Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samur
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Hamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Namur
Xamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Şamud
Şamud - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 60 km məsafədə yerləşir. Kəndin adı Şamut formasında da qeyd edilir. Toponim ağac növü olan şam sözünə qədim türk dilində cəmlik bildirən -ud şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Samur (heyvan)
Samur Gunj
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur Novruzov
Samur Novruzov (tam adı: Samur Həsən oğlu Novruzov; 25 may 1938, Kirovabad – 24 sentyabr 2001, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I, II çağırış və Azərbaycan SSR Ali Sovetinin XI çağırış üzvü. Samur Novruzov 1938-ci il mayın 25-də Kirovabad şəhərində (Gəncə) anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Tarix elmləri namizədi idi. İngilis və rus dillərini bilirdi. Əvvəl Sovet İttifaqı Kommunist Partiyasının, 1995-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub. Samur Novruzov ailəli və üç övlad atası idi. Samur Novruzov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin üzvü seçilib. 1991–1993-cü illərdə Ali Sovetin, 1993–1995-ci illərdə isə Milli Məclisin üzvü olub. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 88 nömrəli Tovuz qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Samur Novruzov I çağırış Milli Məclisin deputatı seçildi.
Samur Qunc
Samur Gunj (d. 1380-ci illər – ö. 1455) — Elbəy Nigülesügçi xanın qızı və Kobeguntayın həyat yoldaşı. Həyatı boyunca Börçigin sülaləsinin qorunması üçün mübarizə aparmışdır. Atası oğlanlarından biri öldürdükdən və onun həyat yoldaşını özünə götürdükdən sonra, məsləhətçisi Daiyuunun təcavüz məsələsinə qarışmasından şübhələndiyi üçün onu öldürdü. O, Daiyuunun ailəsinin qisas ala biləcəyindən qorxduğu üçün qızı Samur Gunju Daiyuunun oğluna ərə verdi. Samur Gunjun əri Oyratlar üzərinə hakim edildi və taişi adlandırıldı. Taişi Oyratlarda hakim demək idi. Samurun sülaləsinin bir çox üzvləri öz hərbçiləri tərəfindən fəxri əsirlikdə saxlanılırdılar. Samur ilk öncə öz ərini, daha sonra isə öz oğlunu onları xilas etmək üçün yürüşlər etməyə inandıra bildi.
Samur dairəsi
Samur dairəsi (rus. Самурский округ) — Rusiya imperiyası (Kaspi vilayəti, Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1839–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Axtı kəndi idi. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən dairədə 29.046 nəfəri kişilər, 28.122 nəfəri qadınlar olmaqla toplam 57.168 nəfər əhali yaşayırdı. 1853–cü ilə olan məlumata əsasən isə dairənin bütün yaşayış yerlərində 29.848 nəfəri kişilər, 29.049 nəfəri qadınlar olmaqla toplam 58.897 nəfər əhali var idi. О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Samur deltası
Samur deltası — Azərbaycan və Rusiya sərhəddində yerləşən delta. Delta Samurçayın məsəbində formalaşmışdır. Delta unikal fiziki-coğrafi rayonu əmələ gətirir. Xəzər dənizinin sahil boyun ərazidə subtropik meşə əmələ gəlmişdir. Samur deltasının böyük hissəsi Rusiya Federasiyası, az bir qismi Azərbaycan ərazisində yerləşir. Xəzər sahili boyunca qumlu çimərliklər vardır. Deltanın sahəsi 800 km² təşkil edir ki, onunda 230 km² ərazisi dövlət tərəfindən qorunan ərazidir. 1935-ci ildən Gülgəriçayın mənsəbidə deltaya daxil olmuşdur. Samurçayın əmələ gətirdiyi delta daxili az qollu dimdikvari deltadır. Deltada Samurçayı iki qola ayrılır: Böyük Samur (uzunluğu 9,3 km) və Kiçik Samur (uzunluğu 11,5 km).
Samur döyüşü
Samur döyüşü — Səfəvi-Şirvan müharibəsi zamanı baş vermiş döyüşlərdən biri. Döyüş nəticəsində Səfəvilər Qafqazdakı nüfuz və əhatə dairələrini itirdilər. Səfəvilərin başçısı Şeyx Cüneyd özünün nüfuz və əhatə dairəsinin genişləndirmək məqsədilə Şirvana hücum etmək qərarına gəldi. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10.000 əsgər ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqın üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahan şahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Şeyx Cüneydin müridləri onun cəsədini Samurçayın sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.
