Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Şoşqavəng monastırı
Şoşqavəng monastırı — Xocalı rayonunun Xaçmaç kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsənin dövrümüzə çatmış inşaat kitabəsində qeyd edilir ki, abidə 1651-ci ilin yayında inşa edilmişdir. Tədqiqatlar göstərir ki, monastır qədim dini kompleksin yerində tikilmişdir. Planda düzbucaqlı formaya malik olan ibadət zalının şərq hissəsində altar apsidası yerləşir. Zalın tağtavanı qoşa pilonlar tərəfindən saxlanılır. Kilsənin dövrümüzə çatmış inşaat kitabəsində qeyd edilir ki, abidə "1651-ci ilin yayında...ustad Usep və Georgi tərəfindən inşa edilmişdir.” Kilsənin arxivində iki qədim əlyazma saxlanılır və onlar hər ikisi perqament üzərində yazılmış Psalmlar və İncillərdir. Ərazidə aparılan tədqiqatlar, monastırın yerləşdiyi yerdə erkən orta əsrlərdən etibarən dini kompleksin olduğu qənaətinə gəlinmişdir. Sonrakı əsrlərdə monastır ciddi dağıntılara məruz qalsa da, XVII əsrdə yenidən inşa edilmişdir. Kilsənin divar hörgüsündə əvvəlki tikilinin çoxlu sayda daşları və qədim xaçdaşlar istifadə olunmuşdur. Şoşqavəng monastırının yerləşdiyi ərazidən Amaras və Füzuli ərazisinə geniş mənzərə açılır.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Qoş
Qoş (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Qoş (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində kənd.
Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqaladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla muahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir aldır. Şok halı ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Termin kimi isə şok ifadəsi 1731-ci ildə fransız cərrahı Henri Francosi Le Dran tərəfindən işlədilmişdir. XIX əsrin sonlarından etibarən şokun yaranma mexanizmi — patogenezi haqqında mülahizələr meydana çıxmışdır: damarları innervasiya edən sinirlərin iflici; vazomator mərkəzin süstləşməsi; sinir pozğunluğu; toksemiya; daxili sekresiya vəzilərinin funksiyalarının pozulması; dövr edən qanın miqdarının azalması; damar keçiriciliyi pozğunluğu, kapilyar stazı. Sel Hansın stress nəzəriyyəsinə əsasən həddən ziyadə qıcıq təsiri orqanizmdə spesifik və qeyri spesifik reaksiyaların inkişafına səbəb olur. Spesifik reaksiyalar qıcığın xarakterindən asılıdır. Qeyri spesifik reaksiyalar qıcığın təsir qüvvəsindən asılıdır. Qeyri spesifik reaksiya ümumi adaptasiya sindromu kimi də adlandırılır. Bu üç mərhələdə cərəyan edir: səfərbərlik mərhələsi (həyəcan), ilk zədələnməyə qarşı reaksiya; müqavimət mərhələsi, qoruyucu mexanizmlərin həddsiz gərilməsi ilə xarakterizə olunur; tükənmə mərhələsi, adaptasiya mexanizmlərin pozulması ilə təzhür edir.
Şot
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
Düzağılı (Şot)
Düzağılı (fars. دوزاغل‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (56 ailə).
Elbulağı (Şot)
Elbulağı (fars. ايل بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Ferdinand Foş
Ferdinand Foş (fr. Ferdinand Foch; 2 oktyabr 1851[…] – 20 mart 1929[…], Paris) — Fransa hərbi xadimi, marşal (1918). Fransa Akademiyasının üzvü (1918). == Həyatı == Ferdinand Foş 1851-ci il, 2 oktyabr tarixində Yuxarı Piriney departamentinin Tarb şəhərində məmur ailəsində anadan olub. O Tarbda məktəbə getmiş və Sent Etyen şəhərindəki yezuit kollecində təhsil almışdır. 1870-ci ildə piyada alaya çağırılmışdır. Fransa-Prussiya müharibəsindən sonra Foş hərbi karyerasını davam etdirmək qərarına gəlir. 1871-ci ildə Ali Poltexnik məktəbinə qəbul olur. Foş təhsilini başa vurmamış orduda kiçik zabitlərin çatışmazlığına görə artıq 1873-cü ildə 24-cü artilleriya alayında leytenant rütbəsi alır. 1887-ci ildə Ali Hərbi Akademiyanı bitirmiş, 1895–1900-cü illərdə akademiyanın professoru və 1908–1911-ci illərdə isə rəisi olmuşdur.
