1. Bədənin ürək yerləşən tərəfi, bədənin sağ tərəfinin əksinə olan hissəsi.
// sif. Həmin tərəfdə olan, yerləşən. Sol əl. Sol ayaq. Sol böyür.
// sif. Sağ qola müqabil olan, sol tərəfdə, ya tərəfdən yerləşmiş; sağ müqabili. Sol tərəfə döndü. Sol cibindən pul çıxartmaq. Kürün sol sahili.
2. sif. Siyasi cəhətdən başqalarına görə daha radikal olan (bu məna parlament salonunda radikal və inqilabçı partiyaların üzvlərinin sədrdən sol tərəfdə oturması ənənəsindən gəlmişdir). Parlamentin sol fraksiyaları.
// Cəm şəklində: sollar – sol partiyaların üzvləri, sol partiyaların nümayəndələri. Səsvermədə sollar iştirak etmədilər.
3. sif. Ancaq üzdən radikal olub, öz mahiyyətlərini inqilabi ibarələrlə gizlədən opportunist. Sol təmayül.