Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klaudiya Şeynbaum
Klaudiya Şeynbaum (isp. Claudia Sheinbaum; 24 iyun 1962, Mexiko, Meksika) — Meksika siyasətçisi, alimi, akademiki və cari Meksika Prezidenti (2024-cü ildən). O, ölkənin ilk qadın prezidenti seçilib. == Erkən həyatı == Klaudiya Şeynbaum Pardo 24 iyun 1962-ci ildə Mexikoda sekulyar yəhudi ailəsində doğulub. Onun ata tərəfdən Aşkenazi yəhudisi olan nənə və babası 1920-ci illərdə Litvadan Mexikoya köç etmişdir. Anası tərəf isə 1940-cı illərin əvvəllərində Holokostdan qaçmaq üçün Bolqarıstanın Sofiya şəhərindən ora mühacirət etməli olmuşdur. O, böyük yəhudi bayramlarını nənə və babasının evlərində qeyd edərdi.
Reyn
Reyn (alm. Rhein‎, fr. Rhin, nid. Rijn) — Avropanın əsas çaylarından biri. Çay mənbəyini İsveçrənin cənub-şərqindəki Alp dağlarının Qraubünden kantonundan götürür. İsveçrə-Lixtenşteyn, İsveçrə-Avstriya və İsveçrə-Almaniya sərhədlərinin bir hissəsini təşkil edir. Bundan sonra Reyn Fransa-Almaniya sərhədinin çox hissəsini təşkil edir, bundan sonra Almaniyanın Reyn bölgəsindən əsasən şimala doğru axır. Almaniyada Reyn əsasən qərb istiqamətinə çevrilir və Hollandiyaya axır və orada isə Şimal dənizinə tökülür. Çayın adını daşıyan iki alman torpağı mövcuddur: Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz. Reyn Hövzəsinin Hidrologiyası üzrə Beynəlxalq Komissiya və EUWID, iqlim böhranı nəticəsində çayın növbəti 30-80 il ərzində həcmində kütləvi azalma və ya hətta tamamilə quruya biləcəyini iddia edir.
Xeyn
𐕀 (səslənməsi: /x/; transkripsiyası: X, x) — Alban əlifbasının 17-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Խէ՛ն (Xḗn) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur və fonetik olaraq novlu dildibi-boğaz samiti olan X səsini ifadə edir. Rəqəm dəyəri 80-dir.
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Şeyx
Şeyx (ərəb. شيخ‎) — Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Fort-Ueyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fort Veyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fransis Leyn
Fransis Leyn (d. 23 sentyabr 1874; Çikaqo, Birləşmiş Ştatlar - ö. 17 fevral 1927; Çikaqo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında bürünc medal qazanıb. == Həyatı == Fransis Leyn 1874-cü ilin 23 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Çikaqondə anadan olub. 1927-ci ilin 17 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 52-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Fransis Leyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Leyn təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.6 saniyə nəticəyə imza atan Fransis Leyn Macarıstanlı Alajos Szoкolyi ilə birgə I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. == Klub karyerası == === Leyton Orient === Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
Harriet Leyn
Harriet Leyn (ing. Harriet Rebecca Lane Johnston; 9 may 1830 – 3 iyul 1903) — 1857-ci ilin 4 mart tarixindən 1861-ci ilin 4 mart tarixinə kimi ABŞ-nin Birinci xanımı. ABŞ tarixində prezidentin arvadı olmayaraq Birinci xanım olmuş 13 şəxsdən biri. Valideynləri vəfat etdikdən sonra onun qəyyumu dayısı Ceyms Byukenen olmuşdur. Ceyms Byukenen ABŞ prezidenti olarkən subay olmuşdu. Buna görə də həmin dövrdə Harriet Leyn ölkənin Birinci xanımı olmuşdur.
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. == Publikasiyalar == Genocide Watch, 1992.
