ŞƏRƏ-ŞÜR

Cəncəl adamlarla bağlı işlədilən sözdür. Alınmadır: şər (şeyn kimi də işlədilir) ərəbcə “ləkə”, “biabırçılıq” deməkdir, şur isə farsca qalmaqal anlamını ve­rir. Həm şərəşur, həm də şələşur formalarında işlədilir. Şərə-şur daha doğru variantdır, çünki söz məhz şər kəlməsi ilə bağlıdır. Bəzən belə güman edirlər ki, şərab sözündəki şər də biabırçılıq anlayışı ilə bağlıdır (şərab –“adamı biabır edən su” kimi də anlaşıla bilər), inandırıcı deyil, şərab, şərbət sözləri ərəbcə “içki” deməkdir. Ehtimal ki, dilimizdəki şuluq kəlməsi də şərəşur sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞƏRAİT
ŞƏRƏBANU