Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Şarl
Şarl (fr. Charles Fransızca tələffüz: [ʃaʁl]) — fransız kişi adı.
Şarol (rayon)
Şarol (fr. Charolles) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sona və Luara. Suprefektura — Şarol. Rayon əhalisi 2006-cı ildə 100 904 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 40 nəf / km². Rayon sahəsi — 2500 km².
Şarın kanyonu
Şarın kanyonu (qaz. Шарын шатқалы) və ya Çarın kanyonu (qaz. Чарынский каньон) — Qazaxıstanın Almatı şəhərindən 200 km cənubda, ölkənin Çin ilə sərhədinin yanında yerləşən, eyni adlı çayın boyunca ucalan 90 km uzun olan kanyon. Onun ərazisi Almatı vilayəti ilə Yenbekşiqazax, Rayımbek və Uyğur rayonlarının ərazisində yerləşir.
Hava şarı
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. == Tarixi == Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.
Jak Şarl
Jak Şarl (fr. Jacques Charles; 12 noyabr 1746[…], Bojansi[d] – 7 aprel 1823, Paris, Fransa) — Fransız alim, ixtiraçı və riyaziyyatçı. Jak Şarl 1746-cı ildə Beogensi şəhərində anadan olmuşdur. O, hava şarı ilə ilk uçuşunu 1783-cü ilin 27 avqust tarixində etmişdir. Jak Şarl 1783-cü ilin 1 dekabr tarixində, Alin Roberts ilə birlikdə La Charlière adlı hava şarı ilə 550 metr hündürlüyə yüksəlmişdir.
Şarl Aznavur
Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[…], VI arondisman (Paris) – 1 oktyabr 2018[…], Muryes[…]) — erməni əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır. Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb.
Şarl Bodler
Şarl Pyer Bodler ( fr. Charles Pierre Baudelaire; 9 aprel 1821[…], Paris – 31 avqust 1867[…], Paris) — fransız şair və tənqidçi, Fransa və dünya ədəbiyyatının klassiki, yazıçısı və tərcüməçisi; bütün sonrakı Avropa şeirlərinin inkişafına təsir göstərən simvolizm estetikasının təsisçisi. 1857-ci ildə özü tərəfindən nəşr olunan "Pislik çiçəkləri" şeirlər kolleksiyası onun işində ən məşhur və əhəmiyyətli mövqeyə çevrildi. Şarl Pyer Bodler 9 aprel 1821-ci ildə Paris şəhərində anadan olmuşdur. Atası Fransua Bodler, Napoleon dövründə senator olmuşdur, kölələr, Böyük İnqilabın bir iştirakçısı idi. Oğlunun anadan olduğu ildə 62 yaşına çatdı və həyat yoldaşı yalnız 27 yaşında idi. Fransua Bodler bir sənətkardır və oğlunun erkən yaşdan bəri rəssamlıq sevgisinə aşılayırdı - muzeylər və qalereyalar aparıb, rəssamlarla tanış edib, onu atelyeye aparırdı. 11 yaşında olduqda Şarl , ailəsi ilə Lion şəhərinə köçdü və daha sonra Lion kral Kollecinə köçürülmüş bir internat evinə göndərildi. Uşaq şiddətli melankoliya əlamətlərinə məruz qalıb və təəccüblü, tənbəllik və tam yayınma ilə müəllimlərin tədqiqinə məruz qalmışdı. Ancaq Bodler ədəbiyyata və şeirə cazibəsi artıq burada özünü bildirirdi.
Şarl Defremeri
Şarl Fransua Defremeri (fr. Charles François Defrémery; 8 dekabr 1822, Kambre – 18 avqust 1883)— Fransız şərqşünası. Şarl Defremeri 8 dekabr 1822-ci ildə Cambraidə doğulmuşdu. 1840-cı ildə Parisə gedərək Reinaud, Caussin de Perceval ve Quatremère kimi ünlü şərqşünaslardan Ərəbcə və Farsca dərslər aldı. Caussin de Percevalden sonra Collège de Franceda müəllim olaraq çalışdı (1868). Bir müddət sonra rahatsızlığı üzünden bu vəzifədən ayrılıb İran tarixi və ədəbiyatıyla məşğul olmağa başladı. Şarl Defremeri 18 avqust 1883-cü ildə Saint-Valery-en Cauxda vəfat etdi.