Foş hospitalı
Foş hospitalı (fr. hôpital Foch) — Sürendə yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet xəstəxana kompleksidir. Établissement de santé privé d'intérêt collectif-nin bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universiteti bir tədris xəstəxanası, Avropanın ən böyük xəstəxanalarından biridir. 1929-cu ildə yaradılmışdır.
Gedəy (Şot)
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həm də Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. == Həyatı == Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Həsən Şaş
Həsən Şaş (1 avqust 1976, Karataş, Adana ili) — türk futbol məşqçisi və cinah yarımmüdafiəçisi kimi çıxış etmiş keçmiş oyunçu. Həsən Gökhan Şaş 1998-ci ildə "Ankaragücü"ndən "Qalatasaray"a keçib. Karyerasında 5 Türkiyə çempionluğu, 3 ölkə kuboku, 1 UEFA kuboku və 1 UEFA Superkuboku var. 2002-ci ilin dünya çempionatında Türkiyə milli komandasının heyətində bürünc medal qazanıb. Orta xətdə oynayan H. Şaş "Qalatasaray"ın heyətində 350 rəsmi matçda 53 qol, Türkiyə yığmasında isə 57 matçda 9 qol vurub. H. Şaşın "Qalatasaray"la müqaviləsi bu il başa çatıb və klub rəhbərliyi onunla müqaviləni uzatmayıb. 32 yaşlı futbolçu Türkiyədəki bəzi klublardan, həmçinin Qatar və Səudiyyə Ərəbistanından transfer təklifləri almasına baxmayaraq, "Qalatasaray"dan başqa heç bir komandada oynamaq istəmədiyi üçün ailəsi ilə də məsləhətləşərək karyerasına nöqtə qoymağa qərar verib.
Kandal (Şot)
Kandal (fars. كندال‎) və ya Cəfərabad - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 441 nəfər yaşayır (102 ailə).
Kardiogen şok
Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğu. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir. Reanimasion tədbirlərsiz kardiogen şok beyin ölümü ilə nəticələnir. == Səbəbləri == Kardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına, ağciyər patologiyalarının payına 4%-i, beyin patologiyalarının (insultların) payına 2%-i, ağciyər emboliyası və digər patologiyaların (travmalar(3 %), boğulmalar(2 %), zəhərlənmələr(2 %) və tok vurma hallarının) payına 9%-i düşür. Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar: Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, xaotik işi nəticəsində pozulmuş olur. Nəbz defisitli mədəcik taxikardiyası – ürək döyüntülərinin sayı çox olduğundan diastola fazasının müddəti çox qısalmış olması diastolik və müvafiq olaraq sistolik həcmi azaltmış olur. Nəticədə qovulmuş qanın azlığı nəbzin dolğunluğunu təmin edə bilmir. Ürəyin elektro-mexaniki dissosasiyası (EMD) və ya nəbzsiz elektrik aktivlik – ürəyin elektrik aktivliyi mexaniki aktivliklə tamamlanmır ya cavablanmır. Asistoliya – elektrik və mexaniki ürək aksiyasının tamam dayanmasıdır. == Klinik mənzərə == İki əsas əlamət: 1)hipotenziya; 2)hipoperfuziya həkimə kardiogen şok diaqnozu qoymağa əsas verə bilər.