Samur meşəsi
Samur meşəsi Rusiyanın subtropik lianalarını təşkil edir. Ümumi sahəsi 220 kv.km olan bu meşə Dağıstanın Məhərrəmkəndindən başlayaraq Azərbaycanın Xaçmaz rayonuna qədər geniş ərazini əhatə edir. O öz adının Samurçayın deltasından götürüb. Meşə özü Rusiya və Azərbaycanın şimal hissəsinə bölünür. Rusiya ərazisində o Dağıstan cənub-şərq hissəsini əhatə edir və Samur dövlət qoruğuna kimi davam edərək 11200 ha ərazini əhatə edir. Burada 7 kənd yaşayış məntəqəsi və 3 hərbi hissə var. Azərbaycanda isə Samur-Yalama Milli Parkı 11722,45 ha hissəsini əhatə edir. Burada ən azı 9-10 yaşayış məntəqəsi vardır. Meşənin bir hissəsi Xəzər dənizi suları ilə yuyulur. Bu meşələr Rusiyada yeganə liana tipli subtropik meşədir.
Samur çayı
Samurçay (lezgi. ЧӀвехер вацӀ) — Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də, Samurçay aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samurçayın uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km2-dir. Samurçay Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayırıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir. Samurçayın qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur.
Samur (Qusar)
Samur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində qəsəbə.
Samur (dəqiqləşdirmə)
Samur — dələlər fəsiləsinin samurlar yarımfəsiləsinə aid məməli cinsi. Samur (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində qəsəbə. Samurçay — Azərbaycanın şimal-şərqində ən iri çaydır.
Amur
Amur çayı — Rusiyada çay
Adi Şamir
Adi Şamir (ivr. ‏עדי שמיר‏‎; 6 iyul 1952, Tel-Əviv) — İsrailli kriptoqrafdır. O, RSA alqoritminin ixtiraçılarından biridir (digərləri Ron Rivest və Len Adleman. Bundan başqa, O, diferensial kripto-analizin yaradıcılarındandır, ümumiyyətlə, kriptoqrafiya və informatikanın bir çox sahəsinə onlarla töhfələr veribdir. == Həyatı == Adi Şamir (Adi Shamir) 6 iyul 1952-ci ildə Təl-Əvivdə anadan olmuşdur. == Təhsili == O bakalavr dərəcəsini riyaziyyat üzrə Tel-əviv universitetində 1973-cü ildə almışdır. O, magistratura və doktorantura dərəcələrini informatika üzrə Veiçman institutunda uyğun olaraq 1975 və 1977-ci ildə bitirmişdir. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış israilli alim, kriptoanalitik, Veysman institutunun informatika və tətbiqi riyaziyyat üzrə professoru Adi Şamir 2002-ci ildə Ronald Linn Rivest (Ronald Linn Rivest) və Leonard Adlemanla (Leonard Adleman) birgə açıq açarlı şifrləmə sisteminin praktiki faydalarının artırılmasına verdiyi əvəzsiz töhfəyə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Hamur (Ağrı)
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
II Şapur
II Şapur — Böyük Şapur 9-cu Sasani şahənşahı, İran və Aniran (qeyri-İran) hökmdarı. 309–379-cu illərdə hakimiyyətdə olmuşdur. Onun dövrü imperiyanın ən güclü dövrünə təsadüf edir. II Şapurun dövründə Ktesifon şəhəri salınmış və Kəsra sarayı tikilmişdir. == Hökmranlığı == Azər Narseh atası II Hörmüzdü öldürdükdən sonra onun da hakimiyyəti çox sürmədi. Bundan sonra hələ doğulmamış II Şapur şahənşah elan olundu. Hakimiyyətinin ilk illərində dövlət işləri ilə maraqlana bilməyən II Şapurun adından dövləti anası və digər əyanlar idarə edirdi. Yalnız 17 yaşında hakimiyyəti ələ almış və 70 il hökmranlıq etmişdir. II Şapur İran tarixində gördüyü böyük işlərə görə Böyük Şapur deyə anılır. === İslahatları === II Şapurdan əvvəl dövlətin paytaxtı Firuzabad şəhəri idi, II Şapur isə Ktesifon (Mədain) şəhərini saldıraraq paytaxtı ora köçürtmüşdür.
I Şapur
I Şapur (fars. شاپور اول‎; II əsr, Firuzabad, Fars ostanı – 272[…], Bişapur[d], Fars ostanı) — ikinci Sasani şahı. == İlk illəri == Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı. Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000lik Roma ordusunu məhv etdi. == Hakimiyyəti == 252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi. 260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi.
Yitzhak Şamir
Yitzhak Şamir (ivr. ‏יצחק שמיר‏‎; 22 oktyabr 1915 – 30 iyun 2012[…], Herzliya, Təl-Əviv dairəsi) — 1983-2004 və 1986-1992-ci illərdə iki müddət xidmət edən bir İsrail siyasətçisi və İsrailin yeddinci Baş naziri idi. İsrail dövləti qurulmazdan əvvəl Şamir sionist yaraqlı Lehi qrupunun lideri idi. İsrail dövləti qurulandan sonra 1955-1965-ci illər arasında Mossada Knesset üzvü olaraq xidmət etdi. Knessetin 6-cı spikeri və xarici işlər naziri vəzifələrini icra etdi. Şamir, David Ben-Gurion və Benyamin Netanyahudan sonra ölkənin üçüncü ən uzun müddət işləyən baş naziri idi.