Şarl Despio
Şarl Despio — fransız heykəltaraş, qrafik. Despionun ilk müəllimi (liseydə) heykəltaraş M.Moran olmuşdur. Parisdə Dekorativ Sənət Məktəbində E.Lemerdən (1892–95) və Zərif Sənətlər Məktəbində E. Barridən (1894–1901) dərs almışdır. 1890-cı illərin sonu-1900-cü illərin əvvəllərində bir sıra kiçik büst-heykəllər yaratmışdır (“Çıxışdanqabaq”, 1901; “Düşüncə”, 1904 və s.). O.Rodenin köməkçisi olmuş Despio onun əsərini (Varvara Yeliseyevanın portreti, 1906–09, Ermitaj, Sankt-Peterburq) mərmərə köçürmüşdür. Despionun yaratdığı portertlərdə Rodenin təsiri hiss olunur (L.Levrin portreti, 1918, Zərif Sənətlər Muzeyi, Əlcəzair ş. və s.). “Madam Eli For” (1927), “Odetta” (1934; hər ikisi Müasir İncəsənət Milli Muzeyindədir, Paris) və s. kimi qadın portretlərinin müəllifidir. Despio insan fiquru üzərində də işləmiş, burada da gözəl və mükəmməl formalara nail olmuşdur (“Apollon”, 1937–46, Müasir İncəsənət Milli Muzeyi, Paris).
Şarl Dümulen
Şarl Dümulen (fr. Charles Dumoulin; lat. Carolus Molinaeus; 1500, Paris – 28 dekabr 1566, Paris, Fransa) — fransız hüquqşünas.
Şarl Dədəyan
Şarl Dədəyan (fr. Charles Dédéyan; 4 aprel 1910[…], İzmir, Aydın vilayəti – 21 iyun 2003[…], Paris) — erməni əsilli Fransa filoloqu və ədəbiyyatşünası, fransız ədəbiyyatı üzrə mütəxəssis. Şarl Dədəyan Sarbonnada dissertasiyanı müdafiə etmişdir. O, 1942-ci ildən Renn Universitetində müəllim, 1945–1949-cu illərdə isə Lion Universitetinin professoru olmuşdur. Dədəyan 1949-cu ildən Sarbonnada müqayisəli ədəbiyyat kafedrası işləmişdir. Şarl Dedeyan Fransa Akademiyasının bir neçə mükafatına layiq görülmüşdür. O, həm də "Fəxri legion" ordeninin laureatı olmuşdur. Dədəyan tarixçi Jerar Dədəyanın atasıdır. (direction d'ouvrage) Jean Mairet, La Sophonisbe, Paris 1945, 1969 (direction d'ouvrage) Montaigne, Journal de voyage en Italie par la Suisse et l'Allemagne en 1580 et 1581, Paris 1946 Le Thème de Faust dans la littérature européenne, 6 Bde., Paris 1954–1967 Madame de Lafayette, Paris 1955, 1965 Stendhal et les "Chroniques italiennes", Paris 1956 Gérard de Nerval et l'Allemagne, 3 tomes, Paris 1957–1959 Dante en Angleterre, 2 tomes, Paris 1961–1966 Rilke et la France, 2 tomes, Paris 1961–1963 Stendhal chroniqueur, Paris 1962 L'Italie dans l'œuvre romanesque de Stendhal, 2 tomes, Paris 1963 Victor Hugo et l'Allemagne, 2 tomes, Paris 1964–1965 Le cosmopolitisme littéraire de Charles du Bos, 6 tomes, Paris 1965–1971 Racine et sa "Phèdre", Paris 1965, 1978 Lesage et "Gil Blas", Paris 1965, 2002 Jean-Jacques Rousseau et la sensibilité littéraire à la fin du XVIIIe siècle, Paris 1966 Le nouveau mal du siècle de Baudelaire à nos jours, 2 tomes, Paris 1968–1972 Une guerre dans le mal des hommes, Paris 1971 Chateaubriand et Rousseau, Paris 1973 Le cosmopolitisme européen sous la Révolution et l'Empire, 2 tomes, Paris 1976 Lamartine et la Toscane, Genève 1981 Le Drame romantique en Europe. France, Angleterre, Allemagne, Italie, Espagne, Russie, Paris 1982 Dante dans le romantisme anglais, Paris 1983 Le Roman comique de Scarron, Paris 1983 Le Critique en voyage ou Esquisse d'une histoire littéraire comparée, Paris 1985, 1998 (italien : Il critico in viaggio.