Karoy Koş
Karoy Koş (mac. Károly Kós; 16 dekabr 1883[…], Timişoara, Avstriya-Macarıstan – 24 avqust 1977[…], Kluj-Napoka, Rumıniya Sosialist Respublikası) — Transilvaniya macarlarından olan Avstriya-Macarıstan və Rumıniya memarı, yazıçısı, redaktoru, illüstrator, müəllimi, professoru, etnoloqu və siyasətçisi. == Həyatı == Karoy Koş 16 dekabr 1883-cü il tarixində Avstriya-Macarıstanın Temeşvar şəhərində (indiki Rumıniyanın Timişoara şəhəri) anadan olmuşdur. Dörd övladlı bir ailənin yeganə oğlu olan Karoy Koş orta təhsilini Koloşvar şəhərində (indiki Kluj-Napoka) bir kalvinist kollecində, ali təhsilini isə Budapeşt Universitetində mühəndislik üzrə almışdır. Karoy Koş daha sonra memarlıqla maraqlanmış, 1907-ci ildə Budapeşt Memarlıq Məktəbindən məzun olmuşdur. O, təhsil aldığı dövrdə və karyerasının ilk illərində tarixi və ənənəvi xalq memarlığı ilə maraqlanırdı. Buna görə də o, Kalotaseq regionuna və Sekey diyarına tədqiqat məqsədli səyahətlər etmişdir. 1909-cu ildə Karoy Koşun Zebegen qəsəbəsində bir Roma-Katolik kilsəsi, Obudada bir kalvinist kilsəsi, 1910-cu ildə isə Budapeşt Zooparkı layihəsi təsdiq edilmişdir. 1910-cu illərdə o, Koloşvar şəhərində kalvinist kilsəsi və Şepşisentdyörd şəhərində (indiki Sfıntu-George) bir xəstəxana layihələri üzrə işləmişdir. Bu dövrdə onun memarlıq üslubuna Vyana ayrılması və art-nuvo böyük təsir göstərmişdir.
Keşarxı (Şot)
Keşarxı (fars. كش ارخي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kira Şon
Kira Şon (ing. Kyra Schon; 4 oktyabr 1957) — ABŞ aktrisasıdır. == Həyatı == Kira Şon 4 oktyabr 1957-ci il tarixində Pensilvaniyanın Pittsburq şəhərində anadan olmuşdur. 11 yaşında olarkən Yaşayan ölülərin gecəsi filminə çəkilmişdir. Bu filmdə Kira Şon Karl Hardmanın və Merilin İstmanın qızını canlandırmışdır. Kira Şon bu filmə görə 2005-ci ildə "Ən yaxşı zombi" nominasiyasına namizəd göstərilmişdir. 2011-ci ildə "Yaşıl adam" filminə çəkilir.
Klivlend Şou
"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı. Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir. Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır.
Kürdkəndi (Şot)
Kürdkəndi (fars. كردكندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kürəbulaq (Şot)
Kürəbulaq (fars. كورابلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Kəfər Şuş
Kəfər Şuş (ərəb. كفرشوش‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Suran nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 95 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Əzaz şəhərindən 12 km şimal–şərqdə, Suriya–Türkiyə sərhəd xəttinə yaxın (3 km) ərazidə, dəniz səviyyəsindən təqribən 496–499 metr hündürlükdə yerləşir. == Şərhlər == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Kəfər Şuş kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Kəfər Şuş kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Loş (rayon)
Loş (fr. Loches) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Loş. Rayon əhalisi 2006-cı ildə 49 656 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 28 nəf / km². Rayon sahəsi — 1803 km².
Maşın Şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. M Group Production şirkətinin layihəsidir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları olub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya M Group Production şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır. Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz.
Moxur (Şot)
Müxur (fars. مخور‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,603 nəfər yaşayır (524 ailə).
Moş Krakiun
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Son söz (albom)
Son söz – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 12 mahnı daxildir. Aygün Kazımovanın 2004-cü ildə "Melodiya Azərbaycan" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset və CD formatındakı albomudur. Albomdakı "Son söz" və "Ayağıma dəyən daşlar" mahnılarına gürcüstanlı rejissor Basa Potskhishvili Gürcüstanda lentə almışdır. Aygün Kazımova albomdakı Bir söz yetər mahnısına çəkilən klipin rejissorluğunu özü etmişdir. Albomdakı Siqara mahnısına rejissor Nailə Əkbərova Türkiyədə klip çəkmişdir. Albomdakı Sevgilim, Süz mahnısına Aqil M. Quliyev klip çəkmişdir. Albomdakı Mən Aygünəm mahnısına Fuad Əlişov klip çəkmişdir. Aygün Kazımovanın albomdakı yeganə dueti olan Sevdi Ürək mahnısını meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə duet şəklində ifa etmişdir. Aygün Kazımovanın albomundakı ən son ifası Uçacaksın mahnısıdır.
