SARIQ

сущ.
1. повязка (бинт или иной материал, которым завязано больное место). Gips sarığı гипсовая повязка, sarıq qoymaq nəyə наложить повязку (на рану и т.п. ), sarığı açmaq (götürmək) снимать повязку
2. чалма (длинный кусок материи, обёрнутый несколько раз вокруг головы, служащий мужским головным убором); ayaq sarığı портянка
SARIKÖYNƏK
SARIQANAD
OBASTAN VİKİ
Sarıq-ool Stepan
Sarıq-ool Stepan (tıva Сарыг-оол, Степан Агбаан оглу 17 noyabr 1908, Tıva – 27 may 1983, Kızıl, Tuva MSSR) — şair, nəsr yazıçısı, tərcüməçi, Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq yazıçısı, Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar ədəbiyyat və incəsənət xadimi, Tıva ədəbiyyatının banisi və klassiki. == Bioqrafiyası == Sarıq-ool Stepan 17 noyabr 1908-ci ildə Kadıqbay Ovura Tannu-Tuva adlı yerdə anadan olmuşdur. Qızılda partiya işçilərinin kurslarını (1930), Moskvadakı Şərq İşçilərinin Kommunist Universitetini (1934), M. Qorki adına Ədəbiyyat İnstitutundakı Ali Ədəbiyyat Kurslarını (1957) bitirib. «Аревэ шыны» qəzetinin redaktoru, Tıva Xalq Respublikası Peşəkarları Birliyi Mərkəzi Komitəsinin sədri, teatr studiyasının direktoru (1940-1942), Tuva Xalq Respublikası Yazıçılar Birliyinin ədəbi məsləhətçisi (1942-1944), Tıva Elm, Ədəbiyyat və Tarix İnstitutunun elmi işçisi (1945-1953), Tıva Kitab Nəşriyyat Evində redaktor (1953-1955), Uluq-Xem almanacının icraçı redaktoru olmuşdur. == Bioqrafiyası == Xalq mahnısına çevrilən "Erge-şolee biste turda" adlı ilk şeiri 1934-cü ildə işıq üzü görür. Kitablarında davamlı olaraq maraqlanan fəlsəfi və poetik düşüncə enerjisini, bəşəriyyətin taleyini əks etdirən enerjini hiss edə bilərsiniz. "Belek" hekayəsi Tıva ədəbiyyatında ilk böyük əsərdir. Hekayə janrının inkişafı bununla başlamışdır. Sarıq-ool Stepan ilk Tıva filmi olan "Mavi çayların insanlarının" ssenarisini yazmışdır. Şeiri əsasında ilk Tıva operası "Çeçen və Belekmaa" (musiqisi R. Kendenbil) yazılmışdır.
Aşağı Sarıqışlaq (Marağa)
Aşağı Sarıqışlaq (fars. ساري قشلاق سفلي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Keçəldağ (Sarıqaya)
Keçəldağ — Azərbaycanda, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sarıqaya yaşayış massivi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 109 metrdir. Təpə Abşeron yarımadasının şimal hissəsində yerləşən ən hündür zirvələrdən biridir.
Qırmızı sarıqlılar üsyanı
Qırmızısarıqlılar üsyanı 1351-68, Çində monqol Yuan sülaləsinin devrilməsinə və Min sülaləsinın yaranmasına gətirdi; (başlarında fərqləndirici qırmızı sarıqlardan dolayı) ümumi Qırmızı sarıqlılar üsyanı adı altında bir neçə ayrı (Şimali və Mərkəzi Çində) üsyandan ibarətdir. == Üsyanın məqsədləri və gedişi == Şimali Çində kəndli üsyanı 1351-ci ildə (gizli Ağ lotus cəmiyətinin başçısı) Xan Şan-tun və Lü Fu-tunun başçılıqı ilə başlamışdır. Lakin üsyanın əvvəlində, 1351-ci ildə Xan Şan-tun öldürüldü, və çinli Sun sülaləsinin bərpası şüarı ilə monqollara qarşı üsyanın başçısı kimi Lü Fu-tun qaldı. Monqollara qarşı olmasından başqa, üsyan dini formada təzahür edən antifeodal səciyə daşıyırdı. Belə ki, üsyançılar zorakılığı və ədalətsizliyi məhv etmək və ümumi səadət və ədalət ölkəsini yaratmaq üçün dünyaya budda Matreyanın gəlişini elan etdilər. 1353-54-cü illərdə hökumət qoşunları üsyançıları məğlubiyətə uğratdılar, lakin sonuncuların müvəqqəti geri çəkilməsindən sonra 1355-ci ildə üsyan yeni qüvvə ilə baş qaldırdı. 1355-ci ildə üsyançılar Xan Şan-tunun oğlu Xan Lin-eri imperator olmaqla Sun imperiyasının bərpasını elan etdilər. 1358-ci ildə üsyançılar monqol imperatorlarının paytaxtı olan Dadunu(Pekin) mühasirəyə aldılar, 1359-cu ildə Bənləni(Kayfın) aldılar, Şandunu ələ keçirərək şimal-şərqdə Koreya çatdılar. Yuan hakimlərinin köməyinə, monqollar tərəfindən ali vəzifələrə buraxılan, Çinin şimal ərazilərinin feodalları gəldi. 1357-ci ildə çinli feodalların yardımı ilə yenidən təşkil olunan hökumət qoşunları Çinin şimalında üsyançılara qarşı geniş cəza əməliyyatlarına başladılar.