Şarl Ermit
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Şarl Filije
Şarl Filije (fr. Charles Filiger; 28 noyabr 1863, Tann, Elzas — 11 yanvar 1928, Pluqastel, Bretan) — fransız rəssam. Şarl Filije zəngin bir ailədə anadan olmuşdur, atası kağız fabriki sahibi idi. 1886-cı ildə Ş. Filije Parisdə Kolarossi İncəsənət Akademiyasında təhsil alır. 1889-cu ildə və 1890-cı ildə Müstəqil Salonunda rəsm əsərlərini sərgiləmişdir. Rəssam Pont-Aven məktəbinə daxil idi, Pol Qogen və Pol Serüzye kimi sənətkarların yaradıcılığından təsirlənmişdi. Ş. Filije öz rəsm əsərlərində daha çox dini mövzuları üstünlük verirdi (məsələn, «Məsih mələklər ilə (1892)») və Moris Deninin əsərlərinə yaxın idi. Coll, Charles Filiger ( 1863-1928) Petite Encyclopédie des Peintres de Bretagne. éd. Le Télégramme, 2001.
Şarl Furye
Fransua Mari Şarl Furye (fr. François Marie Charles Fourier; 7 aprel 1772[…], Bezanson – 10 oktyabr 1837[…], Paris) — Fransız filosofu, sosioloq, ütopik sosializmin nümayəndələrindən biri, Furyeizm sisteminin qurucusu; "feminizm" termininin müəllifidir. İdeyalarına Furyeizm, ardıcıllarına Furyerist deyildi. Şarl bezansonlu varlı bir tacirin yeganə oğludur. Zəif və xəstə, erkən uşaqlıqdan xəyal qurmağa meyli ilə seçilir və hər şeyi musiqi və kitab oxumaqdan üstün tuturdu. Yalnızlıq onda güclü bir xəyal inkişaf etdirdi və bütün sistemində sərt bir iz buraxdı. Fourierin uşaqlığı haqqında bilinən hər şey onu çox doğru və mehriban kimi boyayır. 12–13 yaşına qədər məktəbdə oxudu, ancaq bununla yanaşı məntiq, coğrafiya, fizika, riyaziyyat və digər mövzularda sistemsiz də olsa müstəqil dərslər var idi. Atasının ölümündən sonra məyus olan ticarət, məktəbi tərk etdikdən sonra dolanışıq üçün vəsait toplamağa başladı və tribunanın arxasında dayandı, baxmayaraq ki, məktəb təhsillərini davam etdirmək üçün uğursuz cəhdlər edildi. Sistemli bir təhsil almadı, özü öyrədildi, elmi işlərə qərəzli yanaşdı.
Şarl Hermit
Şarl Ermit (24 dekabr 1822[…] – 14 yanvar 1901[…], Paris, Fransa) — Fransız riyaziyyatçı, ədədlər nəzəriyyəsi, kvadratik formaların invariant nəzəriyyəsi, ortoqonal polinomlar, elliptik funksiyalar və cəbr üzrə tədqiqat aparıb. 1873-cü ildə ilk dəfə e ədədinin transendent olduğunu isbat etmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir.
Şarl Kulon
Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736 − 23 avqust 1806) – fransız hərbi mühəndisi, fizika alimi. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır. Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleci) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIII əsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-mühəndis məktəbinə daxil olur. Həmin məktəbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir.
Şarl Laval
Şarl Laval (fr. Charles Laval, 17 mart 1862, IX arondisman (Paris), İkinci Fransa İmperiyası – 27 aprel 1894, XIV arondisman (Paris), Üçüncü Fransa Respublikası) — sintetizm incəsənət cərəyanın (postimpressionizm) və "Pont-Aven Məktəbi" ilə bağlı fransız rəssamı. Şarl Laval Parisdə anadan olub, anası — polyak, atası — fransız, peşə memarıdır idi. Leon Bonna və Fernan Kormonun şagirdi kimi Laval Paris salonuna bukolik mənzərə əsərləri "Barbizonda kənd həyəti" (Cour de ferme à Barbizon) göndərdi. 1883-cü ildə salona qatıldı. Onun dost sənətşünasları arasında Tuluz-Lotrek, Emil Bernar və Lui Anketen kimi məşhur rəssamlar var idi. Pol Qogen və Laval 1886-cı ildə Pont-Aven şəhərində yerləşən madam Qloanekin hostelində bir araya gəldi və daha sonra yoldaş oldular. 1887-ci ildə Qogen və Laval "digər" sənətə açar tapmaq üçün ekzotik axtarışları Panamaya yola düşdülər. Əlavə pul qazanmaq üçün Laval Leon Bonna studiyasında əldə etdiyi təcrübəsini istifadə edərək bir neçə akademik portret yazmışdır. Bir sıra uğursuzluqlar Laval və Qogenə materikdən ayrılaraq Martinikaya getməyə məcbur etdi.