SOS siqnalı
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Sos-art
Sos-art (rus. соц-арт) və ya sovet pop-artı — konseptualizmdə sənət növü. Sos-art SSRİ-də meydana gəlmişdir. Yaradıcıları Vitali Komar və Aleksandr Melamid hesab edilir. Sos-art sosialist realizminə və sovet estetikasına xas obraz, janr və klişeləri istifadə etməklə, onları tamam fərqli tərzdə istifadəçiyə çatdırmağı qarşısına məqsəd qoyur. SSRİ-də 1970-ci illərin sonunda alternativ incəsənətin əsasında dövlət idealogiyasının əksinə çıxan istiqamətlərdən biri idi. Sos-art sanki sovet incəsənətinin parodiyası kimi özünə yer tutmuşdu. Sosrealizmin təbliğ etdiyi şəxləri sos-artçılar ironik şəkildə və ironik adla adlandıraraq təqdim edirdilər. Sos-artı Avropanın pop-artı ilə əlaqələndirmək olar. Yəni sos-artın əmələ gəlməsində sürrealizm və pop-art anlayışları böyük rol oynayırdı.
Sos (Xocavənd)
Sos — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı. Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir. Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir.
Sos (kommuna)
Sos (fr. Sausses, oks. Saussas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04202. 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. 2007-ci ildə 61 yaşda (15-64 yaş arasında) 42 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.9%, 1999-cu ildə bu 62.8%). Fəal olan 42 nəfərdən 38-i (23 kişi və 15 qadın), 4-ü işsizdir (2 kişi və 2 qadın).
Son söz (film, 1981)
Film alkoqolun insan psixikasına məhvedici təsirindən, çox vaxt cinayətlə qurtaran alkoqolizmin faciəli nəticələrindən danışır. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Şərif Şərifov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Marat İsgəndərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kastelle-le-Sos
Kastelle-le-Sos (fr. , oks. Castelet de Saussas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 54 yaşda (15-64 yaş arasında) 34 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 63.0%, 1999-cu ildə 58.8%). 34 fəal şəxsdən 32 nəfəri (20 kişi və 12 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
SOS Uşaq kəndləri
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Eos
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş. Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir.
IOS
iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi. 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir. iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir. iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir. iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı. Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir). İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.. iPhone OS əməliyyat sistemi 9 yanvar 2007-ci ildə keçirilən Macworld Conference & Expo sərgi-konfransında iPhone mobil telefonu ilə birlikdə Stiv Cobs tərəfindən şəxsən təqdim edilmişdi və həmin ilin iyununda buraxılışa başlanmışdır.
Oss
Oss — (nid. Oss) - Niderlandda yerləşən kiçik şəhərdir.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
SES
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
SMS
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
SQS
SQS (santimetr-qram-saniyə) — Beynəlxalq Vahidlər Sistemi (BS) qəbul edilməzdən əvvəl geniş yayılmış ölçü vahidləri sistemi. SQS-də uzunluq vahidi santimetr, kütlə vahidi qram, zaman vahidi isə saniyə qəbul olunur.
STS
STS (Şəbəkə televiziya stansiyaları) - rusiya televiziya kanalı. Mövzu kanal - əyləncə. Efirdə STS sayda filmlərin, teleserialların, cizgi film və tv. Hədəf auditoriya: bütün 10-artıq 45 yaşı var. 21 dekabr, 2009-cu ilin əvvəlindən beynəlxalq yayım version telekanalının — "STS International".
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Son
Son: hansısa sırada axırıncı; ən yeni olan; hansısa ana qətiləşmiş vəziyyət, hal, forma; axıra qalan, yerində qalan nəsə.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Sors
Sors — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Sorus kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Molalan kəndi mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 824 nəfərdir.