Şapur Ənsari
Şapur Ənsari (d.1936, Marağa, İran) — ABŞ-də yaşayan azərbaycanlı məşhur cərrah. Şapur Ənsari əslən Cənubi Azərbaycandandır. 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-yə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb. Bununla yanaşı ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 51 ildir ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez İrana və Azərbaycana da gəlib-gedir. Vaşinqtonda 13 aprel tarixində ABŞ-nin Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu Vaşiqntonda “İran azərbaycanlıları: onların vəziyyəti, statusu və gələcəyi” mövzusunda müzakirələr təşkil edilmşdir. Müzakirələrdə Şapur Ənsari məruzələrlə çıxış etmişdir.
Şapur Bəxtiyar
Şapur Bəxtiyar (fars. شاپور بختیار‎) - Məhəmməd Rza Pəhləvi dövründə İranın sonuncu Baş Naziri vəzifəsində çalışmış iranlı siyasi xadim. 1991-ci ilin 6 avqust tarixində Fransanın paytaxtı Paris şəhərindəki O-dö-Sen departamentinin kommunası olan Sürendə bıçaqlanaraq qətlə yetirilmişdir. Parisin Monparnas səmtində yerləşən Monparnas qəbiristanlığında dəfn edilmişdir. O bütün ömrünü demokrat və şah mütləqiyyətinin əleyhdarı kimi yaşamışdır. Bununla belə, tarixə Pəhləvi rejiminin son Baş naziri kimi düşmüşdür. İranda dinin dövlətdən ayrı olduğu sekulyar dövlətin saxlanılması tərəfdarı olan Şapur Bəxtiyar bu fikirlərinə görə dövrünün bir çox siyasi xadimin tərəfindən tənqid edilmişdir. Şapur Bəxtiyar 1914-cü il 26 iyun tarixində İranın mərkəzində yerləşən Şəhrikürd şəhərində anadan olub. Soyadından bəlli olduğu kimi, ailəsi Bəxtiyari tayfasına məxsus idi. Onun ana tərəfdən babası 1912-ci və 1918-ci illərdə Qacar dövləti dövründə Baş nazir postunu tutmuşdu.
Ağboğaz samur
Sahur
Sahur (ərəb. سحور‎‎ / saḥūr) — oruc tutmadan öncə, səhər açılmamışdan yeyilən yemək. Məhəmməd peyğəmbər "Sahurda oyanın, sahurda bərəkət vardır" deyə buyurmuşdur. Sahur kəliməsi ərəb dilindədir. Sahurun azərbaycan dilindəki əsl adı obaşdanlıqdır.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Samir
Samir — Kişi adı. Samir Xasıyev — Azərbaycanın Milli Qəhrəmanı. Samir Şərifov — Azərbaycan Respublikasının Maliyyə naziri Samir Əliyev Samir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid. Samir Cavadzadə — azərbaycanlı müğənni. Samir Ələkbərov — Azərbaycanın məşhur futbolçusu. Samir Musayev — azərbaycanlı futbolçu. Samir Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Samir Abbasov — azərbaycanlı sabiq futbolçu, müdafiəçi. Samir Məmmədov Samir Məmmədov (boksçu) Samir Məmmədov (kiçik çavuş) Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Samux
Samux (əvvəlki adları: Səfərəliyev; Nəbiağalı) — Azərbaycanda şəhər, Samux rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Samux rayonunun Səfərəliyev qəsəbəsi Nəbiağalı qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 644-IIIQ saylı Qərarı ilə Samux rayonunun Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılmış, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilmiş, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilmiş, Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.
Saumur
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.
Saxur
Saxur kəndi — Dağıstanın Rutul rayonunda kənd. Tarixən Qafqazın mərkəzlərində biri olmuşdur. Məhşər səyyahlardan Övliya Çələbi də bu kənddə olmuş və haqqında yazmışdır. Saxur kəndi həmçinin Qafqazın İslam mərkəzlərindəni biri olmuşdur. Belə ki, Səlcuq imperiyasının sultanı Məlikşahın vəziri Nizamülmülkün fərmanı ilə 1075-ci ildə Saxurda mədrəsə inşa edilmişdir. Bu mədrəsədə ilahiyyatla yanaşı təbiət elmləri də tədris edilmişdir. Mədrəsədə İmam Qəzalinin kitabları da tərcümə edilmişdir. Bura Dağıstanın hər yerindən təhsil almaq üçün tələbələr gəlirdi. Mədrəsə şagirdləri şərqin elm ocaqları olan Bağdad və Şama göndərilirdi. 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasib Saxur bəyi Adı-Görklü bəyə fərman göndərək onu İlisu sultanı elan etdi.
Somür
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.