II Reyn
"II Reyn" (alm. Rhein II‎) — alman fotoqrafı Andreas Qurskinin 1999-cu ildə çəkdiyi fotoşəkil. Bu əsərlə Andreas Qurski dünyanın ən bahalı fotoqrafı kimi tarixdə düşmüşdür. Belə ki, "II Reyn" fotoşəkli 2011-ci ildə Nyu-Yorkun "Kristay" hərrac evində 4.3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
Keyn adası
Keyn adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Dairəvi formaya malikdir. Diamerti 6 km-dir. Ziçi adaları qrupuna daxildir. Qrili adasından 2 km şimal-şərqdə yerləşir. Ondan Ştrenek boğazı ilə ayrılır. Bütünlüklə buzdan azaddır. Ada qütb araşdırmaçısı İlayş Kent Keynin şərəfinə adlandırılmışdır.
Keyt Ueyn
Keith Wayne (ing. Keith Wayne; 16 yanvar 1945-9 sentyabr 1995) — ABŞ aktyorudur. Ən yaxşı rolu Yaşayan ölülərin gecəsi filmində Tom roludur. Film karyerası boyu cəmi bir filmə çəkilmişdir. == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində Pensilvaniya ştatının Vaşinqton şəhərində anadan olmuşdur. Əsl adı "Ronald Keyt Hartman" (ing. Ronald Keith Hartman) kimidir. İlk təhsilini "Masfield Universiteti"ndə musiqi üzrə almışdır. Bir çox tetar səhnələrində rol almışdır. 1968-cı ildə Yaşayan ölülərin gecəsi adlı filmdə iştirak etmişdir.
Liam Peyn
Liam Peyn (əsl adı Liam James Payne; 29 avqust 1993, Vulverhempton, Uest-Midlends[d] – 16 oktyabr 2024) — İngilis müğənni, model və söz müəllifi, One Direction qrupunun keçmiş üzvü. == Həyatı == Liam James Payne 29 avqust 1993-cü ildə İngiltərə West Midlandsda anadan olmuşdur. 4 yaşında olanda bir böyrəyində yara olduğunu öyrənib. Ağrını hiss eleməməsi üçün səhər və axşam 32 ədəd iynə vurdururdu. Liam bir böyrəyi olduğu üçün sevgilisinin onu tərk etdiyini deyir. Üç həftə əvvəl doğulan ve xəstəxanada tutulan Liam'ın tək bir böyrəyi işləyirdi ancaq 7 avqust 2012 tarixində ikinci böyrəyinin də işlədiyini də öyrəndi. Atası Geoff və anası Karen'ın tək oğludur, Ruth ve Nicola adında iki bacısı var. Məktəb həyatı üçün özünə "məktəbdəki dəcəl uşaq" adını verir. Məktəb vaxtlarında boks dərsləri alıb. Dərslərdən birində burnunun qırıldığını deyir.
Mahir Zeyn
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Mayls Keyn
Mayls Piter Keyn (17 mart 1986, Liverpul) — The Last Shadow Puppets qrupunun üzvü kimi tanınan ingilis musiqiçi. O həmçinin 2009-cu ilin avqustunda dağılan The Rascals qrupunun solisti idi. Keyn hazırda Arctic Monkeys qrupunun solisti Aleks Törner ilə birlikdə qurduğu The Last Shadow Puppets qrupunun üzvüdür, onların ilk albomu The Age of the Understatement 2008-ci ildə, ikinci albomları Everyhting You've Come to Expect isə 2016-cl ildə buraxılıb. Keynin solo debüt albomu Colour of the Trap 9 may 2011-ci ildə, ikinci albomu Don't Forget Who You Are isə 3 iyun 2013-cü ildə yayımlanıb. Onun üçüncü albomu Coup De Grace 10 avqust 2018-ci ildə Virgin EMI səsyazma şirkəti vasitəsilə buraxılıb. Keynin sonuncu buraxılışı Change the Show 21 yanvar 2022-ci ildə işıq üzü görüb. == Həyatı == Keyn Virral yarımasasında yerləşən Birkenheddə yeganə uşaq olaraq dünyaya gəlib, Meolsda boya başa çatıb. Uşaq vaxtlarında gitara çalmağı öyrənməzdən əvvəl saksofon ifa edə bilirdi. Onun dayısı uşaqları Ceyms və Yan Skelli The Coral qrupunun qurucularıdır və Keynə böyük ilham mənbəyi olublar. == Şəxsi həyatı == Keyn Liverpuk FK-nun dəstəkçisidir, 20 yaşlarına kimi Mançester Yunayted klubunun izləyicisi olub.