Qışlaq-i Sarıquyumikayıl (Pərsabad)
Qışlaq-i Sarıquyumikayıl (fars. قشلاق ساري قوئي ميكائيل‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (5 ailə).
Qışlaq-i Sarıquyuşahmar (Pərsabad)
Qışlaq-i Sarıquyuşahmar (fars. قشلاق ساري قوئي شاه مار‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 204 nəfər yaşayır (35 ailə).
Qışlaq-i Sarıquyuəhmədxan (Pərsabad)
Qışlaq-i Sarıquyuəhmədxan (fars. قشلاق ساري قوئي احمدخان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (15 ailə).
Sarıqamış
Azərbaycanda Sarıqamış (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Sarıqamış (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Türkiyədə Sarıqamış (Qars) — Türkiyənın Qars vilayətində ilçə.
Sarıqamış (Bukan)
Sarıqamış (fars. ساري قميش‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 943 nəfər yaşayır (184 ailə).
Sarıqamış (Neftçala)
Sarıqamış — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik,maldarlıq və balıqçılıqdır. == İnfrastrukturlar == Kənd əhalisinə xidmət üçün 35 saylı kitabxana fəaliyyət göstərir. Hal-hazırda infrastruktur təmir məqsədilə fəaliyyətini dayandırmışdır.
Sarıqamış (Qars)
Sarıqamış — Qars ilinin ilçəsi. == Tarixi == Sarıqamış Türkiyənin şimal qərbində Qars vilayətinə aid qəsəbədir. Kiçik qəsəbədir, amma adı Türkiyə və I Dünya Müharibəsi tarixinə düşmüş bir məkandır. Osmanlı İnperiyası ilə Çar Rusiyası arasında 1878-79-cu illərdə baş vervmiş Balkan müharibəsində bu ərazilər Çar ordusu tərəfindən işğal edilmişdir. O vaxtdan 1920-ci ilə qədər bu ərazilər Çar Rusiyası tərəfindən idarə edilib.Rəsmi məlumatlara görə bu dağlarda hücum zamanı 60 min Osmanlı əsgəri donaraq ölmüşdü. Müharibə şəraitində güllə atmadan bu qədər insanın ölümü “Sarıqamış faciəsi” adlandırılır.
Sarıqamış (Samux)
Sarıqamış — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Sarıqamış kəndi Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıqamış kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin bir qismi Mingəçevir SES-nin tikintisi ilə əlaqədar keçmiş Samux rayonunun Köbər kəndindən köçüb gələnlərdən ibarət olduğu üçün kənd bəzən qeyri-rəsmi olaraq Köbərlilər də adla­nır. Kənd sarı qamış bitən ərazidə salındı­ğından belə adlandırılmışdır. Ukraynanın Zaparojye şəhərinin adı da 1770-ci ilə qədər Sarıqamış olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Qoşqarçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 634 nəfərdir.
Sarıqamış (Çaroymaq)
Sarıqamış (fars. ساري قمش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (8 ailə).
Sarıqaya (Meşkinşəhr)
Sarıqaya (fars. ساري قيه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (16 ailə). 2016-cı ilin siyahıyaalınmasına əsasən isə kənddə əhalisi 34 nəfər olan 11 ailə qalıb.
Sarıqaya (Məlikan)
Sarıqaya (fars. ساري قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 183 nəfər yaşayır (40 ailə).
Sarıqaya (Samux)
Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır. == Toponimikası == Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır; == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır. == Əhalisi == Əhalisinin sayı 1100 nəfərdir. Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.
Sarıqaya (Sərab)
Sarıqaya (fars. ساري قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Sarıqaya (Zərdab)
Sarıqaya — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Sarıqaya (dağ)
Sarıqaya — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Tiviçay ilə Gilançayın suayrıcında zirvədir. Tivi kəndindən 500 m şimaldadır. Hündürlüyü 1723,6 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd şaxəsinin qurtaracağının cənub yamacında zirvə. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinal qırışığının maili cənub-şərq sentriklinal hissəsində yerləşir.
Sarıqaya dağı
Sarıqaya — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Tiviçay ilə Gilançayın suayrıcında zirvədir. Tivi kəndindən 500 m şimaldadır. Hündürlüyü 1723,6 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd şaxəsinin qurtaracağının cənub yamacında zirvə. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinal qırışığının maili cənub-şərq sentriklinal hissəsində yerləşir.
Sarıqayabaşı burnu
Sarıqayabaşı burnu — burun olaraq Abşeron yarımadasının şimal-qərbində yerləşir. İnzibati cəhətdən Sumqayıt şəhəri ərazisinə daxildir. Burunda həyət evlərindən ibarət massiv vardır. Şəhərin X və XV məhəllələrinin bir hissəsi burnun ərazisində yerləşir. Şəhərin əsas infastruktur obyekti olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bu ərazidədir. Burundan ölkə əhəmiyyətli və şəhərin dəniz qırağı ərazisindən keçən S. Vurğun küçəsi keçir. == Coğrafiyası == Burun şimal-şərqə istiqamətlənmişdir. Sahil hissələrində hündürlük −28 m təşkil edir. Əsasən qumsal əsazilərdən ibarətdir. Burunun yaxınlığında Sumqayıtçayı dənizə tökülür.
Sarıqurğan (Tikantəpə)
Sarıqurğan (fars. ساري قورخان‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (30 ailə).
Sarıqışlaq
Sarıqışlaq (Zəngilan)
Sarıqışlaq (Pərsabad)
Sarıqışlaq (fars. ساري قشلاق‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (33 ailə).
Sarıqışlaq (Zəngilan)
Sarıqışlaq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Значение слова в других словарях