Şarl Laveran
Şarl Laveran (tam adı: Şarl Lui Alfons Laveran, fr. Charles Louis Alphonse Laveran; 18 iyun 1845[…], Paris – 18 may 1922[…], Paris) — Fransa alimi, həkimi, protistoloqu, epidemioloqu və Fransa ekzotik patologiya cəmiyyətinin banisi. Görkəmli fransız alimi, həkim, protistoloq, epidemioloq və fransız ekzotik patologiya cəmiyyətinin banisi Şarl Lui Alfons Laveran Parisdə hərbçi və həkim ailəsində anadan olmuşdur. Onun atası hərbi həkim müfəttişi vəzifəsində işləmişdir. Atasının yolunu davam etdirən Laveran Strasburqda İmperator hərbi-tibb məktəbinə daxil olmuş, 1867-ci ildə həkim diplomu almışdır. Gənc Laveran Fransa-Prussiya müharibəsində hərbi həkim kimi xidmət etmişdir. O, 1875-ci ildə yazdığı bir elmi əsərində malyariya xəstəliyini araşdırmışdır. Bu xəstəlik həmin illər Fransada geniş yayılmasa da, Əlcəzairdə qulluq edən fransız əsgərləri üçün təhlükə mənbəyi idi. Buna görə onu malyariya xəstəliyinin yaranmasının səbəblərini araşdırmaq üçün Əlcəzairə göndərmişdilər. Beləliklə, Laveran apardığı tədqiqatlar nəticəsində bu gün tibb elmində plazmodilər (birhüceyrəli heyvanlar — qan parazitləri) kimi tanınan malyariya mikrobunun kəşfinə nail olmuşdur.
Şarl Lekler
Şarl Lekler (16 oktyabr 1997, Monte Karlo) — Monakolu peşəkar Formula 1 pilotu. Ferrari komandasında çıxış edir. Lekler 2016-cı ildə GP3 Series çempionatında və 2017-ci ildə FIA Formula 2 çempionatında qalib gəldi. Lekler, 2018-ci ildə Ferrari Sürücü Akademiyasının üzvü olduğu zaman, Ferrari ilə əlaqəli bir komanda olan Sauber üçün debüt etdi. Sauberin bir il əvvəl sona çatması ilə, Lekler, iki Sauber sürücüsünün ən yüksək sırasına sahib olmaqla, mühəndislər çempionatında son vəziyyətini səkkizinciyə yüksəltmək tapşırığını verdi. Lekler, Sebastian Vettel ilə birlikdə sürdüyü Ferrari ilə 2019 mövsümü üçün müqavilə bağladı. Lekler, Bəhreyndə ilk Ferrari mövsümündə Formula 1-də ikinci ən gənc sürücü oldu. 2019 mövsümü də Lekler Belçikada ilk karyerasını qazandı, ardından bir həftə sonra Ferrari sürücüsü olaraq ilk dəfə İtaliya Qran Prisini qazandı. O, 2019 F1 mövsümündə "Pole Trophy" qazandı və bunu qazanan ən gənc sürücü oldu. Lekler karyerasına 2005-ci ildə kartinq yarışları ilə başlamışdır.
Şarl qanunu
Şarl qanunu - Jak Şarl tərəfindən tapılmış qaz qanunu. Bu qanun 1787-ci ildə fransız fiziki J.Şarl tərəfindən təcrübədən tapılmışdır. Qanun izoxor prosesə aiddir. Şarl qanununa görə sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin onun mütləq temperaturuna olan nisbəti sabitdir. Və yaxud da, qazın başlanğıc təzyiqinin ilk temperaturuna olan nisbəti bu parametrlərin ixtiyari andaki təzyiq-temperatur nisbətinə bərabərdir. P 1 T 1 = P 2 T 2 o r P 1 T 2 = P 2 T 1 . {\displaystyle {\frac {P_{1}}{T_{1}}}={\frac {P_{2}}{T_{2}}}\qquad \mathrm {or} \qquad {P_{1}}{T_{2}}={P_{2}}{T_{1}}.} Şarl qanunu Gay-Lussac's Law of Combining Gas Volumes Amonton's Law Avoqadro qanunu Castka, Joseph F.; Metcalfe, H. Clark; Davis, Raymond E.; Williams, John E. Modern Chemistry. Holt, Rinehart and Winston. 2002. ISBN 0-03-056537-5.
Şarl Şipye
Şarl Şipye (fr. Charles Chipiez; 11 yanvar 1835[…] və ya 12 yanvar 1835, Ekülli[d][…] – 9 noyabr 1901, VI arondisman (Paris)) nüfuzlu bir Fransız memarı, Misirşünas, İranşünas və qədim dünya memarlığının həvəskar bir tarixçisidir. Fransanın Paris şəhərindəki École Spéciale d'Architectureda müəllim idi və 1887-ci ildə “École Nationale Professionnelle d'Armentières” və ya Armentièresin Milli Professional binasının inşasına kömək etmişdir. Chipiez, memar, hellenist və memarlıq tarixçi Georges Perrotun köməyi ilə Misir, Yunanıstan, Fars, Lidiya, Likiya və Aşşur kimi yerlərdə qədim dünyanın memarlıq nailiyyətlərinin ən təfərrüatlı təsvirlərindən bəzilərini yazmışdır. Chipiez eyni zamanda bir zamanlar ucaldılan qədim abidələrin ən detallı virtual memarlıq rəsmlərindən bəzilərini yaradaraq onları canlandırmışdır. Perrot ilə yazdığı görkəmli əsərlərdən bəzilərinə ibtidai Yunanıstandakı sənət tarixi: 1894-cü ildə Mikena sənəti, 1885-ci ildə Finikiya və onun koloniyalarında sənət tarixi, 1892-ci ildə Persiyada sənət tarixi, 1883-cü ildə Qədim Misirdə sənət tarixi, 1884-cü ildə Xaldeya və Aşşurda sənət tarixi, 1892-ci ildə Frigiya, Lidiya, Kariya və Likiyada sənət tarixi və Sardiniyada sənət tarixi, 1890-cı ildə Juda, Suriya və Kiçik Asiyada sənət tarixi əsərləri daxildir. Chipiezin rəsmləri sənətkarlıq qabiliyyətlərinin yanında texniki zəkasını da əks etdirir.
Şarl Mişel
Şarl Mişel (fr. Charles Michel; 21 dekabr 1975[…], Namür) — 2019-cu ildən Avropa Şurasının prezidenti vəzifəsini icra edən belçikalı siyasətçi. O, 2014–2019-cu illərdə Belçikanın baş naziri olub. 2007-ci ildə inkişaf əməkdaşlığı naziri və 2011-ci ilin fevralında Frankofoniya liberal İslahatçılar Hərəkatının (İH) lideri seçilənə qədər bu vəzifədə qaldı. O, İH-ni Nümayəndələr Palatasında üçüncü ən böyük partiya olduqları 2014 federal seçkilərinə apardı. Koalisiya danışıqlarından sonra Mişel MR- N-VA – OVLD – CD&V hökumətinin baş naziri vəzifəsinə təsdiq edildi. O, 11 oktyabr 2014-cü ildə and içərək, 1841-ci ildə Jan-Baptist Notombdan sonra Belçikanın ən gənc baş naziri oldu. 2018-ci ilin dekabr ayında N-VA-nın kabinetdən çıxması ilə Miqrasiya üzrə Qlobal Sazişin idarə edilməsi ilə bağlı daxili fikir ayrılıqlarından sonra hökumət dağıldı. Mişel daha sonra istefa ərizəsi verdi və vəzifəsində müvəqqəti olaraq qaldı. Qısa müddət sonra 2019-cu il federal seçkilərində İH bir sıra yerləri itirdi, baxmayaraq ki, Mişel koalisiya danışıqları zamanı müvəqqəti baş nazir vəzifəsində qaldı.
Şarl Longe
Şarl Feliks Sezar Longe (14 fevral 1839, Kann[d] – 5 avqust 1903, Paris) — jurnalist, Fransa işçi sinfi hərəkatının, o cümlədən 1871-ci il Paris kommunasının görkəmli nümayəndəsi, Birinci İnternasionalın Baş Şurasının prudonist üzvü (1866–1867, 1871–1872). Şarl Longe 14 fevral 1839-cu ildə Fransanın Kann şəhərində dünyaya gəlmişdir. O, siyasi fəaliyyətə başladıqdan sonra Birinci İnternasionalın Belçika üzrə müxbir katibi (1866), eləcə də Lozanna (1867), Brüssel (1868) və London konfranslarında (1871) nümayəndə kimi çalışmışdır. O, həmçinin "Journal Officiel" nəşrinin redaktoru olub. Longe 1871-ci ildə Paris Kommunasında iştirak etmiş və cari hökumət məğlub olduqdan sonra qaçqın kimi İngiltərəyə köçmüş, burada isə Karl Marksla tanış olmuşdu. Longe 2 oktyabr 1872-ci ildə Londonda Marksın böyük qızı Cenni ilə evləndi. Cütlüyün bu nikahdan altı övladı dünyaya gəldi; onlardan ilk beşi oğlan, sonuncusu isə qız idi. Şarlın iki oğlu körpə ikən dünyasını dəyişmişdi. Şarlın jurnalist oğlu Jan və həkim oğlu Edqar sonralar Fransada tanınmış sosialist fəallara çevrildilər. 1880-ci ilin iyulunda Fransa hökuməti tərəfindən verilən siyasi amnistiyadan sonra Longe Fransaya qayıtdı.
Şarl Qarnye
Şarl Qarnye (fr. Charles Garnier; 6 noyabr 1825[…], Paris – 3 avqust 1898[…], Paris) — fransız memar. Parisdəki Qarnye Sarayının memarı olmuş.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Saral
Gürcüstan kəndləri Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Aşağı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sarallar — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Bolnisi bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran kəndləri Yuxarı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Aşağı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Ermənistan kəndləri Saral (Hamamlı) — Ermənistan Respublikasının Loru mərzinin Saral bələdiyyəsində kənd. Digər Saral — Qəbələ rayonu ərazisində dağ silsiləsi. Saralçay — Qəbələ rayonu ərazisində çay.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Cəfərov (entomoloq) — entomoloq. Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Sarin
Sarin (fr. Sarine, it. Sarina, alm. Saane) — İsveçrədə çay. Uzunluğu 128 km (80 mil) və 1,892 km² (731 kv mi) olan drenaj sahəsinə malikdir. Sarin, İsveçrədə Fribourq kantonunu uzununa istiqamətdə kəsən çaydır. Onun mənbəyi Vale kantonunda yerləşir. Aare çayının bir qoludur və buna görə də Reyn çayının drenaj hövzəsinin bir hissəsidir. Çayın uzunluğu 126 km, hövzəsi 1900 km²-dir. Çay Vale kantonunda 2284 m hündürlükdə Diablerets dağ silsiləsindən başlayır.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Karil Çörçill
Karil Çörçill (3 sentyabr 1938[…], London) — naturalist olmayan ədəbi texnikaları, feminist, güc pozulması və cinsi siyasət mövzuları ilə tanınan ingilis dramaturqu. İngilis dilində yazan və tanınan qadın yazıçısı kimi qəbul edilir. İlk əsərləri Brextin epik teatrının modernist fikirlərinə, gender məsələlərinə böyük əhəmiyyət verir. == Əsərləri == Top Girls (1982) == Fələstin == Çörçill Fələstin Həmrəylik kampaniyasının patronudur.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Sahil (ad)
Sahil — şəxs adı və təxəllüs. Sahil Qasımov — Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Məmmədov Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sahil (dəqiqləşdirmə)
Sahil — quru ilə kəsişmə xətti. Sahil qəsəbəsi — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Sahil (qəsəbə)
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Sahil Alahverdovi
Sahil Alahverdovi (gürc. სახილ ალახვერდოვი) və ya Sahil Allahverdiyev (9 yanvar 1999, Soğanlıq) — Azərbaycan əsilli Gürcüstan boksçusu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı. 5-ci sinifdə oxuyarkən boksla məşğul olmağa başlayıb. Boksçu kimi yetişməsində məşqçisi Füzuli Ələkbərovun böyük rolu olub. 2013-cü ildə tələbələr arasında, 2014 və 2015 illərdə isə gənclər arasında Gürcüstan çempionu olub. 2015-ci ildə Lvov şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında 46 kq çəki dərəcəsində qalib olub. 2016-cı ildə Anapa şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında gümüş, 2017-ci ildə Antalya şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında isə qızıl medal qazanıb. 2019-cu ildə Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb. 2021-ci ildə Belqradda keçirilmiş dünya çempionatının yarımfinalında Tayland təmsilçisi Vuttiçay Yuraçaya məğlub olaraq, bürünc medalla kifayətlənib.
Sahil Atakişiyev