Meyn-kun
Maine Coon, bir pişik irqi. ABŞ mənşəlidir. Bir sıra rənglərdə olurlar ki, bunlardan da ən məşhurları tək rənglilər(bozumtul-mavi, qara, bənövşəyi, qəhvəyi), tabbi və gümüşü tabbidir (bunun növləri isə:xallı, zolaqlı və mərmər rəngli). Cinsin təsviri Başları- yumru olur və almacıqlarda genişlənən yaxşı inkişaf etmiş yanaqlardan ibarət olur ki, bu da başlarının yumru formasını daha da nəzərəçarpan edir. Boyunları qısa və şişman, burunları qısa, enli və düz olur. Çənələri - düz və güclü olur. Burunları ilə çənələri şaquli yerləşir. Qulaqları - balaca və girdə olmaqla, aşağıda yerləşir. Gözləri - iri, yumru, geniş açılmış olur. Adətən açıq narıncı rəngdə olur.
Nikol Peyn
Nikol Peyn (d. 15 iyul 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Nikol Peyn, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Nikol Peyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Reyn vilayəti
Reyn vilayəti və ya Reynland (alm. Rheinland‎ "Reynland" kimi təlləfüz edilir) — müasir Almaniyanın daxilində yerləşən Reyn çayının orta axarı boyunca yerləşən tarixi bölgə (Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya).
Reyn çayı
Reyn (alm. Rhein‎, fr. Rhin, nid. Rijn) — Avropanın əsas çaylarından biri. Çay mənbəyini İsveçrənin cənub-şərqindəki Alp dağlarının Qraubünden kantonundan götürür. İsveçrə-Lixtenşteyn, İsveçrə-Avstriya və İsveçrə-Almaniya sərhədlərinin bir hissəsini təşkil edir. Bundan sonra Reyn Fransa-Almaniya sərhədinin çox hissəsini təşkil edir, bundan sonra Almaniyanın Reyn bölgəsindən əsasən şimala doğru axır. Almaniyada Reyn əsasən qərb istiqamətinə çevrilir və Hollandiyaya axır və orada isə Şimal dənizinə tökülür. Çayın adını daşıyan iki alman torpağı mövcuddur: Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz. Reyn Hövzəsinin Hidrologiyası üzrə Beynəlxalq Komissiya və EUWID, iqlim böhranı nəticəsində çayın növbəti 30-80 il ərzində həcmində kütləvi azalma və ya hətta tamamilə quruya biləcəyini iddia edir.
Samner Peyn
Samner Peyn (ing. Sumner Paine; 13 may 1868, Boston – 18 aprel 1904, Boston) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında bir qızıl və bir gümüş medal qazanıb. Samner Peyn 1868-ci ilin 13 may günündə anadan olub. 1904-cü ilin 18 aprel tarixində isə ömrünün 35-ci yaşında vəfat edib. Samner Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 50 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 442 xal topladı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Samner Peyn Afina Olimpiadasında həm də 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında qüvvəsini sınadı. Bu yarışda Peyn 380 xal topladı və qızıl medal qazanan doğma qardaşı Con Peyndən sonra 2-ci yeri tutdu.
Bella Deyn
Bella Deyn (8 yanvar 1988, Berlin) — Əsl adı İzabel Knispel olan alman aktrisa. Karyerasında qazandığı uğurların əsasını TV seriallar təşkil edir. Baş rol aldığı Troya: Şəhərin süqutu serialındakı Troyalı Yelena obrazı ilə daha çox məşhurlaşıb. == Bioqrafiyası == Dayne Berlində anadan olub. 2004-cü ildə 16 yaşında "Miss Şərqi Almaniya" gözəllik müsabiqəsində iştirak edib. 2006-cı ildə isə hələ məktəbdə oxuyarkən "Miss Almaniya" müsabiqəsinə qatılıb və qalibi olub.
