müxtəlif quruluşda dişlər ol/tapılar. Bəzi qruplarda ayrıca, yeddinci qəlsəmə yayı üzərində farinks dişləri görülər. qəlsəmələrin üzəri "operkulum" adı verilən kapakçıkla örtülüdür.
Sümüklü qanoidlər
Sümüklü qanoidlər (lat. Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.
Üskülü (Kəleybər)
Üskülü (fars. اسكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 428 nəfər yaşayır (109 ailə).
Üskülü Mərziyyə
Üskülü Mərziyyə və ya Mərziyyə Əhmədi (1941, Üskü, Şərqi Azərbaycan ostanı – 1974, Tehran) — şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü. 1974-cü ildə SAVAK-la atışmada dünyasını dəyişib. Mərziyyə Əhmədi 1941-ci ildə Üskü şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib.
Sokullu Mehmed Paşa
Sokollu Mehmed Paşa (1505, Sokoloviç[d], Osmanlı imperiyası – 11 oktyabr 1579, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — I Süleyman, II Səlim və III Murad dönəmlərində ümumilikdə 14 il 3 ay 13 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. 1505-ci ildə Bosniya əyalətinin Vişeqrad nahiyəsinin Sokoloviç kəndində dünyaya gəlmişdir. Atasının adının Dmitri olduğu, olduqca uzun boylu olduğu üçün Osmanlı mənbələrində "Tavil" (yəni, uzun) ləqəbiylə anılır. İlk təhsilini Bosniyadakı bir monastrda rahib olan dayısından aldı. Sultan Süleymanın səltənətinin ilk illərində Bosniyadan dəvşirilərək ailəsindən alınmışdır. Mehmed Paşa şəxsən özü 1576-cı ildə Venesiya elçisi Mark Antonio Tiepoloya ailəsindən alındığı vaxt 18 yaşında olduğunu söyləmişdir. Silahdar olduğu illərdə Bosniya əyalətinin vergilərini toplamaqla vəzifələndirilən Əhməd bəyin vastəsilə atasını, ortancıl qardaşını və əmisi oğlunu İstanbula gətirtmişdir. Atası müsəlman olub Cəmaləddin Sənan adını aldı. Ortancıl qardaşı Mustafa vəfat etmiş, ardından anasını və kiçik qardaşını da yanına gətirtmişdir. Ancaq bu qardaşı da uşaq yaşlarında vəfat etmişdir.
Sümüklü balıqlar (Osteichthyes)
Sümüklü balıqlar (infrasinif)
Sümüklü balıqlar (lat. Teleostei) — balıqların infrasinfi.
Geniş sütunlu yaddaş
Geniş sütunlu yaddaş (ing. wide-column store) — NoSQL verilənlər bazalarına aiddir və əsasən böyük miqdarda məlumatları yüksək performansla saxlamaq və işləmək üçün istifadə olunur. Bu verilənlər bazası sütun-əsaslı saxlanma modeli ilə işləyir, yəni məlumatlar cədvəl-əsaslı modellənsə də, hər bir sətir fərqli sayda və fərqli strukturlu sütunlara malik ola bilər. Bu, ona böyük çeviklik və şkalabilmə imkanı verir. == Geniş sütunlu yaddaşın xüsusiyyətləri == Sütun ailələri — məlumatlar bir sıra (ing. row) və sütun ailələri (ing. column families) şəklində saxlanılır. Sütun ailələri oxşar məlumatları bir yerə qruplaşdıraraq daha effektiv saxlanma və oxumağa imkan verir. Dinamizmlik — hər bir satır fərqli sütun dəstinə malik ola bilər və sütunlar əvvəlcədən müəyyən olunmamış ola bilər. Məlumatların qeyri-sabit strukturu onu çevik edir.
Sümüklü-i Süfla (Biləsuvar)
Sümüklü-i Süfla (fars. سمكلوي سفلي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (20 ailə).
Sümüklü-i Ülya (Biləsuvar)
Sümüklü-i Ülya (fars. سمكلوي عليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 132 nəfər yaşayır (24 ailə).