Ceyn Cekobs
Ceyn Cekobs (ing. Jane Jacobs, ing. Jane Butzner; 4 may 1916[…], Skranton, Pensilvaniya – 25 aprel 2006[…], Toronto) — Kanada-Amerika yazıçısı, fəalı, şəhərsalma nəzəriyyəçisi və Yeni Şəhərçilik hərəkatının qurucularından biri. O, "Böyük Amerika şəhərlərinin Ölümü və Həyatı" kitabının müəllifi kimi tanınır (1961) . O, 2006-cı ildə 89 yaşında vəfat edib.
Çarlz Veyn
Çarlz Veyn (ing. Charles Vane; təq. 1680, İngiltərə – 29 mart 1721, Port-Royal[d]) — XVIII əsrin birinci rübündə Şimali Amerika sularında ticarətlə məşğul olmuş ingilis pirat. Çarlz Veyn Karib dənizi və Atlantik okeanı sularında reydlər sayəsində geniş şöhrət qazanmışdır. O, bütün quldurlar arasında ən qəddar və ən ürəksiz pirat kimi bütün ərazidə məşhurlaşmışdır. Çarlz Veyn asılaraq edam cəzasına məhkum edilmişdir.
Theyn Seyn
Theyn Seyn — Myanma İttifaqı Respublikasının Prezidenti (30 mart 2011-ci ildən).
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki S səsi ilə eyniləşdirirlər.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Sen
Sen
Syn.
Sinonimlər (yun. synonimon. "eyni cür adlandırma") — linqvistikada Sinonimlər müxtəlif cür tələffüz olunur və yazılır, ancaq eyni və ya oxşar mənaları olur. Sinonimlər nitq qabiliyyətini zənginləşdirməyə yarayır. Sinonimlər arasında oxşarlıq olsa da, sinonimlər öz fikriifadə zənginliyi, müəyyən stillə bağlılığı və işlədilmə dərəcəsinə görə fərqlənirlər. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.Məsələn: Hündür - uzun, Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır. Fonetik cildinə, səslənməsinə və eləcə də yazılışına görə fərqli, mənaca yaxın olan sözlərə sinonimlər deyilir. Sinonimlər eyni məfhumu ifadə edir, lakin siqnifikatına görə qismən fərqli məna çalarlığına malik olur. Eyni məfhumu ifadə etdiyinə görə, sinonimlər ümümiləşdirici mənaya malikdir.
Sen-Sen-Deni
Sen-Sen-Deni (Sena-Sen-Deni; fr. Seine-Saint-Denis) — Fransanın mərkəzi hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 93. İnzibati mərkəzi — Bobinyi. Əhalisi — 1,534,895 nəfər (departamentlər arasında 6-cı yerdə, 2010-cu ilin məlumatları). Ərazisi — 236 km². Parisin şərq və şimal-şərqində yerləşən departament 3 rayon, 40 kanton və 40 kommundan ibarətdir. Sen-Sen-Deni departamenti 1968-ci il yanvarın 1-də yaradılmış , keçmiş Sena və Sena və Uaza departamentlərinin ərazilərindən ibarət idi. Emmanuel Beldiler. Naissance d'un département et d'une préfecture dans le 9-3, De la Seine et de la Seine-et-Oise à la Seine-Saint-Denis : une histoire de l'État au xxe siècle.
Luk Steyn
Luk Steyn (7 iyun 1993, Harare) — Zimbabveli dağ-xizək idmançısı. Luk Steyn Zimbabveni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Qış Olimpiya Oyunlarında iştirak edən ilk Zimbabveli idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. 2008-ci ildən bu idman növü ilə məşğul olmağa başlamışdır. == Karyerası == Luk Steyn Zimbabvenin paytaxtı olan Harare şəhərində anadan olmuşdur. Lakin iki yaşı olarkən ölkəni tərk edərək İsveçrəyə yollanmışdır. Steyn burada qar və xizək idmanı ilə məşğul olmağa başlamışdır. === 2014 Olimpiya Oyunları === Luk Steyn birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi.